P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə80/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   76   77   78   79   80   81   82   83   ...   103

288 
 
4.  Bəzən  uydurulmuş  hədisdə  ravinin  sosial  statusu,  psi-              
xoloji  motivləri  öz  əksini  tapır.  Məsələn,  Hakim  rəvayət  edir               
ki,  Seyf  ibn  Ömər  ət-Təmimi  deyib:  “Sə`d  ibn  Tərifin  ya-              
nında  idik.  Oğlu  məktəbdən  gəldi.  Ağlayırdı.  Atası  soruşdu:              
“Nə  olub?”  Dedi:  “Müəllim  məni  döyüb.”  Sə`d  dedi:  “Bu-                   
gün  onu  rüsvay  edəcəyəm!  Mənə  İbn  Abbasa  istinadən  İk-               
rimə  danışıb  ki,  Peyğəmbərin  belə  dediyini  eşidib:  “Uşaqla- 
rınızın  müəllimləri  aranızdakı  ən  şər  insanlardır;  yetimlərə                    
az  rəhm  edərlər.  Onlar  miskinlərə  qarşı  ən  kobud  insanlar-              
dır”.  
Belə  bir  hədis  də  var:  “Hərisə

  beli  möhkəmlədir”.  Mə-                 
lum  olur  ki,  bu  hədisi  uydurmuş  Məhəmməd  ibn  Həccac                
ən-Nəxəi  hərisə  satan  imiş. 
 
Hədisin məzmunda uydurma əlamətləri 
 
1.  Linqvistik  qüsurluluq  (forma  qüsuru).
  Ərəb  bəlağət 
elminin  dərin  biliciləri  ilk  baxışdan  bilirlər  ki,  bu  və  ya  digər               
söz,  söz  birləşməsi,  cümlə  quruluşu  düzgündür,  ya  yox.  Onlar 
cümlələrdəki  qüsuru  görə  bilirlər.  Asanlıqla  müəyyən  edirlər                
ki,  bu  cür  qüsurlu  sözlər,  söz  birləşməsi  və  cümlələr  öz  ana              
dilinə  dərindən  bələd  olanın  ağzından  çıxa  bilməz,  o  ki  qal-                     
dı  fəsahət  və  bəlağətdə  zirvə  sayılan  Peyğəmbərin  ağzından 
çıxsın!  
Hafiz  ibn  Həcər  deyib:  
                                                 

  Hərisə:  qaynadılmış  ət  və  buğdadan  hazırlanmış  yemək  –  tərcümə-               
çinin qeydi.
 


289 
 
“Əgər  Peyğəmbərə  aid  olunan  bir  hədisdə  dilçilik  qüsuru 
varsa,  o,  Peyğəmbərin  ağzından  çıxa  bilməz”. 
İbn  Dəqiq  əl-İd  deyib:  
“Çox  vaxt  (dilçi  alimlər)  rəvayətdəki  müəyyən  məsələlə-                     
rə  əsaslanıb,  həmin  rəvayətin  uydurma  olmağı  qənaətinə  gə- 
lirlər.  Onlar  hədislərdəki  sözlər  və  söz  birləşmələri  ilə  o                    
qədər  işləmişlər  ki,  xüsusi  bacarığa,  sövqi-təbii  (intuitiv) 
hissiyyata  yiyələnmişlər.  Məhz  bu  cür  bacarıq  və  hissiyyat 
sayəsində  onlar  bir  sözün  Peyğəmbərə  aid  olub-olmadığını 
müəyyən  edirlər”. 
2.  Məzmundakı  ziddiyyət  (semantik,  leksik  qüsur).
  Yə-                
ni,  bu  və  ya  digər  hədis  heç  bir  yozum  olmadan  danılmaz                   
əqli  həqiqətlərə,  ümumi  əxlaq  qaydaları  və  hökmlərə,  hiss                     
və  müşahidəyə,  tarixi  həqiqətlərə,  insanda  və  təbiətdəki  ila-                   
hi  qanunauyğunluqlara  zidd  ola  bilir,  nəfsi  istək  (şəhvət)                       
və  fəsada  aparıb  çıxarır.  Deməli,  belə  hədislər  uydurma-                     
dır.  
3.  Yozuma  açıq  olmayacaq  dərəcədə  Quranın  açıq-aydın 
ayələri  ilə,  “mütəvatir”  və  mənası  aydın  hədislərlə,  Quran  və 
Sünnədən  götürülmüş  ümumi  qaydalarla  ziddiyyət  təşkil                 
edən  hədislər  də  uydurmadır... 
4.  Əgər  bu  və  ya  digər  hədis  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası                              
və  salamı  olsun!)
  yaşadığı  dövrün  tarixi  faktları  ilə  səsləşmirsə,  de-                
məli,  uydurmadır... 
5.  Təəssübkeş  və  ifratçı  ravinin  rəvayət  etdiyi  hər  hansı                   
bir  hədis  onun  məzhəbinə  uyğundursa,  deməli,  uydurulmuş-              
dur.  


290 
 
6.  Əgər  bir  hədis  məşhur  və  aktual  hadisədən,  işdən  bəhs 
edirsə  –  belə  hadisə  və  işlər,  adətən  hamının  gözü  qabağında             
baş  verir  –  və  onu  buna  rəğmən  yalnız  bir  nəfər  rəvayət  et-              
mişsə  (halbuki  çox  adam  rəvayət  etməli  idi),  deməli,  uy-
durmadır... 
7.  Adi  bir  işə  görə  veriləcək  savabın  miqdarının  ifrat                 
formada  şişirdildiyi,  yaxud  da  kiçik  günaha  görə  çox  dəh-                  
şətli  əzabdan  bəhs  edən  hədislər  də  uydurmadır... 
Mərhum  Sibai  sözünə  davam  edir:  
“Bunlar  alimlərin  qoyduqları  ən  mühüm  qaydalardır.  Bu 
qaydalar  hədisləri  tənqid  etmək,  səhih  olanlarını  uydurma 
olanlarından  fərqləndirmək  üçündür.  Bu  qaydalar  göstərir  ki,   
bəzi  şərqşünaslar  və  tərəfdarlarının  sonralar  iddia  edəcəyi                
kimi,  hədis  alimləri  təkcə  istinadları  (rəvayət  “zəncir”lərini) 
öyrənməklə  kifayətlənməmişlər;  onların  əsas  diqqəti  yalnız 
ravilərin  kimliyini,  şəxsiyyətini,  keyfiyyətlərini  öyrənməyə  yö-
nəlməmişdi;  əksinə,  onlar  hədislərin  həm  istinadlarını,  həm                 
də  mətnlərini  araşdırmışlar.  Hədis  alimləri  istinadla  bağlı                
dörd,  mətnlə  bağlı  yeddi  uydurma  əlamətindən  söz  aç-                    
mışlar.  Onlar  heç  bununla  da  kifayətlənməmiş,  bədii  (ədəbi) 
zövqü  də  hədisləri  tənqiddə,  onları  saf-çürük  etmədə  əsas 
götürmüşlər.  
Alimlərimiz  bəzi  hədisləri  onlara  təkcə  qulaq  asmaqla  qey-                
ri-məqbul  saymışlar.  Çünki  ədəbi-bədii  bacarıqları  sayəsində 
həmin  hədislərin  uydurma  olduğu  qənaətinə  gələ  bilirdilər.  Bu 
səbəbdən  çox  vaxt  deyirdilər:  “Bu  hədis  hədsiz  mübhəmdir 
(şübhəlidir,  mənası  qaranlıqdır);  filan  hədisin  məzmununda 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə