266
Fikrimcə, bu kitablar İmam Əhmədin təxminən otuz
min hədisi ehtiva edən “Müsnəd”indən daha dəqiqdir. Qə-
bul olunub ki, “Müsnəd”dəki hədislərin bir hissəsi uydur-
madır.
O da məlumdur ki, bu imamlar hicri II əsrin sonların-
da toplanmış hədis kütləsini araşdırmışdılar. İmam Buxari
hədisləri xüsusi şəkildə araşdırıb, saf-çürük etsə də, Əhməd
İbn Hənbəl hədisləri kitab halında toplayarkən üzüyumşaq-
lıq göstərmişdir...
Buxarinin bir kənara qoyduğu hədisləri başqaları səhih
hesab etdiyi kimi, Buxari də İmam Əbu Hənifə və İmam
Malikdən “yan keçmiş” hədislərin səhih olub-olmadığını araş-
dırmışdır. Çünki İmam Əbu Hənifə və İmam Malik Buxari-
nin bir hədis alimi kimi yetişməsindən qabaqkı dövrdə ya-
şamışlar.
İmam Malikə görə, itin ağız suyu və təri təmizdir. O,
kitabının “Öyrədilmiş itlə ov” fəslində buna aşağıdakı ayəni
dəlil göstərmişdir:
“(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini
soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurul-
muşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib
əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovla-
dıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdik-
lərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quş-
ları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəs-
diyiniz zaman) Allahın adını çəkin (“bismillah, Allahu-
əkbər” deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə
haqq-hesab çəkəndir!” (əl-Maidə, 4).
267
İmam Əbu Hənifə hesab edirdi ki, azad bir insanı və ya
köləni, kişini və ya qadını, mömini və ya kafiri öldürən
müsəlmana cəza olaraq ölüm hökmü kəsilməlidir. Bunu
iddia edərkən Əbu Hənifə aşağıdakı ayələrin zahiri mənasına
əsaslanmışdı:
- “Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası
göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və ya-
ralarınkı yaralardır...” (əl-Maidə, 45);
- “O halda onların arasında Allahın nazil etdiyi Kitabla
hökm et...” (əl-Maidə, 49).
Bu deyilənlərdən belə bir nəticə çıxarmaq mümkündür-
mü ki, İmam Malik və İmam Əbu Hənifə hökmlərin mən-
bəyi olmada Sünnənin rolunu inkar etmişlər? Çünki onla-
rın bu görüşlərinə zidd hədislər mövcuddur. Təbii ki, ağıllı
insanlar bu cür düşünməzlər. Habelə, on minlərlə hədisin
arasından təxminən 2700 hədisi seçib qalanlarını bir kənara
qoyduğu üçün heç kəs Buxarinin Sünnə düşməni olduğunu
düşünmür.
Hədisin səhihliyini isbatlamaq üçün həm məzmun (mətn),
həm də istinadla (sənəd) bağlı bəzi şərtlər mövcuddur.
Alimlər bu şərtlərin nədən ibarət olmağı barədə fərqli fikirlər
səsləndirmişlər. Çünki Quran və hədislər əsasında hökm
çıxarmaq qabiliyyəti (söhbəti intellektual və fitri qabiliyyət-
dən gedir) hamıda eyni deyildir.
Həm sələf, həm də xələf həmrəydir ki, Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
hədisləri islamı izahda, təlimlərini açıqla-
mada Quranın “dostu”dur...
268
İndiki dövrdə bəzi şəxslər fiqh imamlarına yağı kəsiliblər.
Onlar məzhəblərin təqlid edilməsini rədd edirlər. Müzakirə
etdikləri hədislərdən istədikləri mənanı çıxarır, qəribə fikirlər
səsləndirirlər. Həmin bu fikirlər Qurana əksdir, məşhur
imamların, ağıllı insanların dedikləri ilə üst-üstə düşmür. Elə
ki onları sabit dini qaydalar əsasında hökm çıxarmağa ça-
ğırırsan, kobudcasına və sərt şəkildə deyirlər: “Sən Sünnəni
inkar edirsən, Peyğəmbərə düşmən kəsilirsən!”
Doğrudan da, biz, müsəlmanlar bugün həm mədəniyyət,
həm də əxlaq sarıdan korluq çəkirik. Bir şeyi ala-yarımçıq
bilmək böyük müsibətdir. Ala-yarımçıq elm, üstəgəl, insan-
larla kobud davranıb, onlarda eyib axtarmaq – bütün bunlar
daha dəhşətlidir!
Hədisləri inkar və ya təsdiq etmək hər adamın işi de-
yildir! Həmçinin, fərdi və beynəlxalq münasibətlərdə Alla-
hın şəriətinin yerinin müəyyənləşdirilməsi, ailə məsələləri,
ümumi və şəxsi kapitalın tədavülü, hakimiyyət formaları, şura
və digər problemlər haqqında yalnız elm sahibləri danış-
malıdırlar. Fəhlələrə, əkinçilərə, bədəvilərə gəlincə, onlar hara,
bu işlər hara!
269
Qeyri-məqbul hədislər barədə
İndiki vaxtda hədis elmləri ilə iki böyük alim məşğul
olur: Şeyx Məhəmməd Nasirəddin Əlbani və Şeyx Abdul-
lah Siddiq əl-Qümari
∗
. Onların yazdıqlarını oxuyur, qiymət-
li biliklər əldə edirəm. Onlar, mənə görə, din elmlərinin bu
sahəsində – hədisşünaslıqda dərin bilik sahibidirlər...
Aralarındakı “ixtilaf” mənim üçün əhəmiyyətli deyildir. Şeyx
Əlbani sələfilərə, Şeyx Qümari də əş`ərilərə yaxınlığı ilə tanı-
nır...
Əqidə mövzularını araşdırdığım zaman sələfilərlə əş`əri-
lərin arasında yaranmış “ixtilaf”lara heç bir qrupa meyl
göstərmədən, obyektiv şəkildə nəzər salıram. Elmi tariximizə
hücum çəkmiş qədim yunan fəlsəfəsinin müsbət və mənfi
təsirlərinə “yox” deyirəm. Həm materiyanı, həm də materi-
yadan kənar mahiyyətləri Quran metodu ilə araşdırıram...
Bu səbəbdən mən sələfilər və əş`ərilərin nəzəri kəlam
məsələləri ilə bağlı görüşlərindən uzağam. Məni fiqhin prak-
tik tərəfləri, əxlaqi davranışlar, dinin praktik tətbiqi yolları
maraqlandırır.
∗
Kitabın yazıldığı dövrdə (1991) hər iki alim həyatda idi. Ancaq indi
hər ikisi haqqın dərgahına qovuşub. Şeyx Qümari 1901-1993, Şeyx Əl-
bani isə 1914-1999-cu illər arasında yaşamışlar. Allah hər ikisinə rəh-
mət etsin! – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |