273
Bir qoyunun otağa girib, Quran ayəsi yazılmış kağızı ye-
məyi ağlasığmaz bir şeydir. Bu necə mümkün ola bilər axı?!
Qoyun kağızı yeyir, heç kəsin də xəbəri olmur, – bu ki
başdan-ayağa yalan qoxusu verən uydurmadır! Quranda nəs-
xin olduğunu bildirənlərin iddiasına uyğun olaraq, “mənsux”
ayənin yazıldığı kağızı qoyunun yeməsini mümkün saysaq,
onda qeyri-mənsux ayələrin də yazıldığı başqa kağızların ye-
yilməsini mümkün saymış olarıq. Bununla da, bütövlükdə
Qurana olan inam sarsılar. Qurandan bir hissənin “yeyilmə-
si” ehtimalı yaranar. Halbuki Allah təala buyurur:
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də
onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qo-
ruyub saxlayacağıq!” (əl-Hicr, 9).
Quranda göstərilir ki, dünya altı günə yaradılıb. Necə ola
bilər ki, birisi bu həqiqəti unudub, dünyanın yeddi günə
yaradılması haqda hədis rəvayət etsin?! Bununla da kifa-
yətlənməyib, onun Qurandakı faktiki məlumata əks təfsila-
tını versin?! Əbu Hüreyrəyə
(Allah ondan razı qalsın!)
istinadən İmam
Müslim, Nəsai və başqaları rəvayət edirlər ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Allah şənbə günü torpağı yaratdı. Bazar günü orada dağ-
lar ucaltdı. Bazar ertəsi ağacları, çərşənbə axşamı bəyənilmə-
yən şeyləri, çərşənbə də işığı xəlq etdi. Cümə axşamı orada
əzbərlədirmiş. Kağız it-bat olsa da, həmin ayələr şifahi şəkildə səhabə-
lərin yaddaşlarına həkk olunmuşdu. Bu ayələr olsaydı, dildən-dildən bizə
gəlib çatardı – tərcüməçinin qeydi.
274
(yer üzündə) heyvanları yaratdı. Cümə günü isə ikindidən
sonra gecəyədək Adəmi xəlq etdi”
1
.
Bu hədis “şaz”dır, çünki yer üzünün və orada olanların
yeddi gündə yaradıldığını bildirir. Halbuki Quranda deyilir
ki, yer və göylər altı günə xəlq edilib. Buxari bu hədisi
“Tarix” kitabında “nöqsanlı” hesab etmiş və demişdir: “Bə-
ziləri onu Əbu Hüreyrə və Kə`b əl-Əhbardan rəvayət et-
mişlər. Səhih olan görüş də elə budur”.
Kə`b əl-Əhbar öz tayfasının xurafatlarını, uydurmalarını rə-
vayət etmiş şəxsdir. Bu səbəbdən heç bir “çəki”si yoxdur.
Məsələnin təəccüblü tərəfi budur ki, belə bir yalançı necə
olub ki, Əbu Hüreyrə kimi ravini aldatmağı bacarıb...
1
Hədisi İmam Müslim və Əhməd ibn Hənbəl rəvayət etmişdir.
275
Camaat namazı haqda “ixtilaf”lar
Camaat namazı barədə fəqihlər “ixtilaf”a düşmüşlər. Bir
qrup fəqih camaatla namaz qılmağı “fərzi-eyn”
∗
, digərləri də
“fərzi-kifayə”
∗∗
hesab etmişlər. Bu namazın “sünneyi-müək-
kədə”
∗∗∗
olduğunu deyənlər də vardır...
Sonuncu görüş ürəyimə daha çox yatır. Belə ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
təkbaşına qılınan namazları inkar
etməmiş, əksinə bildirmişdir ki, bu namazların savabı az
olur. Bu haqda deyilmiş hədis də məhz bunu ifadə edir:
“Camaat namazı təkbaşına qılınan namazdan iyirmi yed-
di dəfə fəzilətlidir (üstündür)”
1
.
Bu iki savab miqdarı arasındakı fərq çox böyükdür.
Çünki camaat (birlikdə olmaq) islamın əsaslarından biridir.
∗
Fərzi-eyn (ərəb. “özlüyündə vacib”): bütün müsəlmanların yerinə
yetirmələri zəruri sayılan ibadət növlərinin ümumi adı – tərcüməçinin
qeydi
.
∗∗
Fərzi-kifayə (ərəb. “mümkün vacib”): hər hansı bir ərazidə yaşayan
müsəlman toplumundan bir nəfər və ya bir qrupun etdiyi təqdirdə yer-
də qalanların etməsindən azad olduqları vacib ibadət növü – tərcümə-
çinin qeydi
.
∗∗∗
Sünneyi-müəkkədə (ərəb. “qəti sünnə”): Peyğəmbərin davamlı
şəkildə, az hallarda isə edə bilmədiyi “nafilə” (vacib sayılmayan) iba-
dətlərin ümumi adı – tərcüməçinin qeydi.
1
Hədisi İmam Buxari, İmam Müslim, Nəsai, İmam Malik və Əhməd
ibn Hənbəl rəvayət etmişlər.
276
Sübhdən yatsıyadək davam edən görüşmələr müsəlmanlar
arasındakı münasibətləri möhkəm edir...
Məsciddə toplaşmağın mənəvi və sosial təsirləri çoxdur.
Allahı və peyğəmbərini sevənlər məscidlərdən bezikməz-
lər...
Qədimdə məscidlər kafir və münafiqlərin əhvalını pozur-
du. Onlar camaatla bir yerdə olmağa ərinir, tənbəllik gös-
tərirdilər. Bəlkə də, onlar vacib namazlardan yaxa qurtarmaq
üçün öz evlərində və ya yığıncaq yerlərində bir araya gəlir-
dilər. Görünür, ayədə də deyildiyi kimi, münafiq və kafirlər
namazı, ona çağırışı lağa qoyurmuşlar:
“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlar-
dan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə
dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!
Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu
oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa ol-
malarındandır” (əl-Maidə, 57-58).
Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
öz növbəsində bu
lağ-lağı insanlara qarşı hücuma keçməyi, şərlərinə son qoy-
maq üçün evlərini yandırmağı düşünmüşdür. Amma sonra-
dan hədə-qorxu gəlməklə kifayətlənmişdir. Bəlkə də, həmin
hədə-qorxu onları pərən-pərən salıb, səflərini parçalamışdır.
Çünki kafir və münafiqlər qorxaq olurlar. Fikrimizcə, Əbu
Hüreyrəyə istinadən rəvayət olunmuş hədisin də mənası bu
cür başa düşülməlidir. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəm-
bər bəzi namazlara insanların az gəldiyini görüb deyibmiş:
“Düşündüm ki, bir şəxsə insanlara namaz qıldırmaq əmri
verim, özüm də namaza gecikənlərə müxalif olum. Və əmr
Dostları ilə paylaş: |