Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə47/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

 
185 
struktur vahidi bu dilin daşıyıcıları  tərəfindən də eyni şəkildə  dərk 
edilməli və eyni şəkildə tanınmalıdır. A.Şaff effektiv ünsiyyət deyər-
kən məhz bu cəhəti nəzərdə tuturdu
1
.  
Əks təqdirdə bir fərd və ya qrup tərəfindən yaradılmış yeni dil 
struktur vahidi sadəcə bu fərd və ya qrup üçün müəyyən məna ifadə 
edəcəkdır. Həmin fərd və ya qrupun aid olduğu dilin digər daşıyıcı-
ları üçün yeni yaradılmış bu dil struktur vahidi heç bir məna ifadə 
etməyən səslər və ya hərflər zəncirindən başqa bir şey olmayacaqdır. 
Bəzən mövcud dil struktur vahidinin yenisi ilə əvəz olunması 
məqsədi ilə də yeni dil struktur vahidi yaradılır. Məsələn, Türkiyədə 
dil devrimi adı altında bu dildəki ərəb və fars sözlərini əvəz edən yeni 
türk sözləri yaradılmışdır. Bütün Türkiyədə bu sözlərin işlədilməsi 
təbliğ edilmış və onların böyük əksəriyyəti dildə vətəndaşlıq hüququ 
qazana bilmişdir. Eyni prinsiplə Rusiyada fransız sözlərinin dildən 
çıxarılması məqsədi ilə çoxsaylı yeni sözlər yaradılmışdır.  
Əcnəbi dillərə aid sözlərin dildən çıxarılmasının nə  qədər 
mütərəqqi olması ilə bağlı polemika açmaq niyyətində deyilik. Am-
ma bəzən müxtəlif dillərdə elə sözlərə rast gəlinir ki, onların yeni söz-
lərlə  əvəzlənməsi bəlkə  də, daha düzgün olardı. Məsələn, ingilis 
dilində  hərfi tərcüməsi “isti it” mənası verən “Hotdog” sözü, türk 
dilində yemək adı olan “Kadınbudu köfte” və s. 
Birinci, ikinci və üçüncü tip leksik formalar, leksik-qrammatik 
formalar, qrammatik formalarla bağlı  şərh olunanlar əsasında dil 
struktur vahidlərinin yaranma və mənimsənilmə prinsip və normala-
rını sxematik şəkildə müəyyənləşdirmək, başqa sözlə desək, onların 
yaranma və  mənimsənilmə qanunauyğunluqlarını modelləşdirmək 
mümkündür.İstər leksik, istər leksik-qrammatik, istərsə də qramma-
tik formaların yaranması gerçəklik elementi ilə kontakt, gerçəklik 
elementinə uyğun dərketmə prosesi, birinci intellekt obrazının yaran-
ması, nitq ehtiyacı, sinktual dərketmə prosesi, ikinci intellekt obrazı-
nın yaranması, dil struktur vahidinin yaranması ardıcıllığı ilə cərəyan 
edən birinci dərketmə üsulu ilə baş verir. Dil struktur vahidləri olan 
                                                 
1
 Шафф А. Введение в семантику. М. 1963. с. 344. 
 
186
formanın yaranma modelini sxematik olaraq aşağıdakı kimi göstərə 
bilərik:  
 
Proses_Dil_struktur_vahidi_olaraq_formanın_yaranması_Üsul_Birinci_dərketmə_üsulu'>Proses 
Dil struktur vahidi olaraq formanın yaranması 
Üsul Birinci 
dərketmə üsulu 
Akt 1 
Gerçəklik elementi ilə kontakt 
Akt 2 
Gerçəklik elementinə uyğun dərketmə prosesi 
Akt 3 
Birinci intellekt obrazının yaranması 
Akt 4 
Nitq ehtiyacı 
Akt 5 
Sinktual dərketmə prosesi 
Akt 6 
İkinci intellekt obrazının yaranması 
Akt 7 
Dil struktur vahidinin yaranması  
 
Dildə artıq mövcud olan formaların mənimsənilməsi isə nitq 
ehtiyacı, dil struktur vahidi ilə kontakt, ikinci intellekt obrazının 
yaranması, gerçəklik elementi ilə birbaşa və ya dolayısı ilə tanışlıq, 
birinci intellekt obrazının yaranması və ya onunla birləşmə ardıcıllığı 
ilə  cərəyan edən ikinci dərketmə üsulu ilə baş verir. Dil struktur 
vahidləri kimi formanın mənimsənilmə modelini sxematik olaraq 
aşağıdakı kimi göstərə bilərik:  
 
Yetkinlik yaşında yaranan ikidillilik, çoxdillilik şəraitində, 
yəni ilkin öyrənilən doğma dildən sonra ikinci, üçüncü və daha 
sonrakı dillərin öyrənilməsi prosesində formanın mənimsənilməsi, 
Proses
Mövcud dil struktur vahidi olaraq formanın 
mənimsənilməsi 
Üsul 
İkinci dərketmə üsulu 
Akt 1 
Nitq ehtiyacı 
Akt 2 
Dil struktur vahidi ilə kontakt 
Akt 3 
İkinci intellekt obrazının yaranması 
Akt 4 
Gerçəklik elementi ilə qarşılaşdırma 
Akt 5 
Birinci intellekt obrazı ilə birləşmə 


 
187 
əsas etibarı ilə birinci dilə aid formanın mənimsənilməsi mexanizmi 
əsasında və ikinci dərketmə üsulu ilə baş verir, fərq sadəcə ikinci dilə 
aid formanın birinci dilə aid forma ilə qarşılaşdırılmasındadır.  
 
Öyrənilən dildəki sözlərin doğma dildə qarşılığı olmadıqda 
(məsələn, rus dilinə məxsus высказывание sözünün Azərbaycan di-
lində tam qarşılığı yoxdur, Türk dilində qarşılığı isə söylemdir) ikinci 
dilə aid formanın mənimsənilməsi prosesi eynilə birinci dilə aid 
formanın mənimsənilməsi sxemi ilə baş verir. 
  
§ 3.6. Formaların dil struktur vahidləri kimi  
uşaqlar tərəfindən mənimsənilməsinin özünəməxsusluğu 
 
Dili yenicə öyrənməyə başlayan və ya yeni dil açan uşaqların 
söz, nitq və ya ümumilikdə vahid bir sistem mahiyyəti daşıyan dili 
mənimsəmə prinsipi müəyyən cəhətləri ilə böyüklərdə olduğundan 
fərqlənir. Uşaqlarda  əvvəlcə nisbətən qısa müddət  ərzində ardıcıl 
vərdiş və ya alışqanlıqlar şəklində meydana çıxan, sonrakı bir neçə 
ardıcıl mərhələdə çoxyönlü mənimsəmə prosesi şəklində  cərəyan 
edən “sosial ünsiyyətə qoşulma meyilini”
1
 və mexanizmini linqvo-
psixoloji yöndən izləməyə çalışaq. 
                                                 
1
 Bu haqda bax: Rəcəbli Ə. Sosiolinqvistika. Bakı. “Nurlan”, 2004. 
Proses 
İkinci dilə aid dil struktur vahidi olan formanın 
mənimsənilməsi 
Üsul 
İkinci dərketmə üsulu 
Akt 1 
Nitq ehtiyacı 
Akt 2 
İkinci dilə aid dil struktur vahidi ilə kontakt və 
onun birinci dilə aid dil struktur vahidi ilə qarşılaş-
dırılması 
Akt 3 
İkinci intellekt obrazının yaranması 
Akt 4 
Gerçəklik elementi ilə qarşılaşdırma 
Akt 5 
Birinci intellekt obrazı ilə birləşmə 
 
188
Dünyaya gəldiyi andan sosial mühitə düşən uşaq həyatının ilk 
dəqiqələrindən etibarən passiv kommunikant mövqeyində olur. Yəni 
hər hansı bir cavab, reaksiya vermək qabiliyyətinə malik olmasa da, 
anasının və ya ətrafda olan digər şəxslərin ona və ya bir-birlərinə ün-
vanlanmış sözlərini, nitqini eşidir. Bəzi embirioloqların qənaətinə 
görə, hətta ana bətnində belə, uşaqlar analarının nitqini eşidir, anlayir 
və mənimsəməyə başlayırlar.  
Həyatının ilk günlərindən etibarən uşaqların müəyyən sadə 
sözləri “başa düşdüyünü” sınaq təcrübələri ilə sübut etməyə cəhdlər 
göstərilmişdir. Amma mahiyyət etibarı ilə bu “başa düşmənin” həqiqi 
mənada dərketməmi, yoxsa şərti refleksmi olması məsələsi, hələ ki, 
açıq qalmışdır.  
Daha sonra uşağa su verməmişdən əvvəl ona “uvva iç” və ya 
“su iç” deyilməsinin, yemək verməmişdən əvvəl “nəm-nəm ye” və 
ya “yemək ye” deyilməsinin, yaxud çay qarışdırırmış kimi qaşığın 
stəkanda fırladılması yolu ilə spesifik səs çıxarılmasının, mahiyyət 
etibarı ilə Pavlovun itlərdə  şərti refleksin yoxlanılması ilə bağlı 
apardığı təcrübələrdən hər hansı bir yönü ilə fərqləndiyini sübut edən 
heç bir nəticə əldə edilməmişdir. Dəqiqlik faizi çox aşağı olsa belə, 
həyatının ikinci-dördüncü aylarından etibarən müəyyən səslərə  və 
sözlərə uşağın verdiyi reaksiya artıq şüurlu reaksiya kimi qiymətlən-
dirilir. Çoxsaylı psixoloq, fizioloq-anatom və loqopedlərin iştirakı ilə 
keçirilən sinaq və təcrübələr göstərmişdir ki, həyatının 4-6-cı ayların-
dan etibarən artıq uşaqlarda doğma səsi yad səsdən ayırma qabiliy-
yəti tam aktiv mərhələyə keçir. Bu dövrdə uşaqlar tərəfindən çıxarı-
lan və nitqi əvəz edən bəzi səslərin analoji vəziyyətlərdə eyni şəkildə 
təkrarlanması, tədricən anasının və  uşağın özü tərəfindən anlaşılan 
qışqırtı və səslərə çevrilir, daha sonrakı aylarda isə bu proses uşaq və 
anası arasında “qışqırtılardan ibarət dil”in formalaşması ilə nəticələ-
nir
1
. Dil açmadan əvvəlki mərhələ hesab olunan 7-9-cu aylar ərzində 
ağlayarkən çıxardığı səslər istisna olmaqla, öz-özünə danışan uşağın 
                                                 
1
 Выготский  Л.С. Психология, изд. Апрель Пресс, “ЭКСМО-ПРЕСС”, Москва, 2000. с. 
196. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə