280
Şəxsən mən şahidi olmuşam ki, insanlar bunu edirlər.
Məsələn, Tofiq əl-Həkim kitablarının birini Xanım Zeynəbə
ithaf edərək yazmışdı: “Pak himayədarıma ithaf edirəm!”
Həmçinin, kitabının 105-ci səhifəsində Şeyx Qümari Əbu
Hüreyrəyə, İbn Abbas və Həzrəti Aişəyə istinadən rəvayət
olunmuş hədisdən danışır. Hədisdə deyilir ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
buyurub:
“Allah yəhudilərə lənət etmişdir. Çünki onlar peyğəmbər-
lərinin qəbirlərini məscidlərə (səcdəgahlara) çevirmişlər”.
Bu hədis İmam Buxarinin “Came əs-Səhih”, İmam Müs-
limin “Səhihi-Müslim” kitablarında və digər hədis toplu-
larında müxtəlif istinadlarla qeyd olunub. Əvvəlki və son-
rakı alimlərin çoxu bu hədisin səhihliyini təsdiqləsələr də,
ondakı “illət”i
∗
görməmişlər. Bu illətə görə hədis qanuni qüv-
vəsini itirir. Çünki üç cəhətdən Quranla üst-üstə düşmür.
Bu üç cəhəti belə xülasə edə bilərik:
Yəhudilər Allaha və peyğəmbərinə iyrənc ittihamlarla əziy-
yət etdikləri üçün lənətə tuş gəlmişlər. Onlar peyğəmbər-
ləri öldürmüş, Həzrəti İsa və Həzrəti Məhəmmədə də sui-
qəsd qurmuşlar. Əgər yəhudilər peyğəmbərlərə ədavət bəslə-
mişlərsə, necə ola bilər ki, onların qəbirlərini məscidlərə
çevirsinlər?! Bu ki mümkün deyildir.
Cavab veririk ki, Allah təala yəhudiləri belə təsvir edib:
∗
“İllət” (ərəb. “səbəb”, “zəif cəhət”, “qüsur”): Zahirən sağlam görü-
nən, əslində isə hədisin səhihliyinə xələl gətirən gizli qüsur – tərcümə-
çinin qeydi
.
281
“(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq.
İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. On-
ları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dön-
sünlər” (əl-Əraf, 168).
Əməlisaleh yəhudilər peyğəmbərlərə düşmənçilik göstər-
məmişdilər. Günahkarları isə onların qanını axıtmışlar. Pey-
ğəmbərlərin öldürülməsindən sonra onlara ehtiram əlaməti
olaraq, qəbirləri üstündə məscidlər tikilmişdir.
Amma bu qəbirlər Müqəddəs Torpaqlar yadellilər tərə-
findən viran edildiyi zaman dağıdılmışdır. Hal-hazırda orada
peyğəmbərlərə aid bir qəbir də olsun yoxdur! İtib-getmiş
qəbirlərin yerində indi kilsələrdəki bütlər, heykəllər və qur-
bangahlar durur. Bu kilsələrə “müqəddəslər”in adı verilib.
“Müqəddəs” sözü mübahisəli mövzudur. Çünki məsum (gü-
nahsız) olan qadın və ya kişi yoxdur. Odur ki, onların adla-
rını və ya heykəllərinə pənah aparmaq olmaz.
Bəzi yazılarımızda da demişdik ki, Romadakı “müqəddəs”
Pyotr heykəlinin ayaq hissəsi tez-tez bərpa olunur. Çünki
öpənlərin, əl sürtənlərin çoxluğundan ayaq hissə yeyilir.
İslam bütün bunları haram etmiş, məbədləri bütpərəstli-
yin təzahürlərindən uzaq tutmağın vacibliyini göstərmiş, məs-
cidləri yalnız Allaha xas qılmışdır.
282
Fiqh və hədis elmlərinin
bir-birindən təcridi
Mədəni tənəzzül əsrlərində fiqh, kəlam və sufilik məz-
həbləri arasında süni (həm də saxta) sərhədlər yaradıl-
mışdır. Nəticədə, hər bir məktəb ayrıca “bayrağ”a və “və-
təndaşlığ”a sahib müstəqil quruma çevrilmişdi...
Bu anormal və zəlil vəziyyət ümmətin birliyinə mənfi tə-
sir göstərmiş, düşmənin qabağında müsəlmanların səflərini par-
çalamış, islamı, mahiyyətini, missiyası və məqsədlərini zədələ-
mişdir!
Bir müsəlmanın Əbu Hənifənin və ya Əhməd ibn Hən-
bəlin davamçısı olmağı nə deməkdir?
Nə üçün bir müsəlman bu alimlərdən birinin metodunu
ideal həyat tərzi sayır? Nə üçün o, həmin məzhəblərdən bi-
rini insanlara təqdim edəcəyi ideal məzhəb hesab edir? Nə
üçün bir müsəlman başqa məzhəbləri saxta sayır, onlara yağı
kəsilir?
Bir çox müsəlman ölkəsində olmuşam. Görmüşəm ki,
müəyyən bir fiqhi yanaşma (görüş) minlərə hökm edib, on-
ları öz “qala”sının dustaqlarına çevirib. Və bu minlər o
“qala” olmazsa, nəfəs ala bilmirlər; dostluqlarını da, düşmən-
liklərini də bu “qala”da müəyyənləşdirirlər...
İslamdan bixəbər ölkələrə də səfər etmişəm. İslamı tək-
zib edənlərlə yanaşı, bizdəki filankəsin görüşlərini təsdiqlə-
283
yənlərin, yaxud da müəyyən qrupun dediklərinə yaxın bir
şey söyləyənlərin şahidi olmuşam...
Axırıncı kitabımı – “Fəqihlər və hədisşünaslara görə Pey-
ğəmbərin sünnəsi” kitabını yazdığımda bəzilərinin təqiblə-
rinə, yersiz iradlarına tuş gəldim. Bu kəslər araşdırdığım
məsələ barədə İbn əs-Səlahdan savayı heç kəsin görüşlərinə
bələd deyillər. Onların əl-İraqi, Nəvəvi və başqa alimlərin
məlum problemə dair fikirlərindən xəbərləri belə yoxdur!
İslama dəvət etdiyimdə dostlarıma deyirəm:
“Dinimizə hər tərəfdən: sağdan, soldan, ortadan savaş elan
etmişlər. Əgər mən onu müdafiə etmək istəyirəmsə, bir yerdə
yayğın, digər yerdə də “üzünə baxılmayan” görüşləri əsas
götürməməliyəm. Bu məqamda mənə vacibdir ki, bütün
imamların (alimlərin) görüşlərini nəzərdən keçirim, bütün
adətkərdə və qeyri-ənənəvi yanaşmalardan faydalanım...”.
Əbu Hənifənin qalasında qərar tapıb zəkatdan, İbn Tey-
miyyənin qalasında qərar tapıb talaqdan, İmam Malikin də
qalasında dayanıb qidalar... haqda danışmağım qəbahət de-
yildir. Onlar islamın qüdrətli simaları, risalətin cəfakeşlə-
ridir! Qarşılaşdığım problemlərin həllində onların görüşlərini
özümə həmdəm seçməyim, hər halda, qəbahət deyildir...
Mənə görə, mühüm olan şey bütöv islamdır, bu və ya di-
gər məzhəbin görüşü deyil!
Qeyd edim ki, bizdə “din alimləri” adlandırılan bəzi şəxs-
lər nəinki daxildə: evdə, küçədə..., həm də çöldə – Müsəl-
man dünyasından kənarda islama çağırışın adını qara çıxar-
mışlar. Onlar islama və dəvətə müsəllət olmuş bəladırlar!
Əslində, onları ala-yarımçıq “tələbə”lər də adlandırmaq olar.
Dostları ilə paylaş: |