Azərbaycan mühacirət nəsri
37
A. Axundovanın, İ. Bədəlbəylinin, Ç.Hüseynovun «mü-
hacir»liyini, mühacirət ədəbiyyatı nümayəndəsi olub-ol-
madığını lüzumsuz müzakirə mövzusuna çevirir.
Müəllif Ə. Hüseynzadəni, Ə. Ağaoğlunu, M.Ə. Rə-
sulzadəni mühacirət ədəbiyyatımızın birinci dalğasının
nümayəndələri kimi təqdim etsə də, V. Sultanlı kimi o da
həmin dövrə aid konkret bədii əsərlərin adını çəkə bilmir.
M.Hadini də mühacirət ədəbiyyatının nümayəndəsi kimi
təqdim etməklə professor sözün əsl mənasında «gül vu-
rur».
H. Quliyev «ikinci dalğa» mühacir yazıçılar sırasına
Banini və Y.V. Çəmənzəminlini də aid edir ki, bunun da
yanlışlığını yuxarıda qeyd etmişik.
Ümumiyyətlə, kitabla tanışlıqdan belə bir qənaət
hasil olur ki, müəllif mühacirət ədəbiyyatı mətnlərinin
böyük əksəriyyətinin orijinalları ilə tanış deyil, «tədqi-
qat»ını ya həmin mətnlərin Bakı nəşrləri, ya da rus dili-
nə edilmiş tərcümələr əsasında qurmuşdur. Kitabın II və
III fəsillərində 8 portret verilmişdir ki, bunlardan da
3-nün (M. Hadi, Y.V. Çəmənzəminli, Banin), ümumiy-
yətlə, Azərbaycan mühacirət ədəbiyyatına aidiyyatı yox-
dur.
Digər portretlər isə əsasən, məlum tərcümeyi-hal
faktlarının və biblioqrafik məlumatların sadalanmasın-
dan ibarətdir. Yalnız Almas İldırım haqqında portret-
oçerkdə H. Quliyev şairin bir neçə şeirini təhlil etməyə
cəhd göstərirsə də, müvəffəq olmur. Belə ki, «Əlvida,
Bakı» və «Əsir Azərbaycanım» şeirlərinin «təhlili» za-
manı (96, s. 76-77) H. Quliyev Bəkir Nəbiyevin «Didər-
gin şair» monoqrafiyasından «yaradıcılıqla» bəhrələn-