Azərbaycan mühacirət nəsri
61
AZƏRBAYCANLILARIN SOYQIRIMI
ÜMUMBƏġƏRĠ FACĠƏ KĠMĠ
əşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayı-
lan soyqırımı (genosid) beynəlxalq hüquqda ilk
rəsmi təsbitini BMT Baş Məclisinin 9 dekabr 1948-ci il
tarixli Konvensiyası ilə tapsa da, çox-çox əvvəllər ayrı-
ayrı dövlətlərin daxili və xarici siyasətində mühüm tər-
kib hissələrindən birinə çevrilmişdir. Soyqırımı siyasəti,
yəni əhali qruplarının irqi, milli, dini mənsubiyyətə görə
məhvinə yönəldilmiş tədbirlər Rusiya imperiyasının,
sonralar isə sovet dövlətinin müstəmləkəçilik siyasətinin
əsas atributlarından biri olmuşdur. Rus imperiyasının
türk, müsəlman xalqlarına qarşı yürütdüyü bu siyasətin
çeşidli, qəddar təzahürlərinə məruz qalan xalqlardan biri
də azərbaycanlılardır. Beynəlxalq ictimaiyyət yəhudilə-
rin, çexlərin, polyakların soyqırımını tanısa da, təəssüf
ki, bu günədək azərbaycanlıların soyqırımı barədə daha
çox susmağa üstünlük verir. Əlbəttə, bunun bir sıra ob-
yektiv və subyektiv səbəbləri vardır. Başlıca səbəb isə,
iki əsrə yaxın bir müddətdə Azərbaycanın Rusiyanın
müstəmləkəsi olması idi. Təbii ki, soyqırımı siyasəti ye-
ridən bir imperialist dövlətin hakim dairələri həmin
əməllərin öz adı ilə tanıdılmasına yol verə bilməzdilər.
Bunun nəticəsidir ki, azərbaycanlıların bir neçə nəsli həm
əvvəllər, həm də hazırda yaşadıqları dövrdə onlara qarşı
həyata keçirilən bu iblisanə siyasətdən ya xəbərsiz qalmış,
ya da onun mahiyyətini qavraya bilməmişlər.
B
Nikpur Cabbarlı
62
Çar Rusiyasının və Sovet dövlətinin iki əsrlik bir
tarixi dönəmdə müxtəlif üsullarla azərbaycanlılara qarşı
həyata keçirdiyi soyqırımı siyasəti özünün siyasi-hüquqi
qiymətini ilk dəfə ümummilli liderimiz cənab Heydər
Əliyevin Azərbaycan Respublikasının Prezidenti ikən
imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında»
26 mart 1998-ci il tarixli Fərmanında tapmışdır. Fər-
manda düzgün olaraq göstərilir ki, «1813-cü və 1828-ci
illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri
Azərbaycan xalqının parçalanmasının, tarixi torpaq-
larımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xal-
qının bu milli faciəsinin davamı kimi onun torpaqlarının
zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləş-
dirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaq-
larına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbay-
can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevril-
di» (9).
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasına qədər, təqribən 70 illik bir zaman kəsimində
isə azərbaycanlıların soyqırımı haqqında həqiqət yalnız
siyasi mühacirlərimizin elmi, bədii və publisistik əsərlə-
rində əksini tapırdı. M.Ə. Rəsulzadənin «Azərbaycan
Cümhuriyyəti», «Kafkasya türkləri», «Azərbaycanda
rus koloni siyasəti» M.B. Məhəmmədzadənin «Otuz bir
mart!..», «Milli Azərbaycan hərəkatı», «Bakı qətliamı-
nın 20-ci ildönümü», H. Münşinin «31 Mart!..»,
Ə. Yurdsevərin «Azərbaycan istiqlal savaşından səhnə-
lər», H. Baykaranın «Azərbaycan istiqlal mücadiləsi ta-
rixi», M. Altunbayın «Hürriyyətə uçan türk» əsərləri,
Azərbaycan mühacirət nəsri
63
A. İldırımın, M. Zəyəmin, T. Atəşlinin, Ə. Volkanın şe-
irləri buna misal ola bilər.
Azərbaycan siyasi mühacirətinin müxtəlif dövrlərdə
nəşr etdiyi «Yeni Kafkasya», «Azəri türk», «Odlu
yurd», «Bildiriş», «İstiqlal», «Qurtuluş», «Azərbaycan»,
«Mücahid» və s. dərgi və qəzetlərdə ənənəvi olaraq il-
dönümü qeyd olunan tarixi hadisələrin sırasında 31 mart
1918-ci il Bakı qətliamı da özünə yer almışdır. Lakin
siyasi mühacirətimizin istər elmi, istərsə də bədii-publi-
sistik irsində azərbaycanlıların soyqırımı ilə bağlı əsər-
lərə müraciətimizin səbəbi nə onların say etibarilə çox-
luğu, nə də həcm mülahizələridir. Bu marağı şərtləndi-
rən başlıca amil mühacir yazarların irsində azərbaycan-
lıların soyqırımı məsələsinə konseptual baxışın mövcud-
luğudur, problemin qoyuluş tərzidir. Belə ki, onlar soy-
qırımını müntəzəm olaraq müxtəlif üsullarla həyata ke-
çirilən qəddar bir siyasət kimi qavramış, rus müstəmlə-
kəçiliyinin əsas təzahür formalarından biri kimi təqdim
etmişlər. Mühacir müəlliflərin irsində azərbaycanlıların
soyqırımı bir günün, bir ayın, bir ilin hadisəsi, faktı de-
yildir. Bu siyasət 1918-ci ilin 31 martından əvvəlki 100
ildə də, sonrakı 70 ildə də davamlı olaraq yürüdülmüş-
dür. Ən başlıcası isə odur ki, adi qətldən fərqli olaraq,
soyqırımı həm də səssiz qətldir, yəni etnosun yaşam
imkanlarının məhdudlaşdırılması, yaşayış üçün dözül-
məz coğrafi, ekoloji, iqtisadi, sosial, siyasi və digər şərt-
lərin düşünülmüş surətdə, şüurlu şəkildə bərqərar edil-
məsidir. Məhz ekoloji cəhətdən ziyanlı istehsalatların
kompakt yerləşdirilməsi – bu sonuncu metod soyqırımın
birbaşa qətllər yolu ilə həyata keçirilməsini ehtiva edən
Nikpur Cabbarlı
64
metoddan daha təhlükəli, daha məkrlidir. Doğrudur,
mühacir yazarların irsində biz soyqırımı (genosid)
termininə rast gəlmirik. Lakin soyqırımı siyasətini və
cinayətini səciyyələndirən bütün şərtlər burada öz əksini
tapır. 1929-cu ildə İstanbulda nəşr olunan «Odlu yurd»
dərgisində çap etdirdiyi «Otuz bir mart!..» məqaləsində
M.B.Məhəmmədzadə 1918-ci ilin martında törədilmiş
qanlı hadisələrin, qətliamın məqsədini bircə cümlə ilə
olduqca sərrast açıqlayır: «Azəri milli mövcudiyyətini
tamamilə aradan qaldırmaq» (75, s. 59).
Göründüyü kimi, mühacirət irsində 1918-ci ilin
mart hadisələri sovet tarixşünaslığından fərqli olaraq,
sinfi mübarizə zəminində baş verən münaqişə kimi de-
yil, milli zəmində törədilmiş qanlı cinayət – soyqırımı
kimi qiymətləndirilir.
Bakı qətliamının 20-ci ildönümü münasibətilə
1938-ci ildə Berlində nəşr olunan «Qurtuluş» dərgisində
çap etdirdiyi başqa bir məqaləsində isə Mirzə Bala şəx-
sən şahidi olduğu o dəhşətli səhnələri xatırlayaraq yazır:
«Üç gün, üç gecə davam edən bu qətliam əsnasında Ba-
kı havadan, qurudan və dənizdən bombardman edildi.
Məktəblər, mətbəələr, teatrlar, kitabxanalar, məscidlər,
xeyriyyə müəssisələri atəşə verildi. Müəllim, mühərrir,
ədib, şair, doktor, avukat, mühəndis kibi münəvvər
zümrə ev-ev aranıb kurşuna düzüldü. Südəmər çocuqlar
divara suvandı. Hamilə qadınların qarnı yırtıldı. Üç gün
əsnasında silahsız və günahsız 14.000 türk şəhid edildi»
(77, s. 12-13).
1918-ci il mart hadisələrinin mahiyyətini soyqırımı
kimi açıqlaması baxımından Hilal Münşinin də yazdıq-
Dostları ilə paylaş: |