277
edim ki, evlərini başlarına yandırsınlar. Onlar bilsələr ki,
(məsciddə) nəsibləri yağlı sümük olacaq, onda namaza tez
gələrlər”
1
.
Söhbət, xüsusən sübh və yatsı namazlarından gedir. Çün-
ki münafiqlər üçün bu namazlarda iştirak etmək çox çətin
idi...
Biz möminlərin məscidləri doldurub, səf-səf dayanmala-
rını, müasir maddi mədəniyyətin cazibədarlığına müqavi-
mət göstərmələrini alqışlayırıq. Maddiyyat mədəniyyəti kiçik
işlərlə məşğul olan nəsillər yetişdirmiş, kütlələri Allahın ra-
zılığını qazandıracaq işlərdən uzaqlaşdırmışdır...
Bununla yanaşı, biz hər nə qədər savabı az olsa da, nama-
zını evdə, bazarda, iş yerində... qılanlara “namazın heçdir” –
demirik...
Bu haqda hədisçi alimlərin müəyyən görüşləri vardır. Mə-
sələn, İbn Ümmi-Məktuma istinadən Əbu Davud və İbn
Macə rəvayət edirlər ki, İbn Ümmi-Məktum bir dəfə Pey-
ğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşubmuş: “Ey Alla-
hın rəsulu, mən kor adamam. Məni gəzdirən, amma mənim-
lə xoş rəftar etməyən bələdçim var. Evimdə namaz qılmağı-
ma icazə vardırmı?” Peyğəmbər ona deyir: “Çağırışı (azanı)
eşidirsənmi?” İbn Ümmi-Məktum: “Bəli”, – deyə cavab verir.
Peyğəmbər deyir: “Elə isə sənə icazə düşmür”
2
.
1
Hədisi İmam Buxari, Əhməd ibn Hənbəl və Darimi rəvayət etmişlər.
2
Hədisi Əbu Davud, İbn Macə, İmam Malik və Əhməd ibn Hənbəl rə-
vayət etmişlər.
278
Hədisi Əbü Hüreyrəyə istinadən İmam Müslim və Nəsai
aşağıdakı versiyada rəvayət etmişlər:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına kor bir kişi
gəlib...”.
Bu hədis göstərir ki, camaat namazı fərzi-eyndir. Amma
Qümari etiraz edir:
“Bu hədis “şaz”dır. Buna da Ütban ibn Malikin rəvayət
etdiyi hədis dəlalət edir. Belə ki, Ütban ibn Malik Peyğəm-
bərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlib deyir: “Ey Alla-
hın rəsulu, mən kor adamam. Qəbiləmlə birlikdə namaz qı-
lıram. Yağışlar olduqda mənimlə qəbiləmin arasındakı vadiyə
sel gəlir. Mən də onların məscidinə gedib namaz qıla bilmi-
rəm. Ey Allahın rəsulu, istərdim ki, sən gəlib evimdə namaz
qılasan (bizə namaz qıldırasan) və mən də oranı namaz-
gahıma çevirim.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
de-
yir: “İnşallah, gələrəm”.
Hədisi Müslim və başqaları rəvayət etmişlər.
Bu hədisdən məlum olur ki, üzrlü səbəblərdən camaat
namazında iştirak etməmək olar. Bu məsələdə “icma” vardır.
Bəzi alimlər demişlər: “İbn Ümmi-Məktuma ona görə icazə
verilməmişdi ki, o, namazlarını Peyğəmbər məscidində qılır-
mış. Bu məsciddə camaatla namaz qılmaqdan imtina etmək
olmaz. Çünki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu məsci-
də gəlir, möminlərə namaz qıldırırmış”.
Biz heç bir ədəbsizlik və qabalığa yol vermədən bu mə-
sələdə Şeyx Qümari ilə razılaşmırıq. Biz bu məsələdə haqqı
əsas tuturuq.
279
Qurani-Kərimdən öyrənirik ki, Mağaradakıların (Əshabi-
Kəhf
) cəsədlərinə rast gələnlər ixtilafa düşmüşdülər:
“...O zaman (Tərsusdakı möminlər və kafirlər) öz arala-
rında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən
sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh
və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində
mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra ka-
firlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (on-
ların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə
etiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin)
haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “On-
ların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir
məscid tikəcəyik!” – dedilər” (əl-Kəhf, 21).
Bu ayə göstərir ki, saleh bəndələrin qəbirləri üstündə
məscid tikmək əvvəlki dövrlərdə yayğın iş imiş. İslam gəldiyi
zaman qəbirlərin üstündə namaz qılmağı “məkruh” saymışdır.
Belə ki, Peyğəmbər deyib:
“Qəbirləri məscidlərə çevirməyin. Bunu sizə qadağan edi-
rəm”
1
.
Mümkündür ki, məscidlərdə ibadət edənlərin qəlbi orada
dəfn olunmuşlara zaman keçdikcə bağlansın və onlar öl-
müşləri özlərinə şəfaətçi tutsunlar. “əl-Cin” surəsində deyi-
lir:
“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allah-
dan başqa heç kəsə ibadət etməyin!” (əl-Cin, 18).
1
Hədisi İmam Buxari, İmam Müslim, Əbu Davud, Nəsai, Darimi və
Əhməd ibn Hənbəl rəvayət etmişlər.
Dostları ilə paylaş: |