kiberməkan adlandırılır. Və onun sərhədləri tam müəy yən -
ləş dirilə bilməz.
Digər rus alimi Savalyova görə fərdin informasiyanı ala
bildiyi və yaya bildiyi sərhədlər lokal və qlobal informasiya
mühiti sərhədləridir. Buna görə də, qlobal informasiya mü -
hiti informasiya münasibətlərinin özünütənzimləmə siste -
midir [141].
Bu mənada istər lokal, istərsə də qlobal beynəlxalq in-
formasiya mühitində kitabxanaların rolu olduqca böyükdür.
Kitabxanalar tərəfindən həyata keçirilən kitab mübadiləsi, o
cümlədən beynəlxalq kitab mübadiləsi ən etibarlı və uzun -
ömür lü elmi-mədəni münasibətlər şəbəkəsi, elmi kommu-
nikasiya vasitəsidir. Kitabxanalararası informasiya və kitab
mübadiləsi kitabxanaların malik olduğu məlumatları və ya
sənəd kütləsini digər tərəfə (kitabxanalara, elm və təhsil
müəssisələrinə, ayrı-ayrı fərdlərə) ödənişsiz ötürülməsini və
qəbulunu nəzərdə tutur.
Kitab mübadiləsini həyata keçirilmək üçün kitabx-
analar seçilmiş və ya müvafiq məqsədlə əldə olunmuş təkrar
ədəbiyyatdan ibarət kitab mübadiləsi və ya ehtiyat fond ların -
dan istifadə edirlər. Bir qayda olaraq dünya və Azərbaycan
kitabxanaları kitab mübadiləsini müxtəlif yollarla həyata
keçirlər.
1) çap məhsullarının kitabxanalar arasındakı mü ba -
diləsi;
2) istifadə olunmayan nəşr vahidlərinin pulsuz ve -
rilməsi və ya yenidən yerli kitabxanalara paylaşdırılması;
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
21
3) milli nəşr məhsulunun mübadiləsi;
4) çatışmayan çap məhsullarına əsasən sifarişlərin
qarşılıqlı yerinə yetirilməsi.
Görünən budur ki, informasiya mühiti yalnız lokal əra -
zi də mövcud ola bilməz, başqa sözlə informasiyanın daha
qlobal məkanda yayılmasına olan ehtiyac informasiya ka nal -
larının ümumiyyətlə, mövcud ola bilməsinə olan ehtiyac
qədərdir.
Faktlar göstərir ki, hətta ən qədim dövrlərdə belə ge -
cik mə ilə olsa da informasiya insan yaşayan bütün ərazilərə
gedib çatıb, lazımi effektini verib, indiki anlamda qloballaşıb.
Lakin informasiyanın müasir mənada qlobal məkanda ya yıl -
ma sı beynəlxalq poçt məkanının yaradılması ilə başlayıb.
Çünki bu zaman informasiya ənənəvi poçt vasitələri ilə ya -
yılır və bununla da vahid poçt ərazisi-informasiya mühiti
əmələ gəlir. Başqa tərəfdən, informasiya məkanının əslində,
radionun kəşfindən sonra qlobal xarakter aldığını da söy lə -
mək mümkündür. Belə ki, informasiyanın radio efiri va si -
təsilə sərhədsiz yayılması beynəlxalq informasiya mühitinin
formalaşmasının özəyini təşkil edir.
Cəmiyyətin kommunikativ meyarlarını və informasiya
landşaftını dəyişən bu iki hadisənin tarixinə qısaca da olsa
nəzər yetirək: haqqında bəhs etdiyimiz beynəlxalq poçt-
kommunikasiya şəbəkəsinin yaradılması vasitəsilə infor-
masiya mühitinin qlobal xarakter alması 1874-cü ildən
başlamışdır. Həmin il, bugün Azərbaycan da daxil olmaqla
191 ölkəni özündə birləşdirən Ümumdünya Poçt İttifaqı
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
22
yaranmış və informasiya axını həm məzmun, həm də for-
maca dəyişmişdir. Belə ki, buna qədər, xaricə göndərilən
məktublara görə, informasiyanı göndərən şəxs yalnız öz
dövlətinin sərhədlərinə kimi poçt haqqını ödəyir, sonrakı
xidmətlərə görə isə məktubu alan tərəf ödəniş edirdi. Bu za -
man baş verən informasiya itkisinin həcmi barədə şərh
verməyə isə lüzum görmürük.
İnformasiyanın beynəlmiləlləşməsinə xidmət edən
radio efirinə gəlincə qeyd etməliyik ki, Malon Lümis tə rə fin -
dən naqilsiz əlaqənin yaradılması 1872-ci ilə, italyan mü hən -
disi Qulyelmo Markoni tərəfindən radiodalğa vasitəsilə
informasiya mübadiləsi sisteminin, Aleksandr Popov tə rəfin -
dən radioteleqrafın, Nikola Tesla tərəfindən radioötürü cü -
nün ixtirası isə 1895-96-cı illərə təsadüf edir.
Lakin nəzərə almalıyıq ki, beynəlxalq informasiya mü -
hitinin formalaşması poçt və radioefirin meydana gəlməsi ilə
formalaşsa da, başqa sözlə, yeni təzahür forması qazansa da,
ilk növbədə əlyazma kitablarının hərəkəti (bir məkandan
müxtəlif coğrafiyalara yayılması) ilə cəmiyyətin yaddaşına
daxil olmuşdur. Bu mənada, beynəlxalq informasiya mühi-
tinin yaranma tarixi 150 il bundan öncəyə deyil, əlyazma
kitablarının müxtəlif məkanlarda mübadilə edildiyi qədim
və orta əsrlər dövrünə gedib çıxır. Beləliklə, tarixi daha
qədim olan kitab mübadiləsi beynəlxalq informasiya mühi-
tinin əsasını qoymuş, sonrakı dövrdə, qlobal poçt və radioefir
xidməti, bir qədər sonra isə İnternet bu mühitin inkişaf
edərək hər dəfə yeni forma qazanmasına şərait yaratmışdır.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
23
Ümumiyyətlə, istər əlyazma kitablarının, istər də çap
kitablarının və ya informasiyanın mübadiləsi onların daşın -
ması və ya axını müstəvisində baş verdiyindən prosesə 2
aspektdən yanaşmaq lazımdır:
1. İnformasiya və ya kitablar əvvəlcədən razılaşdırılmış
qrafikə, tematik plana əsasən qarşılıqlı şəkildə mübadilə ol-
unur (məsələn, kitabxanalar, elm və təhsil müəssisələrinin
biri-biri ilə və ya müxtəlif şəxslərlə qarşılıqlı razılıq əsasında
həyata keçirdiyi mübadilə buna misaldır).
2. İnformasiya və ya sənəd kütləsinin axını birtərəfli
şəkildə həyata keçirilir (kitabların hədiyyə kimi qəbul
olunması, satın alınması, üzünün köçürülüb qaytarılması, is-
tilalar zamanı talan edilməsi və s. buna misaldır)
Əlbəttə, bəhs etdiyimiz qədim dövrlərdə, kitab müba -
dilə si ikinci variant üzrə həyata keçirildiyindən bu yarım -
fəslin tədqiqat prioritetini məhz bu formada aparılmış
mü badilə təşkil edəcəkdir. Birinci mənada kitab və informa -
siya mübadiləsi isə XX əsrin əvvəllərindən etibarən vüsət
aldığı üçün bu barədə monoqrafiyanın sonrakı səhifələrində
bəhs olunacaqdır.
Dünya kitab, o cümlədən əlyazma kitabələrinin müba -
di ləsi tarixindən danışarkən ilk növbədə bizim eradan əvvəl -
ki dövrə ekskurs etməli, Qərb kitabxanaşünas və tarixçi
alim ləri Cess Houk Şira, Kasson Laynl, Maykl Harris, Fred
Lerner, Stam Devid, Patrisiya Sorey və Frederik Löblankın,
rus kitabxanaşünas və tarixşünaslarından Sergey Vexov, Lev
Vladimirov, Aleksey Divnoqerçev, Valeriya Suvorovanın,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
24
Dostları ilə paylaş: |