205
pilləsində birinci intellekt obrazlarının məntiqi sıralanmasını və ya
üçüncü pilləsində leksik formalarin sıralanmasını hiss
edə bilmirik,
hətta bəzən nitqin özünü belə, necə söylədiyimizin fərqində olmuruq.
Çünki nitqyaratma artıq gündəlik həyatımızın nəfəs almaq, su içmək
kimi həyati əhəmiyyət daşıyan elementinə çevrilmişdir. Nəfəs almaq
və ya su içmək üçün adi halda “nəfəsi belə almalıyam” və ya “suyu
belə içməliyəm” formasında nə isə bir şey düşündüyümüzü hiss
etmədiyimiz kimi, artıq tam avtomatlaşmış analogiyalarla reallaşan
nitq və ya nitq söyləmi yaratma ilə bağlı bəzi təfəkkür proseslərini də
hiss etmirik.
Amma gəlin xatırlayaq ki, əlimiz bağlı, sarıqlı olanda, əlimiz-
də həmin an yerə qoya bilmədiyimiz bir əşya olanda və ya sadəcə
əlimiz çirkli olanda, suyu necə içməli olduğumuz halda düşündüyü-
müzü mütləq hiss edirik. Hətta bəzən ağlımıza gələn ilk fikirdən daşı-
nıb yeni bir üsul fikirləşdiyimiz zamanlar da olur. Məsələn, əvvəlcə
əyilib krandan su içmək qərarına gəlirik, amma kranı da
aça bilmə-
dikdə, qərar veririk ki, yanımızda olan şəxsdən xahiş edək, su içməyi-
mizə kömək etsin. Belə hallarda su içməklə bağlı düşündüyümüzü
ona görə hiss edirik ki, bu variantlarla su içməyin bir proses olaraq
analogiyası hələ avtomatlaşmamışdır.
Eyni vəziyyət bəzən nitqyaratma prosesi ilə də bağlı müşahidə
olunur. Məsələn, hər hansı bir sözü, termini, deyimi və ya xüsusi
olaraq nəzərə çatdırmaq istədiyimiz ifadəni nitqin və ya söyləmin
hansı hissəsində, hansı sözdən əvvəl, hansı sözdən sonra, hansı
intonasiya ilə söyləmək məsələsini xüsusi qərar vermək yolu ilə həll
edirik. Bu zaman sadəcə dərketmə aktının dördüncü fazasının üçüncü
pilləsində söyləmin leksik səviyyədə sıralanmasını deyil,
az qala
həmin fazanın ikinci pilləsində birinci intellekt obrazlarının məntiqi
sıralanmasını necə planlaşdırdığımızı belə tam aydınlığı ilə hiss
edirik.Çünki bu qaydada nitqyaratmanın bir proses kimi analogiyası
hələ avtomatlaşmamışdır.
İkincisi, hər hansı bir nitq və ya söyləmi yaratmaq is-
təmədiyimiz halda, qəflətən bir məşhurun bir kəlamının, bir şeirin bir
206
misrasının ağlımıza və dilimizə gəlməsi və ya gözlənilmədən bir
mahnını zümzümə etməyimiz, əslində, burada şərh olunan dərketə
və təfəkkür proseslərinə və onların bir hissəsi olaraq nitqyaratma
qaydalarına və mexanizminə zidd deyil, əksinə, bu qaydaların doğru-
luğunu bir daha təsdiq edir. Yəni əvvəldə də qeyd etdiyimiz kimi,
bəzən heç bir şey düşünmədən sakitcə oturub musiqi dinlədiyimiz
halda, qəflətən hansısa bir hadisəni və ya şəxsi xatırlayırıq. Amma
dərindən analiz etdikdə yadımıza düşür ki, həmin şəxs və ya hadisə
ilə qarşılaşarkən bu musiqi parçasını eşitmişdik.
Bəzən də qəflətən
yada düşən belə hadisə və ya şəxslərin hal-hazırkı vəziyyətimizlə nə
əlaqəsi olduğunu, onu nə üçün və ya nəyin təsiri ilə xatırladığımızı
ümumiyyətlə müəyyənləşdirə bilmirik. Bunun səbəbi odur ki, şüu-
rumuz baş beyindəki intellekt kodları üzərindən çox böyük sürətlə
şütüyərək keçir və həmin anda aktiv yaddaşın təmasda olduğu məlu-
mata, yaxud da gerçəklik elementinə az və ya çox dərəcədə uyğun
gələn intellekt kodlarını ani olaraq aktivləşdirir. Kompüter analogi-
yasına uyğun şəkildə desək, “axtarış” rejimi daxilində operativ yad-
daşa yerləşdirilmiş məlumat əsasında əsas yaddaşdakı bütün uyğun
məlumatlara istinadlar verilir.
Nitqin mənimsənilməsi onun yaranma prosesinin məntiqi da-
vamı mahiyyəti daşıyır. Belə ki, aktiv
kommunikant üçün nitq söylə-
minin səsləndirildiyi faza dərketmə aktının 4-cü fazasıdır. Passiv
kommunikant üçün həmin nitq söyləminin səsləndiyi faza eyni
dərketmə silsiləsinin növbəti aktının 1-ci fazasıdır. Çünki passiv
kommunikant mətn şəklində verilən bu məlumatı eşitmə orqanları
vasitəsilə qəbul edir (eşidir), intellekt obrazına çevirərək mənimsəyir
(ikinci aktın 1-ci fazası). İntellekt obrazı şəklində qəbul olunan bu
məlumat müvafiq intellekt kodu şəklində baş beyində qeyd edilərək
mühafizə olunur (ikinci aktın 2-ci fazası).
Aktiv kommunikant və ya müəllim tərəfindən yaradılan bu
nitq söyləminin qəbul edilməsi ilə bağlı passiv kommunikantın, yəni
şagirdin beynində aşağıdakı təfəkkür prosesləri gedir:
Aktiv kommunikantın səsləndirdiyi nitq söyləmi passiv kom-
207
munikantın eşitmə orqanları vasitəsilə qəbul edilir. Qəbul edilmiş
nitq söyləminin
emosional, ekspressiv tonu müəyyən edilir. Belə ki,
bəzən nitqın emosional, ekspressiv tonu onun daşıdığı məna yükündə
əhəmiyyətli dəyişkənliklərə, hətta tamamilə əks mənanın yaranma-
sına səbəb olur.
Məsələn, adi intonasiya ilə deyilən bu nitq söyləmi bir iş böl-
güsünü, bir razılaşmanı xatırladır:”Bəli, biz burada işləyirik, sən
ağacın altında oturursan, kompüterini açib bütün tanış ünvanlara
məktub yazırsan”. Belə bir təəssürat yaranır ki, bu söyləmdən sonra
“Razılaşdıqmı?” sualı veriləcək.
Yüksək intonasiya isə, eyni söyləmi sözbəsöz icra edilməsi
lazım gələn bir komandir əmrinə çevirir: ”Bəli! Biz burada işləyirik!
Sən ağacın altında oturursan!? Kompüterini açib bütün tanış ünvanla-
ra məktub yazırsan!” Belə bir təəssürat yaranır ki, bu söyləmdən
sonra “Başa düşdünmü, əsgər?” sualı veriləcək.
Yüksək pafos və ironiyalı sual
tonu isə, eyni söyləmin bütün
mənasını tamamilə əks mənaya çevirir: ”Bəli…?! Biz burada işləyi-
rik! Sən ağacın altında oturursan…?! Kompüterini açib bütün tanış
ünvanlara məktub yazırsan…?!” Belə bir təəssürat yaranır ki, bu söy-
ləmdən sonra “Hamı kimi işləyəcəksən, yoxsa yox?” sualı veriləcək.
Nitqin qəbulu zamanı nitq söyləmini əmələ gətirən bütün dil
struktur vahidləri baş beyində mövcud olan ikinci intellekt obrazları
ilə qarşılaşdırılır. Əgər nitqi qəbul edən şəxsin beynində nitq söyləmi-
ni əmələ gətirən bu və ya digər dil struktur vahidinə ekvivalent olan
ikinci intellekt obrazı olmazsa, həmin dil struktur vahidi bu şəxs tərə-
findən tanına bilmir və həmin nitq soyləmi ara boşluqları ilə qəbul
edilmiş olur. Məsələn, müəllim belə bir soyləm səsləndirir:”Mausun
soketi prosessorun razyomuna sancılır”. Şagirdin beynində bu söylə-
mi əmələ gətirən iki dil struktur vahidinə (
soket, razyom) uyğun ikin-
ci intellekt obrazı olmaya bilər. Yəni bu iki
sözü şagird bu günə qədər
eşitməmış ola bilər. Bu halda həmin nitq söyləmi bu şagird tərəfindən
iki ara boşluğu ilə qəbul edilir, “Mausun ... prosessorun ... sancılır”.
Şagird təxmin edə bilər ki, burada söhbət mausun hansısa hissəsinin
208
prosessorun hansısa bir hissəsinə taxılmasından gedir. Amma yəqin-
lik əldə etmək və söyləmdəki bu boşluqları doldura və onu tam anla-
ya bilmək üçün müəllimdən soket və razyom haqqında əlavə izahat
ala bilər. Soketin xüsusi formalı çəngəl, razyomun isə eyni formalı
tıxac olduğunu öyrənməklə söyləmdəki boşluqları bərpa edir. Belə-
liklə, söyləm daxilindəki bütün dil struktur vahidləri, onların ekvi-
valent olduğu ikinci intellekt obrazları ilə qarşılaşdırılır.
Bu beyin fəaliyyəti nəticəsində nitq söyləmindəki dil struktur
vahidləri, nitq söyləmini qəbul edən şəxsin əsas yaddaşında olan və
həmin dil struktur vahidlərinə ekvivalent olan
ikinci intellekt obrazla-
rından ibarət silsilə formasına transformasiya olunur. Bu zaman hər
bir dil struktur vahidinə ekvivalent olan ikinci intellekt obrazı eyni
koddakı birinci intellekt obrazı ilə qarşılaşdırılaraq onun da aktiv-
ləşməsini təmin edir. Aktivləşmiş birinci intellekt obrazları qəbul
edilmiş mətnin dil struktur vahidlərinə uyğun şəkildə sıralanır və
beləliklə də, nitq və ya söyləm, yəni onlar vasitəsilə gerçəklik ele-
menti haqqında verilən informasiya mənimsənilmiş olur.
Qeyd edək ki, qəbul edilən məlumatlar bitincəyə qədər, yəni
müəllimin məlumat vermə prosesi başa çatıncaya qədər passiv kom-
munikantın beynində ardıcıl olaraq dərketmə aktının yalnız 1-ci və 2-
ci fazaları gerçəkləşir.
Müəllimin verdiyi və şagirdlərin qəbul etdiyi məlumatlarla
bağlı cərəyan edən dərketmə fazalarının analizindən də gördüyümüz
kimi, məlumatın ötürülməsi məqsədi ilə icra olunan nitq prosesi
(informasiya verilməsi və ya qəbul edilməsi) dərketmə aktının
birinci
və dördüncü fazalarında icra olunan total modullaşmada müşahidə
olunur.
Nitq söyləminin mənimsənilməsi mexanizmi ilə bağlı çox
yığcam şəkildə verilmiş bu şərhdə həmin prosesin mahiyyəti tam
şəkildə açılmışdır. Bununla belə, təqdim olunan nəzəri mövqeyimiz
yenidir, eyni zamanda digər nəzəri mövqelərə əsaslanmaqla bu şərhin
başqa şəkildə təfsirinə cəhd göstərilmə ehtimalı da vardır. Bu baxım-
dan verilən məlumatın məhz necə mənimsənilməsi, beyində nəyin