və mədəniyyət sahəsində qəbul olunan demək olar ki, bütün
sənədlərdə kitabxanalara, onların inkişafına və beynəlxalq
aləmə inteqrasiyasına xüsusi diqqət yetirilmişdir. “Azər bay -
can Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda,
“Azər baycan Respublikasında kitabxana-informasiya şəbə -
kə sinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi”ndə,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında,
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Stra -
te giyası”, “Azərbaycan Respublikasında informasiya cəmiy -
yə tinin inkişafına dair 2014-2020-ci illər üçün milli
stra tegiya”da və digər sənədlərdə kitabxanaların beynəlxalq
in fomühitə çıxışının təmin olunması ilə bağlı müddəaların
mövcudluğu söylənilənləri bir daha təsdiq edir. Bu, eyni za-
manda, kitab mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın
dövlət üçün, cəmiyyət üçün əhəmiyyətini, aktuallığını mü -
əy yənləşdirməyə imkan verir. Təqdirəlayiq haldır ki, 60 il sis-
temli şəkildə davam edən beynəlxalq kitab mübadiləsi və
onun inkişaf etdirilməsi, prosesin yenilənməsi, mo dern ləş -
di rilməsi bu gün də dövlətin mədəniyyət siyasətində prior-
itet məsələ olaraq qalır və aktuallığını itirmir. Digər tərəfdən,
Azərbaycan kitabxanalarının yarım əsrdən artıq zaman
çərçivəsində həyata keçirdiyi beynəlxalq kitab mübadiləsi
fəaliyyətinin hələ də kompleks şəkildə elmi-nəzəri təhlilə
cəlb edilməməsi bu tədqiqatı aktuallaşdırır.
Monoqrafiya Azərbaycan kitabxanalarının, o cümlədən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
9
respublikada beynəlxalq kitab mübadiləsi mərkəzi hesab ol-
unan AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq
əlaqələrinin tarixi aspektdə öyrənilməsinə həsr olunub. Mə -
sə ləyə bu cür yanaşma, başqa sözlə Mərkəzi Elmi Ki tab xa -
nanın nümunəsində Azərbaycan kitabxanalarının beynəlxalq
kitab mübadiləsi tarixinin araşdırılması bu sahənin müasir
və ziyyətini və gələcək inkişaf perspektivlərini müəyyən ləş -
dir mək, öyrənmək və təhlil etmək üçün də real zəmin ya ra -
dır.
Sistematik və kompleks şəkildə olmasa da, Azərbaycan
kitabxanalarının beynəlxalq kitab mübadiləsi prosesində
iştirakı müxtəlif əsərlərdə öz əksini tapıb. Professor A.Xə -
ləfovun [38-46] əsərlərində iri Azərbaycan ki tab xa na la rının
beynəlxalq təşkilatlarla əməkdaşlıq məsə lələrinə yer ve -
rilmişdir. Filol.ü.e.d. A.Əliyeva-Kən gərlinin [20-32] əsər lə -
rində AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq ki tab
sərgiləri və layihələrdə iştirakı, yeni texnologiyalar va sitəsilə
milli-mədəni irsin təbliği problemləri araşdırıl mış dır.
Professor M.Qasımlının [59-60; 103], İ.İsmayılovun
[52-54], M.Manafovanın [62-64] əsərlərində Azərbaycan
kitabxana, nəşriyyat və kitab cəmiyyətlərinin kitab mü ba di -
ləsi sahəsindəki fəaliyyətinə müxtəsər tarixi nəzər salın mış -
dır.
M.Muradovanın [70-72], L.Vassermanın [99], p.ü.f.d.
R.Ka zımovun [124-125], L.Ağacanovanın [4, 84-90], K.Ta -
hi rovun [80] kitab və məqalələrində AMEA Mərkəzi Elmi
Kitabxanasının və digər iri kitabxanaların müxtəlif illərdə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
10
həyata keçirdiyi beynəlxalq əməkdaşlıq fəaliyyətlərinə yer
ve rilmişdir.
Beynəlxalq kitab mübadiləsi tarixinin araşdırılması ba -
xı mından isə qərb alimlərindən C.S.Parker [186], P.Havard-
Uilyams [168], C.P.Danton [160-161], P.C.Lor [179-182],
R.V.Reyvard [188-189], rus alimlərindən K.Bakulin [96]
Q.Yevstiqneyeva [110-111], Q.M.Kruqlik [122], V.M.Su-
vorova [146], S.M.Qrişina [107-109] və O.İ. Talalalkinanın
[147] əsərləri diqqəti cəlb edir. Bu əsərlərdə “beynəlxalq ki -
tab mübadiləsi” anlayışı terminoloji cəhətdən şərh edilmiş,
pro sesin inkişaf tarixi və mövcud problemləri araşdırılmış,
kitab mübadiləsinin sosial-iqtisadi, tarixi, təşkilati aspektləri
tədqiq olunmuşdur. Bununla yanaşı, qeyd olunan əsərlərdə
bey nəlxalq kitab mübadiləsinin zəruriliyi elmi-nəzəri cəhət -
dən əsaslandırılmış, kitabxana fondlarının komplekt ləş diril -
mə sində müstəsna əhəmiyyət kəsb edən mübadilə işinin əsas
istiqamətləri müəyyənləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, hazırkı monoqrafiyaya qə -
dər Azərbaycan kitabxanalarının, o cümlədən AMEA
MEK-nin beynəlxalq elmi-mədəni əla qə lərinin tarixi, kitab
mübadiləsi sahəsindəki beynəlxalq fə aliyyətləri və infor-
masiya mühitinə inteqrasiya problemləri ayrıca elmi təhlilə
cəlb olunmamışdır. Azərbaycan kitabxanalarının kitab və in-
formasiya mübadiləsi sahəsindəki çoxillik təcrübəsi yerli
müəlliflərin sadalanan əsərlərində geniş və ümumiləşdirilmiş
şəkildə deyil, səthi formada əks olunduğundan, aparılmış bu
tədqiqat işi yenidir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
11
Monoqrafiyada AMEA Mərkəzi Elmi Kitabxanasının
və Azərbaycanın digər iri kitabxanalarının arxiv materialları
və hesabatları araşdırılmış, A.A.Xələfovun [38-46], A.İ.Əli -
ye va-Kəngərlinin [20-32], M. Qasımlının [59-60; 103] və
di gər tarixçi və kitabxana işi mütəxəssislərinin son illərdə
nəşr etdirdiyi əsərlərdən mənbə kimi istifadə edilmişdir.
Məqsədimiz Azərbaycan kitabxanalarının, xüsusilə,
AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq kitab mü-
ba diləsi prosesində iştirak tarixini araşdırmaq, tarixin müx -
tə lif mərhələlərində kitabxanaların əldə etdiyi təcrübələri
təh lil etmək, həmin təcrübə əsasında davam edən müasir
əmək daşlıq əlaqələrinin nəzəri-təşkilati əsaslarını müəy yən -
ləş dirmək, kitabxanaların beynəlxalq informasiya mühi tin -
dəki rolu və yerini təyin etmək, müvafiq sahədə mövcud olan
prob lemləri nəzərdən keçirmək və onların həlli yollarını
göstərmək, mübadilə işində beynəlxalq təcrübədən istifadə
səviyyəsini öyrənmək və milli kontentin dünya informasiya
mühitinə inteqrasiya perspektivlərini açmaqdan ibarətdir.
Bu məqsədlə müəyyənləşdirdiyimi vəzifələr
“beynəl -
xalq kitab mübadiləsi” və “informasiya mühiti” an la yışlarını
el mi cəhətdən şərh etmək; beynəlxalq kitab mü ba diləsi tar-
ixini araşdırmaq; Azərbaycan kitabxanalarının bey nəlxalq
əməkdaşlıq tarixini faktiki materiallar əsasında təd qiq etmək;
tədqiqata cəlb olunmuş problemin nəzəri cə hət dən öyrə nil -
mə səviyyəsini müəyyənləşdirmək; AMEA Mər kəzi Elmi
Kitab xanasının beynəlxalq elmi kommuni ka si ya mühitin də -
ki funksiyalarını və yerini təyin etmək; Azər bay can ki tab xa -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
12
Dostları ilə paylaş: |