262
Şəxsi görüşləri ilə digərlərindən fərqlənmiş tabein dövrü
alimləri də vardır. Bu “ixtilaf” onların görüşlərinin mötəbər-
liyini əsla zədələməmişdir. Əsas olan şey dəlildir, çoxluq de-
yil!
Dörd İmamdan eləsi olmuşdur ki, digər üçünün dediyi ilə
razılaşmamış, fərqli mövqedən çıxış etmişdir. Onların bu fərq-
li görüşlərini davamçıları doğru sayıb mənimsəmişlər.
Əhməd ibn Hənbəlin məzhəbi dini mətnlərə köklənmiş
məzhəbdir. Bu məzhəb özünəməxsus görüşləri (müfrədat)
ilə məşhurdur. Çoxları bu görüşlər haqqında şer yazmış,
əsərlər qələmə almışlar. Tədqiqatçılar fiqh kitablarında tez-
tez bu cümləyə rast gəlirlər: “Filan görüş hənbəlilərin “müf-
rədat”ındandır”.
Müsəlmanların böyük əksəriyyətinin nəzərində etibar qa-
zansa da, Dörd Məzhəb Allahın dininə aid yeganə höccət
deyildir. Əksinə, höccət o şeydir ki, nəqli və əqli dini dəlillərə
əsaslansın.
Bəzi görüşləri “şazz” (anormal, müstəsna), “köhnəlmiş”
(məhcur) və “zəif” adlandırmaq ümumi və mütləq mənada
doğru deyildir.
Neçə-neçə “köhnəlmiş” görüş vardır ki, sonradan yayğın
hala gəlmişdir. Vaxtı ilə “zəif” qəbul edilən görüşlər gün
gəlmiş, alimlər tərəfindən təsdiqlənərək mötəbər sayılmışdır.
Sonradan alimlərin sahib çıxıb, dəlillərlə mötəbərliyini əsas-
landırdıqları, fitvalarında başlıca arqument olaraq seçdikləri
“şaz” fikirlərə də tarixdə rast gəlinir.
Misal üçün götürək Şeyxülislam İbn Teymiyyənin bir sıra
görüşlərini. İmam bu görüşləri üzündən hansı əziyyətlərə qat-
263
laşmamışdı ki?! Əsrlər boyu alimlər onun bu görüşlərini “ic-
manı yarıb keçən” (icmaya zidd) görüşlər adlandırmışdılar.
XX əsr tarixə qədəm basdığında hamı anladı ki, şeyxülisla-
mın bu görüşləri ailə təsisatını dağılmaqdan qoruyan xilase-
dici gəmi rolunu oynayır.
264
Doqquzuncu fəsil
SÜNNƏYƏ DAİR KOMMENTARİLƏR
Peyğəmbərin hədislərinin toplandığı Altı Kitab hicri üçün-
cü əsrin əvvəllərində qələmə alınmışdır. Biz bunu onların
müəlliflərinin yaşadıqları tarixdən də aydın şəkildə görürük.
Hədis imamları bu işdə bacarıqlı idilər; onların zəhməti və
xidmətləri danılmazdır.
Belə ki, hicri tarixlə İmam Buxari 194-256, İmam Müslim
204-261, İmam Nəsai 215-303, İmam Əbu Davud 202-275,
İmam Tirmizi 209-270, İmam İbn Macə isə 207-273-cü il-
lərdə yaşamışdır.
İlk iki əsr ərzində Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
hədisləri şifahi şəkildə nəsillərdən-nəsillərə ötürülmüş, müəy-
yən hissəsi də yazıya köçürülmüşdü. Həmin vaxt həm səhih,
həm də “zəif” hədislər xalq arasında geniş yayılmışdı. Alim-
lər insanlara islamı öyrədir, “çeşmə”sini imkanları daxilində
saf saxlamağa çalışırdılar...
Məlumdur ki, İmam Əbu Hənifə İraqda, İmam Malik isə
Hicazda öz məzhəblərini qurmuşlar. Müsəlmanlar arasında
xüsusi çəkisi olan bu məzhəblər Qurana və Sünnəyə əsasla-
nır. Ümumiyyətlə, islam tarixində elə bir kəs olmamışdır ki,
Sünnəni Quranın möhtərəm “əlavə”si hesab etməsin. Düzdür,
bu və ya digər hədisin səhihliyi, Peyğəmbərə aidliyi mə-
sələsi ətrafında mübahisələr istisna olunmur. Amma bu mü-
265
bahisələr danılmaz bir həqiqətə əsla xələl gətirməmişdir: Al-
lahın kitabı və Peyğəmbərin sünnəsi İslamın əsas mənbələ-
ridir!
Alimlər müşahidə etmişlər ki, məlum altı kitab müəllif-
lərinin (Buxari, Müslim, Nəsai, Əbu Davud, Tirmizi, İbn
Macə – mütərcim) qoyduqları səhihlik şərtləri (meyarları)
fərqlidir. Çünki bu müəlliflər nəhəng hədis irsi ilə qarşı-qar-
şıya gəlmişdilər. Odur ki, hədislərin səhihliyindən, Peyğəm-
bərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
aidliyindən əmin olmaq üçün
yollar axtarmalı olmuşdular.
İmam Buxari
(Allah rəhmət etsin!)
həqiqəti axtarıb dəqiqləşdirmək-
də çox mühafizəkar olmuşdur. Məsələn, Buxariyə görə, bir
hədisin məqbul sayılması üçün, eyni dövrdə yaşamış və hə-
min hədisi rəvayət etmiş iki ravinin bir-biri ilə görüşüb-
görüşmədiyini isbatlamaq şərtdir. Buxari özünün “Səhih”
kitabını çoxsaylı hədis kütləsini “ələklədikdən” sonra yazmış-
dır...
Buxarinin “Səhih”ində, təkrarları çıxsaq, təxminən 2600 hə-
dis vardır...
İmam Müslimə gəlincə, nisbətən az mühafizəkar idi. O,
ravilərin eyni dövrdə yaşamasını hədisin səhihlik şərtlərindən
biri hesab etsə də, onların görüşüb-görüşmədiyini araşdır-
mamışdır. İmam Müslim güman edirdi ki, eyni dövrdə yaşa-
maq, həm də görüşməkdir və ya bu qəbil şey deməkdir. Odur
ki, onun kitabındakı hədislərinin sayı daha çoxdur...
Altı kitabdan yerdə qalanlarına gəlincə, onlarda səhih, “hə-
sən”, “zəif” və uydurma (mövzu) – belə hədislərin sayı çox
azdır – hədislər toplanıb.
Dostları ilə paylaş: |