Azərbaycan mühacirət nəsri
47
MĠLLĠ ĠSTĠQLAL
HƏRƏKATININ ĠNĠKASI
illi istiqlal hərəkatının inikası Azərbaycan
mühacirət ədəbiyyatında hər zaman başlıca
istiqaməti təşkil etmişdir. Doğrudur, geniş mənada
yanaşdıqda, bütövlükdə XX əsr mühacirət ədəbiyyatı-
mız «Azərbaycan davası»nın mühüm tərkib hissəsi kimi
yaranıb inkişaf etmişdir. Bu ədəbiyyat Azərbaycan Xalq
Cümhuriyyətini tərənnüm edəndə də, Anadolu istiqlal
savaşını əks etdirəndə də, türk birliyi ideyasını təbliğ
edəndə də, macar xalqının rus imperializminə qarşı mü-
barizəsini dəstəkləyəndə də, Quzey Kıbrıs olaylarını
təsvir edəndə də onun əsas hədəfi Azərbaycan istiqlalı
olmuşdur. Bununla belə, mühacirət ədəbiyyatımızda, o
cümlədən mühacirət nəsrimizdə milli istiqlal mü-
cadiləsini bilavasitə bədii tədqiqatın predmetinə çevi-
rərək, onun müxtəlif dövrlərini, yaddaqalan məqamla-
rını epik lövhələrdə canlandıran əsərlər az deyildir. Eyni
zamanda belə bir fakt da diqqətəlayiqdir ki, bu əsərlərin
müəllifləri, bir qayda olaraq, istiqlal mücadiləsinin bila-
vasitə fəal iştirakçısı olmuş insanlar, M.Ə. Rəsulzadə,
M.B. Məhəmmədzadə, N. Şeyxzamanlı kimi tanınmış
şəxsiyyətlərdir. İlk iki müəllifin həm də istiqlal hərə-
katımızın tarixi ilə bağlı dəyərli elmi araşdırmaları
vardır. Aşağıda bu və digər müəlliflərin yaradıcılığından
səciyyəvi örnəklər əsasında mühacirət nəsrimizdə milli
M