Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə50/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

 
197 
 
IV FƏSİL   
 
TƏFƏKKÜR PROSESLƏRİ VƏ NİTQ 
   
§ 4. L.Vıqotski yazır: “Təfəkkür və nitq məsələsi еlə psixoloji 
problеmlər qrupuna aiddir ki, orada şüurun müxtəlif fəaliyyət növləri 
ön plana çıxır. Bütün bu problеmlərlə bağlı  ən başlıca məsələ isə, 
əlbəttə ki, fikrin sözə olan münasibətidir. Bu problеmlə bağlı bütün 
digər məsələlər ikinci dərəcəli əhəmiyyət daşımaqla, mahiyyətcə bu 
əsas məsələnin həllinə söykənir və ondan birbaşa asılıdır. Bu əsas 
məsələni həll  еtmədən, ikinci dərəcəli məsələlərin həllini nəzərdə 
tutan problеmlərin düzgün qoyuluşu bеlə mümkün dеyil”
1

Nitqin yaranması və mənimsənilməsi prosesi psixolinqvistika 
elminin həllinə cəhd etdiyi ən qlobal məsələdir. Daha doğrusu, psixo-
linqvistika bir elm sahəsi kimi məhz bu problemin araşdırılması 
məqsədi ilə yaradılmışdır. Yarandığı tarixdən bu günə qədər movcud 
olan bütün psixolinqvistik məktəb və istiqamətlər nəinki bu problemi 
həll edə bilməmiş, hətta bu problemin həlli yollarının müəyyənləşdi-
rilməsində belə, hamı tərəfindən məqbul hesab edilən ümumi model, 
üsul və metod da tapa bilməmişdir.  
Bütün dillər üzrə bu istiqamətdə elmi axtarışların aparıldığı bir 
vaxtda, sadəcə nitqin yaranması və mənimsənilməsi prosesinin deyil, 
hətta onun inkişafı prossesinin belə və eyni zamanda, sadəcə adi təh-
lilinin deyil, tam neyrolinqvistik təhlilinin məhz Azərbaycanda veril-
məsi çox sevindirici haldır düşüncələri ilə Heydər Eminlinin “Nitqin 
yaranması  və inkişafı prosesinin neyrolinqvistik təhlili”
2
 əsəri ilə 
tanış olduq. Amma orada olması  gərəkənləri və görmək istədiklə-
rimizi görə bilmədik.  
Psixolinqvistikaya və onun əsas predmeti olan nitqin yaranma-
                                                 
1
 Выготский  Л.С. Психология, изд. Апрель Пресс,  Москва, 2000. с 264. 
2
 Eminli H. Nitqin yaranması və inkişafı prosesinin neyrolinqvistik təhlili. Filologiya ixtisası 
üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2008. 
 
198
sı  və  mənimsənilməsi məsələsinə az dəxli olsa da, həmin tədqiqat 
əsəri Azərbaycanda afaziologiyaya həsr olunmuş ilk cəhdlərdən biri 
kimi dəyərlidir. Əslində isə, haqqında danışılan əsər, mahiyyət etibarı 
ilə, sinir xəstəlikləri nəticəsində yaranan nitq qüsurlarının neyro-
linqvistik yöndən fraqmental araşdırılması və əgər belə demək müm-
kündürsə, G.A.Sədiyevanın bu istiqamətdəki tədqiqatlarının qismən 
təkrarı və ya davamıdır.  
Azərbaycan dilçiliyində psixolinqvistik tədiqatların aparılma-
sına meyl edən ilk professional mütəxəssislərdən biri, bəlkə də birin-
cisi, hal-hazırda Türkiyə Respublikasının  İzmir  şəhərində çalışan 
həmyerlimiz “Doqquz Eylül” universitetinin professoru, doktor-pro-
fessor  G.A.Sədiyevadır. Onun tədqiqatlarının əsas istiqamətini psi-
xolinqvistikanın elmi-tətbiqi sahəsi olan neyrolinqvistikanın afazio-
logiya bölməsi təşkil edir. Hələ AMEA dilçilik institutunda işlədiyi 
dövrlərdə apardığı elmi-tətbiqi araşdırmalar, eksperimental təcrübə 
və  nəzəri axtarışlar öz bəhrəsini verdi. G.A.Sədiyеva Azərbaycan 
dilçilik elminə “Afaziya: nеyrolinqvistik tədqiqat” və “Лингвисти-
ческий анализ нарушении речи при афазии” adlı iki elmi mono-
qrafiya bəxş etdi. Bu əsərlər müxtəlif səbəblərdən, yəni istər fiziki, 
istərsə də mənəvi zərbə nəticəsində meydana gələn sinir xəstəlikləri 
zamanı insanların nitqində yaranan qüsurların neyrolinqvistik yöndən 
tədqiqinə  həsr olunmuşdur
1
. Həm linqvistik, həm nəzəri psixoloji, 
həm də tibbi-tətbiqi əhəmiyyətə malik olan bu əsərlər neyrolinqvis-
tika və afaziologiya sahəsində araşdırmalar aparan gənc araşdırmaçı-
lar üçün dəyərli mənbələrdir. 
Bu qısa ekskursdan sonra bir daha qeyd etmək istəyirik ki, 
tədqiqatımızın bu fəslində nitqin yaranması və mənimsənilməsi me-
xanizmi, başqa sözlə desək, nitqin kommunikantlar arasında ünsiyyət 
vasitəsi kimi istifadə olunması prosesi dərketmə və təfəkkür proses-
ləri baxımından  nəzərdən keçiriləcəkdir. Əsas diqqət gerçəklik ele-
mentləri ilə bağlı informasiyanın nitq şəklində formalaşması, nitqın 
                                                 
1
 Садийева  Г.  Лингвистический  анализ  нарушении  речи  при  афазии.  Баку, 1997; 
Sədiyеva G.A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı, 1999. 


 
199 
ötürülməsi və qəbulu proseslərinə yönəldilsə də, birbaşa bu proses-
lərlə bağlı olub, onlardan əvvəl və sonra baş verən dərketmə və təfək-
kür aktları da nəzəri şəkildə araşdırılacaqdır.   
 
§ 4.1.  Nitqin yaranması və mənimsənilməsi 
 
İkinci fəsildə dərketmə aktları və fazalarını izah edərkən hər 
bir fazanın sonunda həmin fazada hər hansı sözə, nitqə və ümumiy-
yətlə, dilə heç bir ehtiyacımız olmadığını qeyd etmişdik. Həmin 
qeydləri yanlış anlayaraq dərketmə  və  təfəkkür proseslərində sözə, 
nitqə, ümumiyyətlə, ehtiyac olmadığı qənaətinə gəlmək lazım deyil.  
Həmin fəsildə  dərketmə aktları  və fazalarından danışarkən 
məqsədimiz, bir tərəfdən, nitq fəaliyyəti nəzəriyyəçilərinin “dərketmə 
və  təfəkkür proseslərinin  əsas vahidi sözdür” mülahizəsinin yanlış 
olduğunu sübut etmək, digər tərəfdən isə, dərketmə  və  təfəkkür 
proseslərinin söz və nitqdən asılı olmayan müstəqil reallaşma mexa-
nizminə malik olduğunu göstərmək idi.  
İnsan ictimai varlıq olduğuna görə, onun bir sıra dərketmə və 
təfəkkür fəaliyyətlərinin müəyyən fazaları bəzi hallarda söz, nitq və 
dildən istifadə yolu ilə  həyata keçir: vizual-vokal dərketmə zamanı 
gerçəklik elementinin mənimsənilməsi yazılı və şifahi nitqdən istifa-
də etməklə reallaşır (birinci aktın birinci fazası); sinktual dərketmənin 
nəticəsi, bəzən yeni yaranmış dil struktur vahidi, bəzən intellektual 
nitq olur (ikinci aktin birinci fazası); nitq əsasən müxtəlif təfəkkür 
aktlarında müşahidə edilən total modullaşma nəticəsində yaranır 
(birinci aktın dördüncü fazası) və  mənimsənilir (ikinci aktın ikinci 
fazası). 
Bununla belə, söz, nitq və dilin dərketmə, təfəkkür və fikrin 
formalaşması proseslərindəki rolunu şişirtməyə, olduğundan daha 
böyük göstərməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, nitqin 
birbaşa sinktual dərketmənin son məhsulu olduğu dərketmə və təfək-
kür prosesləri istisna olmaqla, digər dərketmə və təfəkkür proseslə-
rində nitqin rolu gerçəklik elementi haqqında vasitəli yolla məlumat 
 
200
almaq və verməkdən başqa bir şey deyildir. Belə də deyə bilərik ki, 
kommunikal nitqin yaranması və mənimsənilməsi (istər yazılı, istərsə 
də  şifahi) dərketmə  və  təfəkkür proseslərinin aralıq mərhələlərində 
təzahür edən total modullaşmalardır. 
Fikrin formalaşması prosesində dilin və ya nitqin heç bir 
rolunun olmadığını professor  Kamal Abdulla belə şərh edir: “... yer 
üzündəki bütün insanlar (millət və irqindən asılı olmayaraq) eyni 
məntiq dilində düşünürlər. Hər hansı bir dildə - ingilis, rus, türk, 
Azərbaycan, eskimos, həbəş... dillərində düşünmək, prinsip etibarilə 
mümkün deyil”
1
.   
Bizim mövqeyimizə, demək olar ki, tam dəstək verən bu 
fikirdə izah edilməsi lazım gələn yeganə  cəhət “insanlar məntiq 
dilində düşünür” ifadəsidir ki, məntiq dilinin apellyativ vahidinin 
intellekt obrazı olduğunu qəbul etməklə K.Abdullanın bizimlə və ya 
bizim onunla tam həmfikir olduğumuzu söyləmək olardı. 
K.Abdulla fikrini davam etdirərək yazır:”ümumbəşər dilində 
düşünüb, bu düşündüklərini  əvvəlcə daxili nitqə, sonra isə xarici 
nitqə, yəni ünsiyyətin özünə köçürürlər.  Daxili    xarici nitq kimi 
“ayırdığımız” məqamlar isə,  əslində, bir varlığın iki üzü kimidir... 
Biz,  əslində, ümuminsan dilində, yəni məntiq dilində düşünüb 
Azərbaycan dilində danışırıq”
2
.   
L.Vıqotskinin məlum  daxili  və  xarici nitq termin və 
anlayışlarının, yəni “daxili nitq sözsüz nitqdir”, “daxili nitqin xarici 
nitqə çevrilməsi ilə fikir sözdə tamamlanır”
3
 mülahizələrinin burada 
qismən yeni məzmunda şərhini görürük. L.Vıqotskinin bu mülahizə-
lərinə mövqeyimizi bildirmiş olduğumuza görə, sadəcə onu deməklə 
kifayətlənirik ki, son məqsədin məhz nitq yaratmaq olduğu hallarda 
fikir birinci və ikinci intellekt obrazlarının qarışıq kombinasiyası şək-
lində formalaşır, səslənmə və ya yazılma anında okkazional nitq ehti-
yacına uyğun olaraq tam şəkildə ikinci intellekt obrazlarına transfor-
                                                 
1
 Abdullayev K. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik. “Mütərcim”, 2010, s. 151. 
2
 Abdullayev K. Həmin əsəri. s. 151. 
3
 Выготский  Л.С. Психология. Апрель Пресс, “ЭКСМО-ПРЕСС”, Москва, 2000. с  375. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə