P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə82/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   78   79   80   81   82   83   84   85   ...   103

295 
 
Təsəvvür  edək  ki,  İngiltərə  və  ABŞ  Namibiyaya  göz-
lənilmədən  hərbi  müdaxilə  edir,  ancaq  məğlub  olurlar.  Düz-              
dür,  Namibiya  müharibə  meydanında  qalib  gəlir,  lakin  daha               
çox  inkişaf  etmiş  tərəfin  mədəni  üstünlüyü  öz  sözünü  de-                 
yir.  Çünki  mədəni  amil  həmişə  həlledici  olmuşdur.  Belə  ki,             
Qərb  mədəniyyəti  Namibiyanı  öz  caynağına  keçirir,  tərə-                
zinin  gözünü  özünün  xeyrinə  ağır  basır.  
Bu  səbəbdən,  müsəlmanları  məğlub  etmiş  tatarlar  islam 
mədəniyyətinin  təsirinə  düşmüş,  müsəlmanlığı  qəbul  etmiş-            
dilər.  
Sual  veririk:  Bu  mədəni  üstünlüyün  səbəbkarı  kimlər  idi? 
Döyüş  meydanlarda  məğlub  olmuş  bu  ümmətə  mədəni 
qələbələri  kim  qazandırmışdı?  Cavab  veririk:  Alimlər,  dəvətçi-                 
lər  və  tərbiyəçilər!  Məhz  onlar  siyasi  gələcəyi  oyun-oyun-                 
cağa  çevrilmiş  islam  risalətini  xilas  etmiş  gözəgörünməz  əs-            
gərlər  idilər! 
Bu  hal  tarix  boyu  bütün  dünyada  təkrarlanmışdır.  Alman-                
lar  Hitlerin  axmaq  siyasəti  nəticəsində  viran  qalmış  bir  öl-                
kəni  yenidən  quraraq  parlaq  gələcəyə  qədəm  basdılar.  Ya-             
ponlar  da  həmçinin... 
Mühüm  olanı  budur  ki,  bir  xalqın  tarixi-mədəni  “sü-                    
tun”ları  möhkəm  olsun,  sarsılıb  yıxılmasın.  Mədəni  keçmi-           
şimizə  nəzər  salır,  elmi-mədəni  rəhbərliyimizin  siyasi  rəh-
bərliyimizdən  daha  güclü,  daha  sağlam  olduğunu  görürəm.  
Hətta  böyük  ingilis  tarixçiləri  Arnold  Toynbe  (1889-1975)  və 
Arnold  Tomas  (1795-1842)  etiraf  etmişlər  ki,  islam  ciddi 
qələbələrin  baş  verdiyi  dövrdən  daha  çox  böyük  məğlubiy- 
yətlərin  vaqe  olduğu  zamanlarda  yayılmışdır... 


296 
 
Mövzumuza  –Sünnəyə  xidmətdə  qadınların  rolu  mövzu-            
suna  qayıdaq.  İmam-qadınlardan  bir  neçəsi  haqda  danışaq... 
Bu  alim-qadınların  ilki  Seyyideyi-Müsnidə
∗∗∗∗
  Şəhidət  bint              
əl-İbra  əl-Katibə
dir.  İbadətə  bağlı  bu  mömin  xanım  alim-               
lərin  dərslərində  iştirak  etmiş,  zəngin  bilik  sahibi  olmuşdur.  
Uzun  ömür  sürmüşdür  (təxminən  100  il  yaşamışdır).  Hüsn-    
xətdə  məşhur  idi.  Zamanında  onun  qədər  gözəl  xətti  olana                 
rast  gəlinmir.  Xəlifənin  səlahiyyətli  əyanlarından  biri  ilə  ev-
lənmişdir.  Ömrünü  öyrənib-öyrətməkdə  keçirmişdir... 
Onun  savad  öyrəndiyi  müəllimlərin  adlarını  burada  qeyd 
etmək  fikrində  deyiləm.  Amma  Şəhidət  bint  əl-İbranın 
dərslərində  iştirak  edən,  onun  tərəfindən  rəvayət  və  hədis 
nəqletmə  şəhadətnaməsi  (icazət)  ilə  təltif  olunan  bəzi  alim-             
lərin  adlarını  çəkmək  istəyirəm... 
Deyilənə  görə,  Əbu  Sə`d  ibn  əs-Səm`ani  onun  dərs-                 
lərində  iştirak  etmiş,  məşhur  tarixçi  Hafiz  Əbülqasim  ibn  Əsa-            
kir  və  mötəbər  hənbəli  fəqihi  əl-Müvəffəq  ibn  Qüdamə                  
ondan  hədis  rəvayət  etmişlər.  Əbülfərəc  Əbdürrəhman  ibn  əl-
Cövzi  demişdir  ki,  bint  əl-İbra  onun  müəllimlərindən  (şeyx-
lərindən)  biri  olmuşdur! 
İbn  əl-Cövzi  sabitqədəm  moizəçi,  yüksək  məqama  sahib 
tarixçi,  müfəssir  və  mühəddisdir.  İbn  əl-Cövzi  bint  əl-İbra-                
dan  maraqlı  bir  hədis  rəvayət  etmişdir.  Özündə  bir  sıra  hik-                 
mət  və  ibrətləri  birləşdirdiyi  üçün  hədisin  mətnini  dərc                       
edir,  istinadına  toxunmuruq.  Bint  əl-İbra  Əbdüləziz  ibn  Yəh-                
                                                 

  “İstinadları  öyrənən  xanım”  mənasına  gələn  bu  adı,  görünür,  ona  hə-
dislərin  ravilərini  araşdırdığı  üçün  veriblərmiş – tərcüməçinin qeydi.  


297 
 
ya  ən-Nəxəiyə  istinadən  rəvayət  edir  ki,  Nəxəi  Ömər  ibn                       
əl-Xəttabın 
(Allah  ondan  razı  qalsın!)
  zamanında  bir  məsciddə  namaz 
qılırmış.  Bir  gecə  məscidin  imamı  “(Qiyamət  günü)  rəbbi-                 
nin  hüzurunda  durmaqdan  qorxana  iki  cənnət  vardır”  ayə-                 
sini  oxuyur.  Nəxəi  namazdan  çıxır  və  havalanır.  Üz  tutub                     
hey  gedir,  heç kəs  də  onun  izinə  düşə  bilmir”. 
Bəzən  “odlu-alovlu”  dini  hisslər  bəzi  insanlara  dağıdıcı  təsir 
göstərir.  Düşünürəm  ki,  bu  cür  hədisləri  öyüd-nəsihət  məc-
lislərində  danışdığımızda  əlavə  izahlarla  mənasını  dəqiqləş-             
dirib,  səhv  başa  düşülməsinin  qarşısını  almalıyıq... 
Bugün  dini  dəvət  sahəsində  geniş  fəhmə,  sağlam  dərrakə                    
və  qanan  zəkaya  ehtiyac  vardır. 
İbn  əl-Cövzi  “Fikirləri  ovlama”  (Səyd  əl-Xatir)  kitabında                   
bu  məsələyə  diqqəti  cəlb  etmişdir.  Qeyd  edək  ki,  sözügedən   
kitab  təsirli  fikirlərlə,  sərt  tənqid  və  yerində  deyilmiş  töv-            
siyələrlə  zəngindir... 
Şəhidət  bint  əl-İbranın  rəvayət  etdiyi  bu  hədisin  ümumi 
məzmunu  hicri  altıncı  əsrin  başqa  bir  xanım-aliminin  təs-               
virini  verir.  Bu  xanım  hicri  588-ci  ildə  vəfat  etmiş  Şəm-
süzzüha
dır.  Bağdad  məscidində  dərs  deyirmiş.  Zahidliyi,  təq-    
vası  və  möminliyi  ilə  tanınmışdı.  Allaha  olan  yaxınlığı  məh-            
vedici  ifrat  emosionallıqla  müşayiət  olunmurdu.  Bəzi  hədis-               
ləri  rəvayət  etmiş,  Şeyx  Əbu  ən-Nəcib  əs-Sührəvərdinin  həm-
söhbəti  olmuşdur... 
İstərdim  ki,  İslam  dünyası  paytaxtlarının  məscidlərində  bu              
cür  bacarıqlı,  mömin  qadın-moizəçilər  də  dərs  desinlər... 
Məruz  qaldığımız  fitnə-fəsadla  səciyyələnən  mədəni  qəsb-
karlıq  dövründə  belə  qadın-alimlərə  böyük  ehtiyac  yaranıb.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə