Azərbaycan mühacirət nəsri
55
öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmədim.
Bütün servis arkadaşları da himayə edərlərdi. İkinci
Dünya savaşında Qızıl Ordudan almanlara əsir düşən və
hürriyyəti seçən, alman orduları səfində ruslar ilə kıyası-
ya (amansızcasına – N.C.) çarpışan qəhrəman, milliy-
yətçi, idealist azəri gəncləri ilə görüşürkən Beriyanı so-
rardım. Həpsi Beriyanın azəri gənclərini mərhəmətsizcə
imha etdirdiyini anladıb dururlardı. «Hələ Milli Əmniy-
yədə birlikdə çalışdığı arkadaşlarını hər kəsdən öncə
təmizlətdi» diyorlardı» (73, s. 127).
Bəzi məqamlarda hadisələrin təsviri zamanı xrono-
loji ardıcıllığın əsassız olaraq pozulmasına, süjet xət-
tində ara-sıra nəzərə çarpan dağınıqlığa, fəsillərin sər-
lövhələrindəki təkrarlara (məsələn, «Azərbaycan Cüm-
huriyyətinin süqutu səbəbləri» fəsli nədənsə «İstiqlal
dövründəki olaylar» fəslindən əvvəl gəlir. Halbuki əksi-
nə olması daha məntiqi görünərdi. Özü də fəsillərdən
ikisi «İstiqlal dövründəki olaylar», biri isə «İstiqlal döv-
rü» adlanır ki, bu da anlaşılmır. Yaxud xatirələrinin
Beriya ilə bağlı hissəsini bitirdikdən sonra müəllif elə
həmin fəsildəcə özünün 27 aprel işğalından sonrakı du-
rumunu və Bakını tərk etməsinin təfərrüatlarını açıqlyır,
bunun ardınca yenidən Cümhuriyyət dövrü olaylarının
təsvirinə qayıdır və s.) baxmayaraq, N. Keykurunun
(Şeyxzamanlının) sözügedən xatirələri Azərbaycan is-
tiqlal mücadiləsinin şanlı tarixini yaşadan əsər kimi qiy-
mətlidir.
Araşdırdığımız mövzu ilə bağlı Əbdülvahab Yurd-
sevərin
«Azərbaycan istiqlal savaĢından səhnələr»
adlı xatirələri də diqqətəlayiqdir. «Azərbaycan» (An-