Linguopsychology



Yüklə 0,54 Mb.

səhifə54/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

 
213 
kimi, öz tədqiqatlarını konkret cümlə elementlərinin funksiyonal-
semantikası  əsasında quran funksional dilçilik də aktual üzvlənmə 
tərəfdarlarının bu mövqeyini qəbul edə bilməz.  
Nitqın yaranması  və  qəbulu ilə bağlı fikirlərimizin davamı 
olaraq qeyd edək ki, növbəti dərs günü müəllim keçdiyi dərslə bağlı 
sual, şagirdlər isə bu suala cavab verərkən hər iki tərəfin beynində 
dərketmə aktının bütün fazaları  gerçəkləşir. Bu zaman müəllim və 
şagirdlərin beynində cərəyan edən dərketmə fazaları eyni bir zəncirin 
halqaları kimi bir-birini tamamlayır.Yəni müəllim dərketmə aktının 
3-cü fazasında sual verəcəyi sahəni müəyyənləşdirir, 4-cü fazada 
sualın predmetini mətn formasına transformasiya edərək nitqində 
ifadə edir, məsələn, “Kompüterin hissələrinin birləşdirilmə qaydası 
necədir?”. 
Həmin sualın verilməsi müəllim üçün özünün dərketmə 
aktının 4-cü fazası, şagirdlər üçün isə özlərinin dərketmə aktının 1-ci 
fazası olur. 
İkinci aktın birinci fazası:  Mətn formasında verilmiş sual 
şagirdlərin beynində transformasiya olunaraq gerçəklik elementinin 
vizual obrazına və eyni zamanda sual rezonansına malik ikinci 
intellekt obrazına çevrilərək qəbul olunur.  
İkinci aktın 2-ci fazası: Sual rezonansı ilə birlikdə qəbul olun-
muş ikinci intellekt obrazı baş beyində analoji gerçəklik element-
lərinə ekvivalent olan birinci intellekt obrazlarının saxlandığı intellekt 
kodları silsiləsinə  nəql olunur və müvafiq gerçəklik elementinin 
bütün (birinci, ikinci, əgər varsa, vizual və abstrakt təsəvvürlərdən 
ibarət) obrazları ilə qarşılaşdırılır.  
İkinci aktın 3-cü fazası:  Nəql olunmuş intellekt obrazı daxil 
olduğu intellekt kodunda rezonans yaradaraq onu aktivləşdirir.Həmin 
kod daxilində sual rezonansına malik olan intellekt obrazına uyğun 
bütün informasiya (və ya bütövlükdə həmin intellekt kodları silsiləsi) 
seçilir, məntiqi şəkildə sıralanır. 
İkinci aktın 4-cü fazası:Suala cavab təşkil edən informasiya 
intellekt obrazları formasında tam şəkildə açılır, mətn  şəklinə  və 
 
214
sualın konkret cavabı formasına transformasiya olunaraq nitq şək-
lində söylənilir.  
Bu cavabın verilməsi şagird üçün özünün dərketmə aktının 4-
cü fazası, müəllim üçün isə özünün dərketmə aktının 1-ci fazası olur, 
ümumi sual-cavab silsiləsinin isə 3-cü aktı cərəyan edir. 
Bu dəfə də verilən cavab müəllimin beynində mətn formasın-
dan obraz formasına transformasiya olunaraq qəbul edilir (dərketmə 
aktının 1-ci fazası). Qəbul olunmuş obraz müvafiq intellekt obrazla-
rının saxlandığı intellekt koduna ötürülür (dərketmə aktının 2-ci 
fazası). İntellekt kodu daxilində bu obraz gerçəklik elementinin bütün 
(birinci, ikinci və əgər varsa, vizual və s.) obrazları ilə müqayisə olu-
nur (dərketmə aktının 3-cü fazası), müqayisənin nəticəsini əks etdirən 
intellekt kodu və ya obrazı yenidən mətn formasına transformasiya 
olunaraq cavabın düzgün və ya yanlış olması haqqında məlumat 
verilir (dərketmə aktının 4-cü fazası).  
İndi də bu qiymətləndirmə müəllim üçün özünün dərketmə 
aktının 4-cü fazası,  şagird üçün isə özünün dərketmə aktının 1-ci 
fazası olur, ümumi sual-cavab silsiləsinin isə dördüncü aktı cərəyan 
edir.  
Beləliklə, nitq prosesinin davam etdiyi bütün müddət ərzində 
belə  zəncirvarı silsilə aktları bir-birini əvəz edir. Burada aktiv və 
passiv kommunikantın rolunun dəyişməsi, yəni şagirdin danışması və 
müəllimin onu dinləməsi və ya müəllimin sual verməsi, şagirdin ona 
cavab verməsi nitq və onun yaranma mexanizmində mahiyyət etibarı 
ilə heç nəyi dəyişmir. Bu sadəcə olaraq zəncirin bir həlqəsindən 
növbəti həlqəsinə keçidi göstərir. 
Burada kompüterlə bağlı nümunədə  dərketmə aktının bütün 
fazalarının intellekt obraz və kodları ilə getdiyini,nitqin isə yalnız 1-ci 
fazanın informasiya qəbulu və 4-cü fazanın informasiya verilməsi 
mərhələsində  iştirak etdiyini və  hər iki halda onun iştirakının 
illüstrativ mahiyyət daşıdığını  görürük.  
Məlumdur ki, bütün təfəkkür prosesləri  ən qısa və optimal 
yollarla icra olunur. Buna görə də, belə bir fikir yarana bilər ki,  nitq 


 
215 
prosesi ilə bağlı dərketmə və təfəkkür 2-ci intellekt obrazları ilə getsə, 
intellekt obrazının nitq şəklində modullaşmasına (və ya əks şəkildə 
icra olunan prosesə) ehtiyac qalmaz və bu vəziyyət dərketmə-nitq, 
nitq-dərketmə keçidi ilə bağlı prosesləri sürətləndirə bilər.  
Əlbəttə ki, belə düşünmək yanlışdır.  
Normal düşünmə qabiliyyətinə malik insanlarda dərketmənin 
dildən,nitqdən və ya mətndən daha tutumlu və mücərrəd olan intel-
lekt obrazları ilə getməsi bu prosesi 100-1000 dəfə sürətləndirir. Əgər 
ümumilikdə dərketmə və təfəkkür prosesi dil, nitq və mətn vasitəsilə 
reallaşsaydı, o halda bu proses mətnoxuma sürəti ilə baş verərdi.Bu 
zaman yuxarıdakı nümunədə müəllimin verdiyi sualın (Kompüterin 
hissələrinin birləşdirilmə qaydası necədir?) cavabını fikirləşmək üçün 
şagirdlərə ən azı 5-7 dəqiqə, yəni kompüterin hissələrinin birləşdiril-
məsi qaydası  və ardıcıllığı ilə bağlı müəllimin mühazirə  şəklində 
söyləmiş olduğu mətnin oxunmasına sərf olunan qədər vaxt lazım 
gələrdi.  
Amma, əslində, bu sualın cavabını düşünmək üçün şagirdlərə 
1-3 saniyə vaxt kifayət edir. Çünki onlar mətnlə deyil, obrazlarla 
düşünürlər. Bəzən düşünmə zamanı onlar nitqdə və ya fikrən “O..., 
sonra o..., sonra ...” və s. kimi sözlər desələr də, bu sözlərin nə 
ümumiyyətlə düşünmə prosesinə, nə  də  dərketmənin ayrı-ayrı 
fazalarına heç bir dəxli yoxdur. Bu sözlər fikrin axını istiqamətində 
yaranan əlavə reaksiyadan başqa bir şey deyildir
1

Bu sualla bağlı əsas düşünmə prosesi isə, şübhəsiz ki, kom-
püterin hissələrinin bütün obrazlarının (birinci və ikinci intellekt 
obrazı) xatırlanması yolu ilə  baş verir. Məhz xatırlanan intellekt 
obrazlarının (və  əgər varsa, qismən də gerçəklik elementinin göz 
önündə canlandırılan vizual obrazlarının) köməyi ilə  şagirdlər 1-3 
saniyə ərzində kompüterin hissələrinin birləşdirilməsi qaydasını yada 
salırlar.   
 
                                                 
1
 Müqayisə et. Выготский    Л.С.  Психология,  изд.  Апрель  Пресс, “ЭКСМО-ПРЕСС”, 
Москва, 2000. s. 840-842.  
 
216
§ 4.2. Nitqin yaranmasında real gerçəkliyin rolu 
 
Dil və onun struktur vahidləri informasiya ötürülmüsi ilə bağlı 
okkazional şəkildə meydana çıxan nitq ehtiyacından yaranır. Ümu-
milikdə belə olmasına baxmayaraq, dil struktur vahidlərinin, o cüm-
lədən, bu və ya digər konkret nitqin (onun tərkib hissələrinin), eləcə 
də nitqi əmələ gətirən söyləmlərin yaranmasına əhəmiyyətli dərəcədə 
təsir göstərən bir sıra digər faktorlar da vardır ki, bunlardan ən 
başlıcaları real gerçəklik və kommunikant faktorlarıdır.     
İlk növbədə nitqin yaranmasına real gerçəklik faktorunun təsi-
rini və ya söyləmlərin yaranmasında onun rolunu nəzərdən keçirək. 
Obyektiv aləmdə baş verən bütün hadisə  və  dəyişkənliklərdə real 
gerçəklik faktoru mütləq şəkildə nəzərə alınır. Çünki gerçəklik fakto-
runu nəzərə almayan istənilən yenilik cəhdi uğursuzluğa məhkum-
dur. Buna real həyatdan çoxsaylı nümunələr göstərmək mümkündür. 
Psixoloji və linqvistik mahiyyətdən çox ümumi fəlsəfi kateqo-
riya mahiyyəti daşıyan real gerçəklik anlayışını bütün genişliyi ilə 
deyil, yalnız linqvopsixolji cəhətdən nəzərdən keçirək.  
İnsan obyektiv aləmin digər varlıqları kimi hər bir fəaliyyətin-
də real gerçəkliklərlə hesablaşmalı, onları nəzərə almalıdır. O, özü-
nün və ya digər insanların fəaliyyət və münasibətlərini real gerçəklik-
lərə uyğunlaşdırmaq məqsədi ilə həmin gerçəkliklərlə bağlı müəyyən 
informasiya mübadiləsində olmalıdır ki, bu da nəticə etibarı ilə real 
gerçəkliklərin nitqdə əks olunmasına gətirib çıxarır. 
Digər tərəfdən, yuxarıda qeyd etmişdik ki, bu və ya digər dil 
struktur vahidi, yalnız dərk olunmuş gerçəklik elementləri ilə bağlı 
yaranır. Dərk olunmuş gerçəklik elementləri də, əksər halda, insanın 
həyatı boyu təmasda olduğu gerçəklik faktlarıdır. Bu səbəbdən, özü 
istəməsə belə, insan oğlunun olumundan ölümünə qədər bütün həyatı 
təmasda olduğu obyektiv aləmi və onun real gerçəkliklərini dərk et-
məklə keçir. Yaşadığı, şahidi olduğu bütün faktlar obyektiv aləmin 
real gerçəklikləri olduğuna görə bu və ya digər hadisə haqqında 
danışanda, o, həmin gerçəklikləri öz nitqində əks etdirmiş olur.  




Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə