201
masiya olunaraq nitqə çevrilir.
Nitqin yaranması ilə bağlı deyilənləri
nümunələr əsasında şərh edək.
Belə fərz edək ki, məktəbdə müəllim şagirdlərə kompüterin
əsas hissələrinin təyinatını, funksiyasını və bu hissələrin öz arasında
birləşdirilməsi qaydasını izah edir.
Təbii ki, müəllim əvvəlcə deyə-
cəklərini fikrən yada salır, müəyyən məntiqi sıra ardıcıllığı ilə düzür
və yalnız bundan sonra izahata başlayır. Öz nitqinin və ya məruzə-
sinin ilk cümləsini deyənə qədər onun beynində aşağıdakı təfəkkür
prosesləri gedir:
Müəllimin beynindəki milyonlarla intellekt kodları arasından
kompüterin əsas hissələrinin təyinatı, funksiyası, onların öz arasında
birləşdirilməsi qaydası ilə birbaşa bağlı olan bütün intellekt kodları və
kod silsilələri seçilərək aktiv yaddaşa gətirilir, yəni yada salınır və ya
xatırlanır (dərketmə aktının 3-cü fazası).
Dördüncü fazada baş verən təfəkkür proseslərinin mürəkkəb-
liyini və nitqyaratmanın məhz bu fazada baş verdiyini nəzərə alaraq,
onları daha detallı şəkildə izləyə bilmək üçün bu fazanı dörd ardıcıl
pillə şəklində nəzərdən keçirək.
Dördüncü fazanın birinci pilləsi: Aktiv yaddaşa gətirilmiş
intellekt kodları və kod silsilələri müəllimin söyləyəcəyi mühazirənin
ümumi planına və məntiqinə uyğun şəkildə sıralanır. Əvvəlcə kom-
püterin mausunun,
sonra klaviyəsinin, monitorunun, prosessorunun
təyinatı, bu hissələrin öz arasında birləşdirilmə qaydası ilə birbaşa
bağlı olan intellekt kod və silsilələri ardıcıl şəkildə düzülür. Bununla
müəllimin beynində söyləyəcəyi mühazirə
mətninin ümumi sxemi
qurulmuş olur.
Dördüncü fazanın ikinci pilləsi: Mühazirə mətninin aktiv yad-
daşda olan ümumi sxeminin əvvəlində, yəni nitqin başlanğıcında yer
alan gerçəklik elementinə aid intellekt kod və silsilələri daha detallı
şəkildə açılır. Verilən nümunəyə istinadən belə deyə bilərik ki, kom-
püterin
mausu, onun təyinatı və digər kompüter hissələrinə birləşdi-
rilməsi qaydası ilə birbaşa bağlı olan intellekt
kod və silsilələri birinci
intellekt obrazları səviyyəsində tam açılaraq məntiqi şəkildə sıralanır.
202
Bununla müəllimin beynində kompüterin mausu, onun təyinatı
və digər hissələrlə birləşdirilməsinə aid söyləyəcəyi əsas fikir forma-
laşmış olur.
Dördüncü fazanın üçüncü pilləsi: Formalaşmış əsas fikrə ek-
vivalent olan birinci intellekt obrazları nitq vahidi mahiyyəti daşıyan
söyləmlərə parçalanır və ya başqa sözlə desək, birinci intellekt obraz-
ları söyləmlər şəklində xırda qruplarda birləşir.
Bəzi hallarda birinci intellekt obrazları arasında məntiqi boş-
luqlar ola bilər ki, bu boşluqlar gerçəklik elementi
ilə vasitəli şəkildə
bağlı olan intellekt kodları və kod silsilələrindən müvafiq birinci in-
tellekt obrazlarının alınması yolu ilə tamamlanır. Məsələn, kompü-
terin mausu, onun təyinatı və digər kompüter hissələrinə birləşdiril-
məsi qaydası ilə birbaşa bağlı olan intellekt kod və silsilələrində
mausun digər kompüter hissələriylə hansı üsul və hansı alət vasitəsilə
birləşdirilməsinə aid heç bir intellekt obrazı və hətta abstrakt təsəvvür
belə olmaya bilər ki, bu da sıralanmış birinci intellekt obrazları ara-
sında məntiqi boşluğun yaranmasına gətirib çıxarır.
