Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

 
201 
masiya olunaraq nitqə çevrilir. Nitqin yaranması ilə bağlı deyilənləri 
nümunələr əsasında şərh edək. 
Belə  fərz edək ki, məktəbdə müəllim  şagirdlərə kompüterin 
əsas hissələrinin təyinatını, funksiyasını və bu hissələrin öz arasında 
birləşdirilməsi qaydasını izah edir. Təbii ki, müəllim əvvəlcə deyə-
cəklərini fikrən yada salır, müəyyən məntiqi sıra ardıcıllığı ilə düzür 
və yalnız bundan sonra izahata başlayır. Öz nitqinin və ya məruzə-
sinin ilk cümləsini deyənə qədər onun beynində aşağıdakı təfəkkür 
prosesləri gedir: 
Müəllimin beynindəki milyonlarla intellekt kodları arasından 
kompüterin əsas hissələrinin təyinatı, funksiyası, onların öz arasında 
birləşdirilməsi qaydası ilə birbaşa bağlı olan bütün intellekt kodları və 
kod silsilələri seçilərək aktiv yaddaşa gətirilir, yəni yada salınır və ya 
xatırlanır (dərketmə aktının 3-cü fazası). 
Dördüncü fazada baş verən təfəkkür proseslərinin mürəkkəb-
liyini və nitqyaratmanın məhz bu fazada baş verdiyini nəzərə alaraq, 
onları daha detallı şəkildə izləyə bilmək üçün bu fazanı dörd ardıcıl 
pillə şəklində nəzərdən keçirək.  
Dördüncü fazanın birinci pilləsi: Aktiv yaddaşa gətirilmiş 
intellekt kodları və kod silsilələri müəllimin söyləyəcəyi mühazirənin 
ümumi planına və məntiqinə uyğun şəkildə sıralanır. Əvvəlcə kom-
püterin mausunun, sonra klaviyəsinin, monitorunun, prosessorunun 
təyinatı, bu hissələrin öz arasında birləşdirilmə qaydası ilə birbaşa 
bağlı olan intellekt kod və silsilələri ardıcıl şəkildə düzülür. Bununla 
müəllimin beynində söyləyəcəyi mühazirə  mətninin ümumi sxemi 
qurulmuş olur.    
Dördüncü fazanın ikinci pilləsi: Mühazirə mətninin aktiv yad-
daşda olan ümumi sxeminin əvvəlində, yəni nitqin başlanğıcında yer 
alan gerçəklik elementinə aid intellekt kod və silsilələri daha detallı 
şəkildə açılır. Verilən nümunəyə istinadən belə deyə bilərik ki, kom-
püterin mausu, onun təyinatı və digər kompüter hissələrinə birləşdi-
rilməsi qaydası ilə birbaşa bağlı olan intellekt kod və silsilələri birinci 
intellekt obrazları səviyyəsində tam açılaraq məntiqi şəkildə sıralanır.  
 
202
Bununla müəllimin beynində kompüterin mausu, onun təyinatı 
və digər hissələrlə birləşdirilməsinə aid söyləyəcəyi əsas fikir forma-
laşmış olur. 
Dördüncü fazanın üçüncü pilləsi: Formalaşmış əsas fikrə ek-
vivalent olan birinci intellekt obrazları nitq vahidi mahiyyəti daşıyan 
söyləmlərə parçalanır və ya başqa sözlə desək, birinci intellekt obraz-
ları söyləmlər şəklində xırda qruplarda birləşir. 
Bəzi hallarda birinci intellekt obrazları arasında məntiqi boş-
luqlar ola bilər ki, bu boşluqlar gerçəklik elementi ilə vasitəli şəkildə 
bağlı olan intellekt kodları və kod silsilələrindən müvafiq birinci in-
tellekt obrazlarının alınması yolu ilə tamamlanır. Məsələn, kompü-
terin mausu, onun təyinatı və digər kompüter hissələrinə birləşdiril-
məsi qaydası ilə birbaşa bağlı olan intellekt kod və silsilələrində 
mausun digər kompüter hissələriylə hansı üsul və hansı alət vasitəsilə 
birləşdirilməsinə aid heç bir intellekt obrazı və hətta abstrakt təsəvvür 
belə olmaya bilər ki, bu da sıralanmış birinci intellekt obrazları ara-
sında məntiqi boşluğun yaranmasına gətirib çıxarır.  
Bu məntiqi boşluq, mausa, klaviyəyə, monitora, prosessora və 
ümumiyyətlə, kompüterə birbaşa deyil, vasitəli  şəkildə bağlı olan, 
amma onlara aid intellekt kod və silsilələri ilə eyni sistemdə mühafizə 
olunan  əsas yaddaşdan aktiv yaddaşa gətirilərək digər (məsələn, 
elektrik sistemi, mexaniki əl alətləri və s.) intellekt kod və silsilələri 
hesabına tamamlanır. 
Söyləmlər şəklində qruplaşdırılmaqla sıralarındakı bütün mənti-
qi boşluqları doldurulmuş birinci intellekt obrazları ikinci intellekt 
obrazlarına və onlar da öz növbəsində sözlərə transformasiya olunur. 
Bu pillənin sonunda müəllimin beynində kompüterin mausu ilə bağlı 
söyləyəcəyi ilk söyləm leksik səviyyədə hazır olur, məsələn, “maus, 
kompüter, əməliyyat, seçmək, alət”.  
Dördüncü fazanın dördüncü pilləsi: Aktiv yaddaşda leksik sə-
viyyədə hazır olan bu söyləmdə nitqin ifadəliliyi və axıcılığı baxı-
mından, başqa sözlə desək, fonetik, qrammatik və sintaktik baxımdan 
mövcud olan boşluqlar aktiv kommunikantın  əsas yaddaşında nitq 


 
203 
söyləminin yaradılması ilə bağlı mövcud olan intellekt kodları və kod 
silsilələrindən aktiv yaddaşa gətirilən intellekt obrazları və ya abstrakt 
təsəvvürlərə ekvivalent olan dil struktur vahidləri hesabına doldurulur 
və  nitqin ilk söyləmi səsləndirilmək üçün tam hazır olur. Məsələn, 
“Maus kompüterin əməliyyat seçmə alətidir”.  
Nitq söyləminin qrammatik cəhətdən məhz bu şəkildə  tərtib 
olunması mütləq deyil. Nitqin ünikallığını  nəzərə almaqla qeyd et-
mək lazımdır ki, aktiv kommunikant bu söyləmi qrammatik cəhətdən 
həmin anda ona məlum olan istənilən formada, istənilən intonasiya 
ilə və istənilən yardımçı vasitələr əhatəsində söyləyə bilər, məsələn, 
“Maus kompüterin əməliyyat seçmək alətidir” və ya “Maus kompü-
terdə əməliyyat seçmək alətidir” və s.  
Burada daha iki faktı qeyd etmək istəyirik. 
Birincisi, bizim ayrı-ayrılıqda izah etməyə çalışdığımız üçün-
cü və dördüncü fazalar, eləcə də dördüncü fazanın bölərək izah et-
məyə çalışdığımız dörd pilləsi mütləq  şəkildə burada qeyd olunan 
sıra ardıcıllığı ilə cərəyan edir. Bu sıranın pozulması və ya pillələrdən 
hansısa birinin baş verməməsi mümkün deyil. Bundan başqa danışan 
şəxsin beynində yada salınan və transformasiya olunan bütün mə-
lumatlar axıradək ötürülüncəyə qədər ardıcıl olaraq dərketmə aktının 
yalnız 3-cü və 4-cü fazaları gerçəkləşir. 
İkincisi, tədqiqat boyu verdiyimiz izahatı bir qədər asanlaşdır-
maq, baş verən proseslərin sırasını, ardıcıllığını diqqətə çatdırmaq 
məqsədilə  dərketmə  və  təfəkkür prosesləri ilə bağlı aradığımız akt, 
faza, pillə tipindəki bölgülər tamamilə şərti xarakter daşıyır. Belə ki, 
bütün dərketmə və təfəkkür prosesləri vahid bir fəaliyyət kimi cərə-
yan edir. İlk baxışdan bir qədər xaotik görünən ayrı-ayrı fəaliyyətlər 
isə insanın olumundan ölümünə qədər davam edən ümumi fəaliyyət 
daxilində sıralanır və bir-birini tamamlayır.  
Nitqin yaranması haqqında yuxarıda verdiyimiz şərhlə bağlı 
opponentlərimiz tərəfindən belə iradlar tutula bilər ki, birincisi, biz 
şüurlu insanlarıq. Hər hansı bir nitq söyləmini yaradakən onların dör-
düncü fazanın ikinci pilləsində birinci intellekt obrazları kimi məntiqi 
 
204
sıralanmasını hiss etməsək belə, dördüncü fazanın üçüncü pilləsində 
leksik səviyyədə sıralanmasını mütləq hiss etməli, şüurumuzla qavra-
malıyıq, amma bunu hiss etmirik. İkincisi, bəzən hər hansı bir nitq və 
ya söyləmi yaratmaq istəmədiyimiz halda, qəflətən bir məşhurun bir 
kəlamı, bir şeirin bir misrası ağlımıza və dilimizə gəlir, bəzən ciddi 
bir işlə məşğul olduğumuz halda və ya boş oturduğumuz yerdə qəflə-
tən bir mahnını zümzümə etməyə başlayırıq. Bu kimi hallar burada 
şərh olunan nitqyaratma qaydalarına və mexanizminə ziddir ki, bu da 
nitqin yaranması ilə bağlı burada verilən şərhlərin doğruluğunu və ya 
həqiqətə uyğunluğunu şübhə altına almağa əsas verir. 
Opponentlərimizə minnətdarlıq hissi ilə qeyd etmək istəyirik 
ki, əvvəla, biz canlı varlıq olduğumuza görə, istisnasız olaraq bütün 
fəaliyyətlərimiz mövcud ehtiyaclarımız və motivləşmə  nəticəsində 
baş verir. Məlumdur ki, eyni ehtiyacların ödənilməsinə yönələn fəa-
liyyətlərin çoxsaylı  və ardıcıl təkrarı bütün canlılarda ilk növbədə 
şərti reflekslərin yaranmasına səbəb olur. Şüurlu varlıq olan insan-
larda isə  hər bir fəaliyyət  əvvəlcə düşünülmüş, planlı  hərəkətlərin 
reallaşması ilə başlayır, həmin fəaliyyətlərin standart vəziyyətlərdə 
təkrarlanması isə avtomatik şəkildə icra olunan standart analogiya-
ların formalaşması ilə nəticələnir.  
Avtomat şəkildə icra olunan analogiya prinsipinə bənzər fikir-
lərə dilin əlifba sistemindən bəhs edən akademik A.Axundovda rast 
gəlirik: “Əlifba fəaliyyətin dəfələrlə təkrarı sayəsində avtomatik icra 
olunan uzunmüddətli psixoloji proseslə - vərdişlə bağlıdır.  Əlifba 
dəyişimi vərdişin itməsi deməkdir. Onu yenidən bərpa etmək (yeni 
əlifbanı mənimsəmək - M.B.Əsgərov) üçün illər lazımdır”
1

Nəzərə almaq lazımdır ki, nitqyaratma fəaliyyəti insan üçün 
təkrarlanan fəalyyət səddini çoxdan aşmış, artıq insan olmağın atribu-
tuna çevrilmişdir. Bu səbəbdən hər hansı bir nitq söyləmini yaradar-
kən onunla bağlı bütün fəaliyyətlər avtomatik şəkildə icra olunan 
analogiyalarla reallaşır. Nəticədə, biz həmişə danışmış olduğumuz 
tərzdə danışarkən, nəinki dərketmə aktının dördüncü fazasının ikinci 
                                                 
1
 Axundov A.A. Dil və ədəbiyyat. II c., Bakı, “Gənclik”, 2003, s. 244. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə