Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə48/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

 
189 
mənasız sözlərdən ibarət olan dilinin “əsas leksikonu” ilkin mərhələ-
də ayrı-ayrı sait səslərin uzun tələffüzündən (məsələn, aaa, ııı, uuu, 
iii), iki səsli birləşmələrin təkrarından (məsələn,  də-də-də, qı-qı-qı 
tipində), daha sonra üç və dörd səsli birləşmələrin təkrarından 
(məsələn,  qlı-qlı-qlı, dqı-dqı-dqı, qıldı-qıldı-qıldı, dqın-dqın-dqın ti-
pində) və hətta yaxın məxrəcli üç və dörd səsli birləşmələrin növbəli 
şəkildə  sıralanmasından ibarət olur (məsələn,  dqı-dqı-dqın, dqın-
dqın-dqı, qlı-qlı-qıldı, qıldı-qıldı-qlı tipində).  
Üç, dörd səsli və növbələşdirilən yaxın məxrəcli birləşmələrin 
tələffüzü, uşaqda artikulyar aparatın qısmən formalaşdığını və sadə 
sözlərin tələffüzü üçün artıq hazır olduğunu göstərir. Bununla belə, 
həmin dövr ərzində uşaqlar tərəfindən çıxarılan səslər və səs birləş-
mələri bəzi sözlərə bənzəsə də, onların yerinə, məqamına və mənti-
qinə uyğun şəkildə işlədilməsi halına rast gəlinməmışdir.  
Təsadüfi çıxarılan səslərin və səs birləşmələrinin  bəzi sözlərə 
bənzəməsinə istinadən uşaqların dil açmasını  və ya danışmağa 
başlamasını daha erkən yaş dövrünə aid edənlər də var.  
Dili yenicə öyrənməyə başlayan və ya yeni dil açan uşaqlarda 
nitqin yaranması  və inkişafı ilə bağlı buraya qədər deyilənlər 
pediatriya, xüsusilə də loqopediyaya aid müxtəlif elmi ədəbiyyatdan 
götürülmüş  və ümumiləşdirilmış  şəkildə  təqdim olunan fikirlərdir. 
Həmin fikirlərin verilməsi, bu tədqiqat çərçivəsində sadəcə xatırlatma 
və ya ümumi mənzərə yaratma mahiyyəti daşıyır. Əslində isə, bu təd-
qiqatda bizi maraqlandıran cəhət uşaqların fizioloji və psixoloji inki-
şafının yaş dövrləri üzrə bölgüsü deyil. Bizim üçün vacib olan cəhət, 
yaranma vaxtından və ya dövründən asılı olmayaraq uşaq nitqində 
söz, ifadə və deyimlərin yaranma mexanizmini müəyyənləşdirmək, 
onların dil və təfəkkür əlaqəsindən asılılığını izləməkdir. 
Belə hesab olunur ki, həyatının 10-14-cü ayından etibarən 
uşaqlar ayrı-ayrı sözləri tələffüz etməyə başlayır. Belə ki, yeməyi, 
suyu, oyuncağı uşağa verən ana hər dəfə “al” deyə ona müraciət edir. 
Uşaq tez-tez eşitdiyi bu “al” sözünü təkrarlayaraq tələffüz edir  
(bəzən “al” əvəzinə “ah” və “aa” da deyə bilər).  
 
190
Dəfələrlə eşitdikdən və təkrarladıqdan sonra “al” sözünün və 
ya onun daha çox rast gəlinən “ah” variantının tələffüzü uşaqda çox 
asanlaşır. Belə bir qənaət yaranır ki, bu sözü uşaq artıq dərk edilmiş 
formada və məqsədyönlü şəkildə işlədir. Bununla belə, uşaq özü bir 
şey istədikdə  və  hələlik “ver” sözünü eşitmədiyinə, yaxud söyləyə 
bilmədiyinə görə, “ver” demək əvəzinə, yenə “al” sözünü və ya onun 
“ah” variantını işlədir.  
Bu kimi faktların mahiyyətini araşdırmağa çalışaq.  
Birinci intellekt obrazının yaranması zamanı gerçəklik ele-
mentinin  ən ümumi cəhətləri nəzərə alınır və sonrakı kontaktlar 
zamanı diferensiallaşma yolu ilə daha dəqiq və vacib cəhətləri müəy-
yənləşdirilir. Mövcud birinci intellekt obrazlarının  əhatə dairəsi 
dəqiqləşdirilərək düzəlişlər edilir, yəni onlar genişlənir, daralır, parça-
lanaraq hissələrə bölünür və ya öz aralarında birləşir. Buna uyğun 
olaraq,  əgər nitq ehtiyacı varsa, bölünmüş intellekt obrazlarından 
birinə ekvivalent olan yeni dil struktur vahidi yaranır
1
 və ya birləşmiş 
intellekt obrazlarından birinə ekvivalent olan dil struktur vahidi yox 
olur.Birinci intellekt obrazlarının bölünməsi və birləşməsi,adətən 
ilkin mərhələdə yanlış dərk olunmuş gerçəklik elementləri ilə növbəti 
kontaktlar zamanı baş verir. 
Birinci intellekt obrazlarının əhatə dairəsinin dəqiqləşdirilərək 
düzəlişlər edilməsi halına uşaqlarda tez-tez rast gəlinir, hətta belə 
deyə bilərik ki,bu, uşaqların dünyanı dərk etmə üsullarından biridir.  
Azyaşlı uşaqlarda gerçəklik elementlərini dərk etmək imkanı, 
şübhəsiz ki, yetkin yaşlı insanların dərketmə qabiliyyəti ilə müqayisə 
oluna bilməz. Bunun ən başlıca səbəbi, təbii ki, ilk növbədə fizioloji 
və psixoloji inkişaf səviyyəsindəki fərq, ikincisi isə insanları hər cür 
fəaliyyətə yönəldən ehtiyacların bu iki qrupda çox fərqli olmasıdır. 
Bu fərq uşaqların ikinci sıra gerçəklik elementi mahiyyəti daşıyan dil 
struktur vahidlərini mənimsəmə mexanizmində və üsulunda da özü-
                                                 
1
 Dil struktur vahidlərinin yaranmasından və sinktual dərketmədən bəhs edərkən söhbətin 
uşaqlardan getmədiyi sübhəsizdir. Təbii ki, uşaqlar tərəfindən leksik və ya qrammatik formala-
rın yaradılması ehtimal belə oluna bilməz. 


 
191 
nü göstərməkdədir. 
Bu deyilənləri nəzərə almaqla “uşaqlar tərəfindən dil struktur 
vahidlərinin mənimsənilməsi mexanizmi”ni müəyyənləşdirməyə 
çalışaq.       
Fizioloji və psixoloji inkişafın ilkin mərhələsində olan azyaşlı 
uşaqları  hər hansı  fəaliyyətə yönəldən ehtiyacların sayı o qədər də 
çox deyildir. Uşaqlara məxsus həmin ehtiyacların hər biri sonrakı 
inkişaf mərhələsində parçalanma yolu ilə formalaşan bənzər ehtiyac-
lar silsiləsinin ilkin rüşeymi şəklində meydana çıxır. Təxminən belə 
ki,  “yemək”, “içmək”, “yatmaq”, “isinmək”, “sərinləşmək”, “tə-
mizlənmək” kimi bir qrup ehtiyac, uşaqlarda ilk dəfə bütün bu ehti-
yacların ilkin rüşeymi mahiyyətini daşıyan  “rahatlığın təmin edil-
məsi” ümumi ehtiyacı  şəklində formalaşaraq yaranır. Bu ehtiyac 
əsasında uşağın beynində  “rahatlanmaya aparan yolmahiyyətinə 
malik bir prosesə ekvivalent olan “ana qulluğu və ya nəvazişi” 
tipində gerçəklik elementi formalaşır və uşaq tərəfindən məhz bu ger-
çəklik elementi dərk olunuraq onun birinci intellekt obrazı yaradılır. 
Yəni uşağın dərketmə dünyasında mövcud olan “ana qulluğu və ya 
nəvazişi” gerçəklik faktoru, böyüklərin dərketmə dünyasındakı “ye-
mək”, “içmək”, “yatmaq”, “isinmək”, “sərinləşmək”, “təmizlən-
mək” kimi bir qrup və ya silsilə təşkil edən gerçəklik faktorlarını əvəz 
etmiş olur. 
Məhz bu səbəbdəndir ki, uşağın nitqində “ver” əvəzinə “al” 
sözünün və ya onun daha çox rast gəlinən “ah” variantının işlədil-
məsi halına rast gəlirik. Böyüklərin dərketmə dünyası baxımından 
uşağın yanlış işlətmiş olduğu bu söz, əslində, uşağın dərketmə dünya-
sı baxımından qətiyyən yanlış deyil, sadəcə ehtiyaclar qrupunun ilkin 
rüşeymi mahiyyətini daşıyan gerçəklik elementinə ekvivalent olan dil 
struktur vahididir.  
Belə ki, uşaq tətəfindən “rahatlığın təmin edilməsi” ehtiyacı 
əsasında formalaşan “ana qulluğu və ya nəvazişi” tipində gerçəklik 
elementi dərk olunmuş və ona ekvivalent olan birinci intellekt obrazı 
yaranmışdır. Sonra uşaq mövcud ehtiyacı ilə bağlı anasına məlumat 
 
192
vermək istəmiş və beləcə nitq ehtiyacı yaranmışdır. Uşaq “al” sözü 
ilə anasının nitqi vasitəsilə tanış olmuş, onun səs tərkibi  əsasında 
ikinci intellekt obrazını yaratmış və bu ikinci intellekt obrazını “ana 
qulluğu və ya nəvazişi” gerçəklik elementinə ekvivalent olan birinci 
intellekt obrazı ilə birləşdirmişdir. Göründüyü kimi, mövcud dil 
struktur vahidinin mənimsənilməsi prosesi müvafiq modelə  və 
sxemə uyğun şəkildə həyata keçirilmişdir:  
 
Uşaq tərəfindən mənimsənilmiş dil struktur vahidinin böyük-
lər tərəfindən mənimsənilmiş eyni dil struktur vahidindən fərqli mə-
nada və situasiyada istifadəsi isə ilkin ehtiyacların fərqli şəkildə for-
malaşması və gerçəklik elementlərinin fərqli şəkildə dərk olunmasın-
dan yaranan bir faktordur. 
Fizioloji və psixoloji inkişafın sonrakı mərhələsində uşaqlara 
məxsus ilkin rüşeym mahiyyətinə və ümumi silsilə məzmununa ma-
lik ehtiyacların hər biri parçalanma yolu ilə formalaşan bənzər, amma 
qismən müstəqil qrup ehtiyacları şəklində meydana çıxır və hər qrup 
üzrə ehtiyacın ödənilməsini şərtləndirən müstəqil gerçəklik elementi 
müəyyənləşdirilərək dərk olunur və nəticədə hər qrupa uyğun müstə-
qil intellekt obrazı yaranmış olur. Əvvəlki dil struktur vahidi yeni ya-
ranan qruplardan yalnız birinin birinci intellekt obrazına ekvivalent-
ləşdirilir və ya atılır, yeni qrupların hər biri üçün ananın nitqindən və 
onun təlqini ilə yeni dil struktur vahidləri seçilib mənimsənilərək yeni 
yarananın birinci intellekt obrazları ilə birləşdirilir.  
Proses
Mövcud dil struktur vahidi olan formanın  
mənimsənilməsi 
Üsul 
İkinci dərketmə üsulu 
Akt 1 
Nitq ehtiyacı 
Akt 2 
Dil struktur vahidi ilə kontakt 
Akt 3 
İkinci intellekt obrazının yaranması 
Akt 4 
Gerçəklik elementi ilə qarşılaşdırma 
Akt 5 
Birinci intellekt obrazı ilə birləşmə 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə