270
Axır ki Şeyx Abdullah ibn Məhəmməd əs-Siddiqin “Şaz”
və qeyri-məqbul hədislər haqda faydalı izahlar” (əl-Fəvaid
əl-Məqsudə fi Bəyan əl-Əhadis əş-Şazzə əl-Mərdudə) adlı ki-
tabı işıq üzü gördü (Darülbeyza (Kasablanka): “Dar əl-Für-
qan” nəşriyyatı).
Kitabı oxuduqda gördüm ki, müəllif istinadları səhih olsa
da, məzmunundakı ziddiyyətlərə görə qırx üç hədisi “şazz”
saymışdır.
Kitabı diqqətlə araşdırdım, deyilənlərin əksəriyyəti ilə ra-
zılaşsam da, bir hissəsində tərəddüd göstərdim. Məsələn, ki-
tabın 92-ci səhifəsində müəllif Əbu Hüreyrəyə istinadən rə-
vayət olunmuş bu hədisi qeyri-məqbul hesab edir. Hədisə
görə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Rəbbimdən anam üçün bağışlanma diləmək icazəsi is-
tədim. İcazə vermədi. Qəbrini ziyarət etmək üçün izn is-
tədikdə izn verdi”
1
.
Bu hədis “şaz”dır, çünki Quran ayələrinə ziddir. Allah təala
buyurur:
- “...Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab
vermərik!” (əl-İsra, 15);
- “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəb-
bin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə pey-
ğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmə-
dikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!” (əl-
Ənam, 131).
1
Hədisi İmam Müslim, Əbu Davud, Nəsai, İbn Macə və Əhməd ibn
Hənbəl rəvayət etmişlər.
271
Pak və Uca Allah ərəblər haqqında buyurur:
- “...səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan
bir peyğəmbər göndərməmişdik” (Səba, 44);
- “...Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir
qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən
(nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!” (əs-
Səcdə, 3).
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
anası fətrət
∗
döv-
ründə yaşayıb. Onun yaşadığı dövrdə heç bir peyğəmbər
göndərilməyib və onun da bundan xəbəri olmayıb. Elə isə
ayələr açıq-aşkar göstərir ki, Peyğəmbərin anasına əzab yox-
dur. Bu səbəbdən, onun üçün bağışlanma diləməyi qadağan
edən hədis “şaz”dır. Quran ayələri olan yerdə “ahad” hədis-
ləri dəlil göstərmək yolverilməzdir! Bu ki açıq-aşkar məsələ-
dir.
“Müsnəd” kitabında Əbu Rəzin əl-Üqeyliyə istinadən Əh-
məd ibn Hənbəlin rəvayət etdiyi hədis də bu qəbildən-
dir. Hədisin istinadı çox “zəif”dir. Belə ki, əl-Üqeyli deyib:
“Peyğəmbərdən soruşdum: “Ey Allahın rəsulu, anam ha-
radadır?” Dedi: “Anan cəhənnəmdədir.” Sual etdim: “Bəs sə-
nin ailəndən keçib-getmişlər haradadır?” Dedi: “Ananın mə-
nim anamla birlikdə olmağı xoşuna gəlmirmi?”
Bu hədis “zəif” olmaqla yanaşı, həm də “şaz”dır.
∗
Fətrət (ərəb. “zaman kəsiyi”): peyğəmbərlərin göndərilmədiyi və
vəhyin kəsildiyi zaman kəsiyini; bir peyğəmbərin vəfatından digər pey-
ğəmbərin göndərilməsinə qədər olan müddəti; xüsusilə də İsa peyğəm-
bərlə Məhəmməd peyğəmbərin arasındakı dövrü ifadə edən dini ter-
min – tərcüməçinin qeydi.
272
Qurana zidd rəvayətlərin səhih olub-olmadığını araşdır-
maqla insanlar risk edirlər. Şəxsən mən bunu qeyri-məqbul
səfehlik hesab edirəm...
İbn Məsudun “Nas” və “Fələq” surələrini Qurandan say-
madığını iddia etmək gülməli deyildirmi? Kim inana bilər ki,
İbn Məsud kimi böyük şəxsiyyət bu sözləri söyləsin?!
Boş-boş rəvayətləri məqbul saymaqla iyrəncliyin zirvəsinə
“təntənə” ilə yüksəlmək mümkün imiş!
Bəzən mənə elə gəlir ki, “Müsnəd” kitablarının sahibləri,
əvvəlcə, hər deyiləni qaralama şəklində toplamış, uydurma və
əsassız rəvayətləri axırda müəyyənləşdirib rədd etməyi dü-
şünmüşlər. Amma ömür əta etməmiş, bu iş yarımçıq qal-
mışdır! Bu səbəbdən onların kitablarında uydurma hədislərə
rast gəlirik.
Məsələn, “Müsnəd” kitabının VI cildinin 269-cu səhifə-
sində Həzrəti Aişəyə
(Allah ondan razı qalsın!)
istinadən rəvayət olun-
muş belə bir “hədis” mövcuddur. Guya Həzrəti Aişə deyib:
“Rəcm” və “On dəfə əmizdirmə” ayəsi enmişdi. Evimdə, çar-
payının altında bir kağızda yazılmış halda idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xəstəliyindən şikayətləndiyində ba-
şımız qarışdı. (Və bu zaman) evə bir qoyun girərək onu (ka-
ğızı) yedi”.
Qümari yazır: “Bu, qeyri-məqbul və “şaz” rəvayətdir. Çün-
ki tilavəti nəsx etmək qeyri-mümkündür
∗
. “Zövq əl-Hilavət”
adlı kitabımda bu məsələyə hərtərəfli toxunmuşam.
∗
Yəni, itib-batan şey kağızdır. Tutaq ki, həmin ayələrin yazıldığı ka-
ğızı qoyun yeyib. Axı Quranın bütün ayələrini Peyğəmbər səhabələrinə
Dostları ilə paylaş: |