P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə84/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   80   81   82   83   84   85   86   87   ...   103

302 
 
getmək  onlara  qadağan  idi.  Buna  da  geniş  yayılmış  bir  rəva-              
yət  səbəb  olmuşdu.  Məktəbə  getmək  də  qadınlara  yasaq 
edilmişdi.  Çünki  “əlil”  bir  “hədis”ə  görə,  qadın  savadsız  
olmalıdır! 
İndiki  dövrdə  dini  sahədə  fəaliyyət  göstərənlər  arasında             
elələri  vardır  ki,  qadınları  yüz  il  bundan  qabaqkı  vəziyyətə 
qaytarmaq  istəyirlər.  Onlar  haray-həşir  salırlar  ki,  bəs  qadın  
işləyə  bilməz,  onun  əsas  işi  uşaq  doğmaqdır! 
Tariximizin  altıncı  əsrinə  səyahət  edək.  Qarşımıza  Sünnə 
elmlərinin  dərin  bilicisi  olmuş  hədisçi-alim  Atikə  bint  Əbü-               
ləla
  çıxır.  O,  hədisçi,  qiraətşünas-alim,  ədib,  zahid,  hədis  el- 
mində  gözəl  dəsti-xətti  və  üslubu  olmuş  Həmədan  imamı                
Hafiz  Əbüləla  ibn  əl-Əttarın  qızıdır. 
Deyilənə  görə,  xanım  Atikə  Əbülvəqt  Əbdüləvvəl  əs-
Səncəridən  çoxlu  hədis  dinləmiş,  Həmədandan  Bağdada  gəl-             
miş,  hədis  elmlərini  öyrənmişdir... 
Mühibbəddin  ən-Nəccar  yazır: 
“Onun  barəsində  yazılar  qələmə  almışıq.  Allah  rəhmət  et-               
sin,  hicri  609-cu  ildə  vəfat  etdi.  Gecə  yarısı  durdu,  dəstə-                     
maz  aldı.  Hava  bərk  soyuq  idi.  Sonra  mehrabında  namaz             
qılmağa  başladı.  Səcdəyə  getdiyində  vəfat  etdi!  Allah  ondan               
razı  qalsın!  Şair  də  sanki  onun  barəsində  deyib: 
 
Gecənin  qaranlığında  özü  ilə  tək  qalar 
Namaz  qılıb  Tək  və  Səməd  Allahı  çağırardı. 
Elə  bir  abid  idi  ki,  itaəti  onda – 
Nə  bir  can,  nə  də  ruh  saxlamışdı. 
 


303 
 
Fatimə  bint  Sə`d  əl-Xeyir  əl-Ənsari  əl-Əndəlüsi
  ilə 
siyahımıza  son  verək.  Hicri  522-ci  ildə  Çində  anadan  olmuş,   
600-cü  ildə  Bağdadda  vəfat  etmişdir.  Atasından  və  Bağdadın 
digər  böyük  hədisçilərindən  elm  öyrənmişdir.  Qahirə  və 
Dəməşqdə  dərs  demişdir.  Ondan  çox  saylı  şeyxlər  (alimlər)  
hədis  dinləmişlər.  Bu  şeyxlərin  arasında  böyük  alim  Hafiz                      
əl-Münzirinin  də  müəllimləri  vardı.  Münziri  Fatimə  bint  Sə`d 
haqqında  deyirdi: 
“Şeyxlərimiz  və  yoldaşlarımız  ondan  hədis  dinləmişlər.                      
O  bizə  şəhadətnamə  verib!” 
Dediyimiz  kimi,  atası  ilə  birlikdə  Çindən  Bağdada  gəlmiş, 
orada  təhsil  almışdır.  Sonra  Dəməşqə  getmişdir.  Daha  sonra 
Qahirədə  qərarlaşmış,  vəfat  edənədək  orada  yaşamışdır.  Müq-  
tim  dağının  ətəklərində  dəfn  edilmişdir.  Amma  digər  ila-            
hiyyatçı,  ədib  və  dilçilərin  qəbirləri  kimi  onun  da  qəbri  si-           
linib-getmişdir... 
Faciə  bundadır  ki,  bir  qadın  elmə  xidmət  etmək  üçün                
Çindən  Qahirəyə  gəlir  (atası  da  eyni  məqsədlə  Əndəlüsdən 
Müsəlman  şərqinə  gəlmişdi),  amma  bu,  bəziləri  üçün  fərq  et- 
mir.  Onlar  yaşadığımız  bu  tənəzzül  və  “qısır”  dövrdə  aləmə                  
car  çəkirlər  ki,  qadın  evdən  yalnız  iki  şey  üçün:  evlən-                      
mək  və  basdırılmaq  üçün  çıxmalıdır! 
Dövrlə  dövr,  sələflə  xələf,  islamı  yaşadan  nəsillə  onu  tor-              
pağa  gömən  nəsil  arasında,  doğrudan  da,  böyük  fərq  vardır! 
 
 


304 
 
 
 
Müsəlman qadını və sosial  
fəaliyyət təşəbbüsləri 
 
 
Professor  Həsən  Əbdülvəhhab  islam  tarixində  qadınların              
rolu  mövzusundan  bəhs  edən  sanballı  kitab  qələmə  alıb.               
Müəllif  göstərir  ki,  qadınlar  ümumi  xeyriyyəçilik  işində,  bir                
sıra  ictimai  boşluqların  doldurulmasında,  xeyirxahlığın  vüsət 
tapmağında  əhəmiyyətli  rol  oynamışlar.  Kitabda  oxuyuruq: 
“Mədəniyyətimizin  elə  bir  sahəsi  yoxdur  ki,  qadınlar  ora-                
da  əhəmiyyətli  dərəcədə  rol  oynamasınlar.  Misal  üçün  İslam 
fəthlərini  götürək.  Kişilərlə  birlikdə  qadınlar  da  fəthlərdə  iş-              
tirak  etmiş,  savaş  meydanlarında  vuruşmuş,  yaralıları  sağalt-              
mış,  orduya  kömək  məqsədilə  var-dövlətlərini,  bəzək  əşya-              
larını,  hətta  saçlarını  belə  fəda  etmişdilər. 
Qadınların  elmi  intibahdakı  roluna  gəlincə,  bunu  böyük 
alimlər  etiraf  edirlər.  Məsələn,  şair  Əbu  Nüvas  özü  haqqın-                    
da  deyirdi:  “Altmış  ərəb  şairəsindən,  o  cümlədən  Xənsa  və 
Leyladan  şer  söyləmədikcə  şer  yazmadım”.  
Şam  tarixçisi,  hədisçi-alim  Əllamə  İbn  Əsakirin  müəl-               
limləri  arasında  səksəndən  artıq  qadın  vardı...  
Məşhur  şair  Xəvarizmi  şairələrin  iyirmi  min  beytdən  çox              
şerini  əzbərləmişdi.  Bir  çox  böyük  alim  qadınların  yanında             
təhsil  almış,  onların  şəhadətnamələrinə  layiq  görülmüşdü.  


305 
 
Bütün  islam  ölkələrində  qadınlar  abadlıq  işlərinin  aparıl-
masında  xüsusi  rol  oynamış,  öz  şəxsi  varlarından  Allah  yo-            
lunda  xərcləmişdilər.  
Məsələn,  xəlifə  Harun  ər-Rəşidin  həyat  yoldaşı  Xanım 
Zübeydənin  gördürdüyü  işlər  misilsiz  idi.  Doğrudan  da,  bu  
xanım  öz  dövrünün  əvəzsiz  şəxsiyyəti  olmuşdur.  Qalaların, 
sərhədyanı  tikililərin  möhkəmləndirilməsində  öz  varından                
külli-miqdarda  pul  xərcləmişdi.  İraqdan  Məkkəyə  gedən  zəv-
varların  səfər  zamanı  çəkdiyi  əzab-əziyyəti  gördükdə  mühən-
dislər  göndərmiş,  onları  pul  və  işçilərlə  təmin  etmişdi.  Mü-
həndislər  Bağdad  –  Məkkə  yolunu  on  beş  hissəyə  bölmüş,                    
hər  bir  hissədə  bir  və  ya  iki  su  quyusu  qazmış,  yağış  su-                    
yunun  saxlanması  üçün  hovuzlar  tikmişdilər.  Bəzi  yerlərdə 
tələbata  uyğun  olaraq,  imarətlər,  məscid  və  qübbəli  tikililər                
inşa  edilmişdi.  Yüksək  xərclərə  baxmayaraq,  mühəndis  və  fəh- 
lələr  suyun  Məkkəyədək  daşınmasına  köməklik  edirdilər.             
Həmin  bulaq  indi  də  qalmaqdadır.  Adı  “Zübeydə  bulağı”dır.               
Bu  bulağın  inşa  xərclərinin  yazıldığı  kağızı  Xanım  Zübeydəyə 
göstərdikdə  onu  çaya  ataraq  demişdi:  “Hesabı  Hesab  Gü-               
nünə  saxlayaq”. 
Abbasi  xanədanlığı  xanımları  Mədinə  şəhərinin  abadlaşdı-
rılmasına  böyük  diqqət  yetirirdilər.  Harun  ər-Rəşidin  kənizlə-
rindən  biri  –  Xanım  Xalisə  ilk  dəfə  olaraq,  Peyğəmbər  məs-
cidinin  həyətində  supaylama  sistemi  inşa  etdirmişdi. 
Qadınlar  Əndəlüsdə,  İraqda,  Hicazda,  Şam  və  Fələstində  
çoxlu  məscid  və  xanəgah,  karvansara  və  məktəb  tikdirmişdi-              
lər.  Bütün  bu  tikililər  onların  adını  daşıyır.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə