197
IV FƏSİL
TƏFƏKKÜR PROSESLƏRİ VƏ NİTQ
§ 4. L.Vıqotski yazır: “Təfəkkür və nitq
məsələsi еlə psixoloji
problеmlər qrupuna aiddir ki, orada şüurun müxtəlif fəaliyyət növləri
ön plana çıxır. Bütün bu problеmlərlə bağlı ən başlıca məsələ isə,
əlbəttə ki, fikrin sözə olan münasibətidir. Bu problеmlə bağlı bütün
digər məsələlər ikinci dərəcəli əhəmiyyət daşımaqla, mahiyyətcə bu
əsas məsələnin həllinə söykənir və ondan birbaşa asılıdır. Bu əsas
məsələni həll еtmədən, ikinci dərəcəli məsələlərin həllini nəzərdə
tutan problеmlərin düzgün qoyuluşu bеlə mümkün dеyil”
1
.
Nitqin yaranması və mənimsənilməsi prosesi psixolinqvistika
elminin həllinə cəhd etdiyi ən qlobal məsələdir. Daha doğrusu, psixo-
linqvistika bir elm sahəsi kimi məhz bu problemin araşdırılması
məqsədi ilə yaradılmışdır. Yarandığı tarixdən bu günə qədər movcud
olan bütün psixolinqvistik məktəb və istiqamətlər nəinki bu problemi
həll
edə bilməmiş, hətta bu problemin həlli yollarının müəyyənləşdi-
rilməsində belə, hamı tərəfindən məqbul hesab edilən ümumi model,
üsul və metod da tapa bilməmişdir.
Bütün dillər üzrə bu istiqamətdə elmi axtarışların aparıldığı bir
vaxtda, sadəcə nitqin yaranması və mənimsənilməsi prosesinin deyil,
hətta onun inkişafı prossesinin belə və eyni zamanda, sadəcə adi təh-
lilinin deyil, tam neyrolinqvistik təhlilinin məhz Azərbaycanda veril-
məsi çox sevindirici haldır düşüncələri ilə Heydər Eminlinin “Nitqin
yaranması və inkişafı prosesinin neyrolinqvistik təhlili”
2
əsəri ilə
tanış olduq. Amma orada olması gərəkənləri və görmək istədiklə-
rimizi görə bilmədik.
Psixolinqvistikaya və onun əsas predmeti olan nitqin yaranma-
1
Выготский Л.С. Психология, изд. Апрель Пресс, Москва, 2000. с 264.
2
Eminli H. Nitqin yaranması və inkişafı prosesinin neyrolinqvistik təhlili. Filologiya ixtisası
üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2008.
198
sı və mənimsənilməsi məsələsinə az dəxli olsa da,
həmin tədqiqat
əsəri Azərbaycanda afaziologiyaya həsr olunmuş ilk cəhdlərdən biri
kimi dəyərlidir. Əslində isə, haqqında danışılan əsər, mahiyyət etibarı
ilə, sinir xəstəlikləri nəticəsində yaranan nitq qüsurlarının neyro-
linqvistik yöndən fraqmental araşdırılması və əgər belə demək müm-
kündürsə, G.A.Sədiyevanın bu istiqamətdəki tədqiqatlarının qismən
təkrarı və ya davamıdır.
Azərbaycan dilçiliyində psixolinqvistik tədiqatların aparılma-
sına meyl edən ilk professional mütəxəssislərdən biri, bəlkə də birin-
cisi, hal-hazırda Türkiyə Respublikasının İzmir şəhərində çalışan
həmyerlimiz “Doqquz Eylül” universitetinin professoru, doktor-pro-
fessor G.A.Sədiyevadır. Onun tədqiqatlarının əsas istiqamətini psi-
xolinqvistikanın elmi-tətbiqi sahəsi olan neyrolinqvistikanın afazio-
logiya bölməsi təşkil edir. Hələ AMEA dilçilik institutunda işlədiyi
dövrlərdə apardığı elmi-tətbiqi araşdırmalar,
eksperimental təcrübə
və nəzəri axtarışlar öz bəhrəsini verdi. G.A.Sədiyеva Azərbaycan
dilçilik elminə “Afaziya: nеyrolinqvistik tədqiqat” və “Лингвисти-
ческий анализ нарушении речи при афазии” adlı iki elmi mono-
qrafiya bəxş etdi. Bu əsərlər müxtəlif səbəblərdən, yəni istər fiziki,
istərsə də mənəvi zərbə nəticəsində meydana gələn sinir xəstəlikləri
zamanı insanların nitqində yaranan qüsurların neyrolinqvistik yöndən
tədqiqinə həsr olunmuşdur
1
. Həm linqvistik, həm nəzəri psixoloji,
həm də tibbi-tətbiqi əhəmiyyətə malik olan bu əsərlər neyrolinqvis-
tika və afaziologiya sahəsində araşdırmalar aparan gənc araşdırmaçı-
lar üçün dəyərli mənbələrdir.
Bu qısa ekskursdan sonra bir daha qeyd etmək istəyirik ki,
tədqiqatımızın bu fəslində nitqin yaranması və mənimsənilməsi me-
xanizmi,
başqa sözlə desək, nitqin kommunikantlar arasında ünsiyyət
vasitəsi kimi istifadə olunması prosesi dərketmə və təfəkkür proses-
ləri baxımından nəzərdən keçiriləcəkdir. Əsas diqqət gerçəklik ele-
mentləri ilə bağlı informasiyanın nitq şəklində formalaşması, nitqın
1
Садийева Г. Лингвистический анализ нарушении речи при афазии. Баку, 1997;
Sədiyеva G.A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı, 1999.
199
ötürülməsi və qəbulu proseslərinə yönəldilsə də, birbaşa bu proses-
lərlə bağlı olub, onlardan əvvəl və sonra baş verən dərketmə və təfək-
kür aktları da nəzəri şəkildə araşdırılacaqdır.
§ 4.1. Nitqin yaranması və mənimsənilməsi
İkinci fəsildə dərketmə aktları və fazalarını izah edərkən hər
bir fazanın sonunda həmin fazada hər hansı sözə, nitqə və ümumiy-
yətlə, dilə heç bir ehtiyacımız olmadığını qeyd etmişdik. Həmin
qeydləri yanlış anlayaraq dərketmə və təfəkkür proseslərində sözə,
nitqə, ümumiyyətlə, ehtiyac olmadığı qənaətinə gəlmək lazım deyil.
Həmin fəsildə dərketmə aktları və fazalarından danışarkən
məqsədimiz,
bir tərəfdən, nitq fəaliyyəti nəzəriyyəçilərinin “dərketmə
və təfəkkür proseslərinin əsas vahidi sözdür” mülahizəsinin yanlış
olduğunu sübut etmək, digər tərəfdən isə, dərketmə və təfəkkür
proseslərinin söz və nitqdən asılı olmayan müstəqil reallaşma mexa-
nizminə malik olduğunu göstərmək idi.
İnsan ictimai varlıq olduğuna görə, onun bir sıra dərketmə və
təfəkkür fəaliyyətlərinin müəyyən fazaları bəzi hallarda söz, nitq və
dildən istifadə yolu ilə həyata keçir: vizual-vokal dərketmə zamanı
gerçəklik elementinin mənimsənilməsi yazılı və şifahi nitqdən istifa-
də etməklə reallaşır (birinci aktın birinci fazası); sinktual dərketmənin
nəticəsi, bəzən yeni yaranmış dil
struktur vahidi, bəzən intellektual
nitq olur (ikinci aktin birinci fazası); nitq əsasən müxtəlif təfəkkür
aktlarında müşahidə edilən total modullaşma nəticəsində yaranır
(birinci aktın dördüncü fazası) və mənimsənilir (ikinci aktın ikinci
fazası).
Bununla belə, söz, nitq və dilin dərketmə, təfəkkür və fikrin
formalaşması proseslərindəki rolunu şişirtməyə, olduğundan daha
böyük göstərməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, nitqin
birbaşa sinktual dərketmənin son məhsulu olduğu dərketmə və təfək-
kür prosesləri istisna olmaqla, digər dərketmə və təfəkkür proseslə-
rində nitqin rolu gerçəklik elementi haqqında vasitəli
yolla məlumat
200
almaq və verməkdən başqa bir şey deyildir. Belə də deyə bilərik ki,
kommunikal nitqin yaranması və mənimsənilməsi (istər yazılı, istərsə
də şifahi) dərketmə və təfəkkür proseslərinin aralıq mərhələlərində
təzahür edən total modullaşmalardır.
Fikrin formalaşması prosesində dilin və ya nitqin heç bir
rolunun olmadığını professor Kamal Abdulla belə şərh edir: “... yer
üzündəki bütün insanlar (millət və irqindən asılı olmayaraq) eyni
məntiq dilində düşünürlər. Hər hansı bir dildə - ingilis, rus, türk,
Azərbaycan, eskimos, həbəş... dillərində düşünmək, prinsip etibarilə
mümkün deyil”
1
.
Bizim mövqeyimizə, demək olar ki, tam dəstək verən bu
fikirdə izah edilməsi lazım gələn yeganə cəhət “insanlar məntiq
dilində düşünür”
ifadəsidir ki, məntiq dilinin apellyativ vahidinin
intellekt obrazı olduğunu qəbul etməklə K.Abdullanın bizimlə və ya
bizim onunla tam həmfikir olduğumuzu söyləmək olardı.
K.Abdulla fikrini davam etdirərək yazır:”ümumbəşər dilində
düşünüb, bu düşündüklərini əvvəlcə daxili nitqə, sonra isə xarici
nitqə, yəni ünsiyyətin özünə köçürürlər.
Daxili və
xarici nitq kimi
“ayırdığımız” məqamlar isə, əslində, bir varlığın iki üzü kimidir...
Biz, əslində, ümuminsan dilində, yəni məntiq dilində düşünüb
Azərbaycan dilində danışırıq”
2
.
L.Vıqotskinin məlum
daxili və
xarici nitq termin və
anlayışlarının, yəni “daxili nitq sözsüz nitqdir”, “daxili nitqin xarici
nitqə çevrilməsi ilə fikir sözdə tamamlanır”
3
mülahizələrinin burada
qismən yeni məzmunda şərhini görürük. L.Vıqotskinin bu mülahizə-
lərinə mövqeyimizi bildirmiş olduğumuza görə,
sadəcə onu deməklə
kifayətlənirik ki, son məqsədin məhz nitq yaratmaq olduğu hallarda
fikir birinci və ikinci intellekt obrazlarının qarışıq kombinasiyası şək-
lində formalaşır, səslənmə və ya yazılma anında okkazional nitq ehti-
yacına uyğun olaraq tam şəkildə ikinci intellekt obrazlarına transfor-
1
Abdullayev K. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik. “Mütərcim”, 2010, s. 151.
2
Abdullayev K. Həmin əsəri. s. 151.
3
Выготский Л.С. Психология. Апрель Пресс, “ЭКСМО-ПРЕСС”, Москва, 2000. с 375.