Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   45   46   47   48   49   50   51   52   ...   76

 
193 
Bütün prosesləri təkrarlamamaq üçün sadəcə  gerçəklik ele-
menti və dil struktur vahidi cütləri ilə versək, hər biri müəyyən qrup 
ehtiyaclarını əks etdirən təxminən belə cütlərin formalaşdığını deyə 
bilərik:  yemək - nəmnəm,  içmək – uvva,  getmək – opba,  qorxu – 
xoxan, yatmaq – baybay və s.  
Təbii ki, bu mərhələdə uşaq təfəkkürü hələ ki, yeməyin, içmə-
yin min bir çeşidindən, getməyin, qorxunun növlərindən xəbərsizdir, 
onun üçün sadəcə ümumi bir anlayış mahiyyəti daşıyan qrup 
mənaları və sadəcə onların adları mövcuddur. 
L.Vıqotskinin qeyd etdiyi kimi, ətraf aləm və davranış arasın-
da ikili münasibət vardır, birinci halda ətraf aləm fərdin qarşısında 
duran vəzifələrin həllinə yönələn davranış aktının obyеkti rolunda
ikinci halda isə vasitə rolunda çıxış еdir.Biz bu vasitənin köməyi ilə 
tapşırığın yеrinə yеtirilməsi üçün lazım gələn psixoloji əməliyyatları 
istiqamətləndiririk
1

Uşaqların dünyanı kəşf etməsi, təkcə ümumi qrupun alt qrup-
lara bölünməsi yolu ilə baş vermir, bununla yanaşı, uşaq üçün xüsusi 
əhəmiyyət kəsb edən (ən çox təmasda olduğu çox xoş və ya qorxunc 
olan) bəzi gerçəklik elementləri müstəqil şəkildə dərk olunur. Onlara 
ekvivalent olan dil struktur vahidi yenə ananın nitqindən və onun yar-
dımı ilə seçilərək mənimsənilir və həmin gerçəklik elementinin dərk 
olunması nəticəsində yaranmış birinci intellekt obrazı ilə birləşdirilir. 
Belə müstəqil yolla dərketməyə uşaq tərəfindən çox xoş oldu-
ğundan asanlıqla dərk olunan “ana” və “ata” gerçəklik elementlərini, 
qorxunc olduğundan tez dərk olunan “qaynarlıq hesabına yandırıcı” 
mahiyyətinə malik gerçəklik elementini nümunə göstərmək olar. Bu 
gerçəklik elementlərinə ekvivalent olan “ana”,”ata” və “cızza” kimi 
dil struktur vahidləri yenə ananın nitqindən və onun yardımı ilə se-
çilərək mənimsənilir və bu gerçəklik elementlərinə ekvivalent olan 
birinci intellekt obrazları ilə birləşdirilir.  
Bu tədqiqat baxımından xüsusi əhəmiyyət kəsb etməsə  də, 
                                                 
1
Выготский  Л.С.Инструментальный  метод  в  психологии.В  книге  “Развитие  высщих 
психических функций. Из неопубликованных трудов”. Москва, 1960, с. 227. 
 
194
qeyd edək ki, cızza, uvva, opba, xoxan, baybay tipli sözlərin uşaq-
ların nitqində  işlədilib-işlədilməməsi ilə bağlı loqopedlər arasında 
müxtəlif fikirlər mövcuddur. Onlardan bəziləri iddia edirlər ki, bu tip 
sözlərin uşaq nitqində işlədilməsi, uşaqlarda normal nitqin formalaş-
ması prosesini ləngidir. Digərlərinə görə isə, müəyyən ləngimələrə 
yol açsa belə, bu tip sözlərdən istifadə  tələffüz asanlığı yaratmaqla 
uşaqların təfəkkür və fantaziyasını sürətləndirir. Belə ki, uşaqlar çətin 
sözlərin tələffüzünə sərf edəcəyi enerjini yeni anlayışların mənimsə-
nilməsinə sərf edir.  
Uşaqlar tərəfindən gerçəklik elementlərinin dərk olunması və 
həmin gerçəklik elementləri ilə bağlı olan dil struktur vahidlərinin 
mənimsənilməsi prosesinin izah və şərhini asanlaşdırmaq məqsədi ilə 
biz onları müəyyən sıra ardıcıllığı ilə veririk. Əslində isə, bu 
proseslərin əksəriyyəti eyni vaxtda, bir-birinə paralel şəkildə cərəyan 
edir, onlardan birinin başlaması üçün digərinin bitməsi vacib deyil. 
Uşaqlar tərəfindən gerçəklik elementlərinin dərk olunması və həmin 
gerçəklik elementləri ilə bağlı dil struktur vahidlərinin mənimsənil-
məsi prosesini həm zəncirvari reaksiyaların baş verdiyi,həm dəyişən 
amplitudlu müxtəlif növ cərəyanların axdığı mürəkkəb bir proseslə 
müqayisə etmək olar.  
Belə ki, bir tərəfdən, kompüter əvəzinə “kompüte” deyə araba 
kimi arxasınca sürüdüyü mausa müraciəti müstəqil də olsa, qrup 
ehtiyaclarını əks etdirən gerçəklik elementinə ekvivalent dil struktur 
vahidinin yaranmasından xəbər verir. İkinci bir tərəfdən, bu uşağın 
mənimdir  əvəzinə menindi deməsi qismən yanlış da olsa, müstəqil 
gerçəklik elementi kimi mənimsənilmiş qrammatik formanın 
varlığına işarədir. Amma həmin uşağın eyni anda yerə düşən qazan 
qapağının səsindən diksinərək mən qorxdum  əvəzinə  mən goxdu 
mən deməsi, bəzi qrammatik formaların hələ formalaşmadığını  və 
belə funksiyaların sintaktik konstruksiyalar vasitəsilə yerinə 
yetirildiyini göstərir. Bu nümunələr bir daha sübut edir ki, uşaqlarda 
dərketmə  və  mənimsəmə prosesləri hər səviyyədə  və  mərhələdə 
bütün mövcud imkanlardan maksimum istifadə yolu ilə baş verir.  


 
195 
§ 3.7. Üçüncü fəsil üzrə nəticə və təkliflər 
 
Dil struktur vahidi olan formaların linqvopsixoloji analizi 
aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
1. Dil struktur vahidi dərk olunmuş gerçəklik elementi ilə 
bağlı informasiya vermək ehtiyacından  yaranır.  
 2. Dil struktur vahidi olan formalar aid olduğu ilkin və ya 
əsas gerçəklik elementinin dil güzgüsündəki  əksi olmaqla yanaşı, 
ikinci sıra gerçəklik elementidir. Onlar da əsas gerçəklik elementləri 
kimi eyni dərketmə mexanizmi əsasında dərk edilir və bu dərketmə 
nəticəsində yaranan ikinci sıra intellekt obrazı ilə yaddaşa qeyd olu-
nurlar.  
3. Dil struktur vahidi olan leksik formalar müstəqil birinci 
sira gerçəklik elementinə  və ona ekvivalent olan birinci intellekt 
obrazına, müstəqil söz şəklində ikinci sıra gerçəklik elementinə  və 
ona ekvivalent olan ikinci intellekt obrazına malik olur. 
4. Dil struktur vahidi olan leksik-qrammatik formalar okka-
zional  şəkildə meydana çıxıb abstrakt təsəvvür mahiyyəti daşıyan 
birinci sıra gerçəklik elementinə və ona ekvivalent olaraq müvəqqəti 
mahiyyət daşıyan birinci intellekt obrazına, şəkilçi formasında ikinci 
sıra gerçəklik elementinə  və ona ekvivalent olan ikinci intellekt 
obrazına malik olur. 
5. Dil struktur vahidi olan qrammatik formalar abstrakt təsəv-
vür mahiyyəti daşıyan birinci sira gerçəklik elementinə və ona ekvi-
valent olan birinci intellekt obrazına,  şəkilçi formasında ikinci sıra 
gerçəklik elementinə və ona ekvivalent olan ikinci intellekt obrazına 
malik olur. 
6. Dildə adı da olan ilkin gerçəklik elementləri ilə bağlı baş 
beyində iki gerçəklik elementi (əsas və ikinci sıra)  və iki intellekt 
obrazından ibarət (birinci və ikinci) kodlar yaranır. Həmin gerçəklik 
elementi ilə bağlı  hər cür təfəkkür və idrak prosesləri, o cümlədən 
düşünmə və kommunikasiya fəaliyyətləri bu kodlar vasitəsilə həyata 
keçirilir.  
 
196
Dil struktur vahidi olan formaların linqvopsixoloji analizinə 
və əldə edilən nəticələrə istinadən təklif edirik ki, dil struktur vahidi 
olan formaların analizi zamanı onların tam linqvopsixoloji mahiyyəti, 
yəni iki gerçəklik elementi və iki intellekt obrazından ibarət kodu tam 
şəkildə nəzərə alınsın.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə