Azərbaycan mühacirət nəsri
57
mək, nəticədə yenidən Azərbaycanın müstəqilliyinə nail
olmaq niyyətində idilər. Bu baxımdan yanaşdıqda, al-
man orduları tərkibində ruslara qarşı vuruş milli istiqlal
mücadiləsinin tərkib hissəsi kimi qavranılırdı. T. Atəş-
linin xatirələrində də «Azərbaycan davası»nın məhz bu
cəbhəsi qələmə alınmışdır.
T. Atəşlinin poeziyasına həsr etdiyimiz məqalədə
(15) onun müxtəsər tərcümeyi-halını vermiş, könüllü
olaraq alman ordusu sıralarına keçməsinin səbəb və
şəraitini açıqlamışdıq. Burada yalnız onu xatırladaq ki,
alman komandanlığının göndərişi ilə Berlin zabitlər
məktəbində xüsusi proqram üzrə hərbi təlim keçib, teğ-
men (leytenant) rütbəsi alan T. Atəşli SS birliklərinə tə-
yin edilmiş, bir sıra əməliyyatlardakı uğurlarından sonra
üstteğmen (baş leytenant) rütbəsini qazanmışdır. «Sta-
linqrad cəhənnəmində 95 gün döyüşən türk» savaş xati-
rələri olduğundan, təbii ki, burada müəllifin iştirakçısı
olduğu qanlı döyüş səhnələrinin, kəşfiyyat əməliyyatla-
rının təsvirinə geniş yer verilmişdir. Əsərdə alman və
rus hərbçilərinin yaddaqalan obrazlarına da rast gəlirik.
T. Atəşli məxfi əməliyyat zamanı tanış olduğu Nataşa
adlı rus qızı ilə «macəra»sının təsvirinə də həyəcanla
oxunan səhifələr ayırmışdır. Bununla belə, xatirələri
qələmə almaqda müəllifin məqsədi yalnız Stalinqrad dö-
yüşlərinin bədii-sənədli xronikasını yaratmaq deyil (hər-
çənd əsəri təfriqə halında dərc etmiş Türkiyənin «Hür-
riyyət» qəzeti və onun oxucuları üçün bu da az önəmli
deyildi), daha çox və ilk növbədə alman ordusu sırala-
rında ruslara qarşı mücadiləsinin məqsədini anlatmaq,
Azərbaycan istiqlalı ideyasını təbliğ etmək olmuşdur.
Nikpur Cabbarlı
58
Məhz bu müəllif qayəsi xatirələrin bütün süjeti boyu ana
xətt kimi keçir.
Almanlar Stalinqrad cəbhəsində sovet qoşunlarına
ağır zərbələr endirdikcə, gənc Teymurun, vətəni Azər-
baycanın qurtuluşuna bəslədiyi ümidlər də artır, o, həyə-
can içərisində düşüncələrə dalır: «...Gözlərim önünə do-
ğub böyüdüyüm, havasını tənəffüs etdiyim zavallı yur-
dum Azərbaycan gəldi. Stalinqraddakı müqaviməti ya-
rarsaq, dörd alman ordusu Kafkaslara doğru yürüyəcək-
di. Mən daha şimdidən o əziz toprakların kokusunu du-
yar gibi oluyorum.... Hepimiz həyəcan içərisindəyik.
Fakat bən alman silah arkadaşlarımdan daha həyəcanlı
idim. Bir an əvvəl çarpışmaq, ruslardan bana, ailəmə və
irqdaşlarıma yapdıkları işkəncələrin intiqamını almaq
istiyordum» (65).
Alman ordusunda üstteğmen rütbəsində qulluq edən
Teymur qanlı savaş meydanında, ən ekstremal vəziyyət-
lərdə belə mənsub olduğu xalqın mənəvi-əxlaqi dəyər-
lərinə sadiqdir. O, ruslarla döyüşdə göstərdiyi qəhrə-
manlığa görə şəxsən Stalinqrad cəbhəsi komandanı
orgeneral Paulyus tərəfindən Almaniyanın yüksək nişa-
nı – Eisenkreuzla (Dəmir xaçla) təltif edilən zaman cid-
di tərəddüd keçirir: «Kan və atəş dəryası içində başıma
bir də bu «dəmir haç» nişanı dərdi çıktı. Hər almanın se-
və-sevə və böyük bir iftixar duyarak taşıyacağı Eisen-
kreuz nişanını takmadığımı görür və anlarlarsa, bana
müthiş kızacaklardı. Halbuki gördüyüm dini tərbiyənin
təsiriylə velevni ən böyük şərəf payəsini də taşısa, bir
haçı papazlar gibi boynuma takıp, dolaşmak ağrıma gi-
diyordu. Çok güc bir vaziyetteydim. Uzun boylu düşün-
Azərbaycan mühacirət nəsri
59
dükdən sonra Kuran-ı-Kerim üzərinə yemin edərək De-
mir Haçı boynuma takmaya karar verdim. Berlindəki
yemin mərasimində müfti əfəndi tərəfindən bana hediye
edilən Kur'anı öpüb bağrıma bastıkdan sonra: «Alla-
hım, beni affet! Nasıl bir badirenin içində olduğumu sən
daha iyi bilirsin. Bən müslüman olarak doğdum, canımı
yine müslüman olarak al!» deyərək nişanı boynuma tak-
tım» (65).
Xoşbəxtlikdən bu nişan bir sıra hallarda, xüsusilə
soydaşlarının alman əsirliyindən xilas edilməsində Tey-
murun karına gəlir. Əsir düşərgəsinə gələn Teymur öy-
rənir ki, burada almanlar azərbaycanlıları da yəhudi
zənn edərək güllələyirlər. O, düşərgə rəisi ilə görüşərək
vəziyyəti anladır və soydaşlarının azad edilərək, könüllü
surətdə ruslara qarşı vuruşmaq üçün Rostova göndəril-
mələrinə nail olur. Alman zabiti ilə bu anlaşmanın əldə
edilməsində «Dəmir xaç» da öz rolunu oynayır. Belə-
liklə, Teymurun bu təltifi dolayısı ilə Azərbaycan istiq-
lal mücadiləsi üçün də faydalı olur.
Hələ uşaq yaşlarından bolşevizmə, rus imperializ-
minə nifrət ruhunda böyüyən T.Atəşli müharibə zamanı
alman faşizminin də əsl simasını tanımış və xatirələrin-
də, yeri gəldikcə, almanların əsirlərlə, işğal etdikləri əra-
zilərin mülki əhalisi ilə vəhşi rəftarını, digər millətlərə
təkəbbürlü baxışlarını nəzərə çarpdırmaqla faşizmə
mənfi münasibətini ifadə etmişdir. Bolşevizm kimi, fa-
şizmin də bəşəriyyət üçün böyük təhlükə və bəla oldu-
ğunu anladığındandır ki, T.Atəşli özünün alman ordusu
sıralarına keçməsinin məqsədini əsər boyu təkrar – tək-
rar xatırlatmağı lazım bilir: «...Hitler olmuş, Görinq ol-
Nikpur Cabbarlı
60
muş, mareşal Keintel olmuş, umurumda bile değildi.
Nə Hitler və nə də ötəkilər bənim millətimin liderləri
değildi. Alman ordusunda, alman iniforması geyərək,
onlarla birlikdə ruslara karşı savaşıyordum, amma qayə-
lərimiz, hayallerimiz və hayat düşüncələrimiz tamamilə
ayrı idi. Bən o anda Kurtuluş ümidini, daha doğrusu,
rusların kırbacı altında əzilən məmləkətimi qurtara bil-
mək fırsatının ancak almanların əlində olduğunu görü-
yordum. Həyəcanım, Stalinqradda qazanılacaq bir zəfər-
lə Qafqaz qapılarının bizə açılmasından doğuyordu.
Volqayı atlatdıkdan sonra uykularıma girən vatanımın
yeşil ovaları və karlı təpələri bizə artıq görünəcəkdi»
(65).
Hər şeyə hakim olan zaman artıq çoxdan alman or-
dusu sıralarında SSRİ-yə, sovetlərə qarşı vuruşmuş min-
lərlə vətənpərvər soydaşımıza siyasi-hüquqi və mənəvi
bəraət vermişdir. Bolşevizm də, alman faşizmi də qəhr
olaraq, tarix səhnəsini tərk etmiş, Azərbaycanımızın
dövlət müstəqilliyi bərpa olunmuşdur. T. Atəşlinin sö-
zügedən xatirələri isə ideya-bədii mükəmməlliyi ilə mü-
hacirət ədəbiyyatımızda memuar janrı örnəkləri içərisin-
də özünə seçkin bir yer təmin etmişdir.
Dostları ilə paylaş: |