Bu məntiqi boşluq, mausa, klaviyəyə, monitora, prosessora və
ümumiyyətlə,
kompüterə birbaşa deyil, vasitəli şəkildə bağlı olan,
amma onlara aid intellekt kod və silsilələri ilə eyni sistemdə mühafizə
olunan əsas yaddaşdan aktiv yaddaşa gətirilərək digər (məsələn,
elektrik sistemi, mexaniki əl alətləri və s.) intellekt kod və silsilələri
hesabına tamamlanır.
Söyləmlər şəklində qruplaşdırılmaqla sıralarındakı bütün mənti-
qi boşluqları doldurulmuş birinci intellekt obrazları ikinci intellekt
obrazlarına və onlar da öz növbəsində sözlərə transformasiya olunur.
Bu pillənin sonunda müəllimin beynində kompüterin mausu ilə bağlı
söyləyəcəyi
ilk söyləm leksik səviyyədə hazır olur, məsələn, “maus,
kompüter, əməliyyat, seçmək, alət”.
Dördüncü fazanın dördüncü pilləsi: Aktiv yaddaşda leksik sə-
viyyədə hazır olan bu söyləmdə nitqin ifadəliliyi və axıcılığı baxı-
mından, başqa sözlə desək, fonetik, qrammatik və sintaktik baxımdan
mövcud olan boşluqlar aktiv kommunikantın əsas yaddaşında nitq
203
söyləminin yaradılması ilə bağlı mövcud olan intellekt kodları və kod
silsilələrindən aktiv yaddaşa gətirilən intellekt obrazları və ya abstrakt
təsəvvürlərə ekvivalent olan dil struktur vahidləri hesabına doldurulur
və
nitqin ilk söyləmi səsləndirilmək üçün tam hazır olur. Məsələn,
“Maus kompüterin əməliyyat seçmə alətidir”.
Nitq söyləminin qrammatik cəhətdən məhz bu şəkildə tərtib
olunması mütləq deyil. Nitqin ünikallığını nəzərə almaqla qeyd et-
mək lazımdır ki, aktiv kommunikant bu söyləmi qrammatik cəhətdən
həmin anda ona
məlum olan istənilən formada, istənilən intonasiya
ilə və istənilən yardımçı vasitələr əhatəsində söyləyə bilər, məsələn,
“Maus kompüterin əməliyyat seçmək alətidir” və ya “Maus kompü-
terdə əməliyyat seçmək alətidir” və s.
Burada daha iki faktı qeyd etmək istəyirik.
Birincisi, bizim ayrı-ayrılıqda izah etməyə çalışdığımız üçün-
cü və dördüncü fazalar, eləcə də dördüncü fazanın bölərək izah et-
məyə çalışdığımız dörd pilləsi mütləq şəkildə burada qeyd olunan
sıra ardıcıllığı ilə cərəyan edir. Bu sıranın pozulması və ya pillələrdən
hansısa birinin baş verməməsi mümkün deyil. Bundan başqa danışan
şəxsin beynində yada salınan və transformasiya olunan bütün mə-
lumatlar axıradək ötürülüncəyə qədər ardıcıl olaraq dərketmə aktının
yalnız 3-cü və 4-cü fazaları gerçəkləşir.
İkincisi, tədqiqat boyu verdiyimiz izahatı bir qədər asanlaşdır-
maq, baş verən proseslərin sırasını, ardıcıllığını diqqətə çatdırmaq
məqsədilə dərketmə və təfəkkür prosesləri ilə bağlı aradığımız akt,
faza, pillə tipindəki bölgülər tamamilə şərti xarakter daşıyır. Belə ki,
bütün dərketmə və təfəkkür prosesləri vahid bir fəaliyyət kimi cərə-
yan edir. İlk baxışdan bir qədər xaotik görünən ayrı-ayrı fəaliyyətlər
isə insanın olumundan ölümünə qədər davam edən ümumi fəaliyyət
daxilində sıralanır və bir-birini tamamlayır.
Nitqin yaranması haqqında yuxarıda verdiyimiz şərhlə bağlı
opponentlərimiz tərəfindən belə iradlar tutula bilər ki,
birincisi, biz
şüurlu insanlarıq. Hər hansı bir nitq söyləmini yaradakən onların dör-
düncü fazanın ikinci pilləsində birinci intellekt obrazları kimi məntiqi
204
sıralanmasını hiss etməsək belə, dördüncü fazanın
üçüncü pilləsində
leksik səviyyədə sıralanmasını mütləq hiss etməli, şüurumuzla qavra-
malıyıq, amma bunu hiss etmirik.
İkincisi, bəzən hər hansı bir nitq və
ya söyləmi yaratmaq istəmədiyimiz halda, qəflətən bir məşhurun bir
kəlamı, bir şeirin bir misrası ağlımıza və dilimizə gəlir, bəzən ciddi
bir işlə məşğul olduğumuz halda və ya boş oturduğumuz yerdə qəflə-
tən bir mahnını zümzümə etməyə başlayırıq. Bu kimi hallar burada
şərh olunan nitqyaratma qaydalarına və mexanizminə ziddir ki, bu da
nitqin yaranması ilə bağlı burada verilən şərhlərin doğruluğunu və ya
həqiqətə uyğunluğunu şübhə altına almağa əsas verir.
Opponentlərimizə minnətdarlıq hissi
ilə qeyd etmək istəyirik
ki,
əvvəla, biz canlı varlıq olduğumuza görə, istisnasız olaraq bütün
fəaliyyətlərimiz mövcud ehtiyaclarımız və motivləşmə nəticəsində
baş verir. Məlumdur ki, eyni ehtiyacların ödənilməsinə yönələn fəa-
liyyətlərin çoxsaylı və ardıcıl təkrarı bütün canlılarda ilk növbədə
şərti reflekslərin yaranmasına səbəb olur. Şüurlu varlıq olan insan-
larda isə hər bir fəaliyyət əvvəlcə düşünülmüş, planlı hərəkətlərin
reallaşması ilə başlayır, həmin fəaliyyətlərin
standart vəziyyətlərdə
təkrarlanması isə avtomatik şəkildə icra olunan standart analogiya-
ların formalaşması ilə nəticələnir.
Avtomat şəkildə icra olunan analogiya prinsipinə bənzər fikir-
lərə dilin əlifba sistemindən bəhs edən akademik A.Axundovda rast
gəlirik: “Əlifba fəaliyyətin dəfələrlə təkrarı sayəsində avtomatik icra
olunan uzunmüddətli psixoloji proseslə - vərdişlə bağlıdır. Əlifba
dəyişimi vərdişin itməsi deməkdir. Onu yenidən bərpa etmək (yeni
əlifbanı mənimsəmək - M.B.Əsgərov) üçün illər lazımdır”
1
.
Nəzərə almaq lazımdır ki, nitqyaratma fəaliyyəti insan üçün
təkrarlanan fəalyyət səddini çoxdan aşmış, artıq insan olmağın atribu-
tuna çevrilmişdir. Bu səbəbdən hər hansı bir nitq söyləmini yaradar-
kən onunla bağlı bütün fəaliyyətlər avtomatik şəkildə icra olunan
analogiyalarla reallaşır. Nəticədə, biz həmişə danışmış olduğumuz
tərzdə danışarkən, nəinki dərketmə aktının dördüncü fazasının ikinci
1
Axundov A.A. Dil və ədəbiyyat. II c., Bakı, “Gənclik”, 2003, s. 244.