Azərbaycan mühacirət nəsri
43
məsi (referendum) yolu ilə qəbul edilmiş ilk milli Kons-
titusiyamızda da təsbit edilmişdir.
Xalqımızın qədim tarixindən, zəngin mədəniyyətin-
dən qaynaqlanan azərbaycançılıq ideologiyası müasir
dövlətçiliyimizin ideologiyasına çevrilmiş və hazırda
bütün dünyadakı soydaşlarımızı birləşdirən dəyərlər
sistemidir. Yetmiş illik sovet müstəmləkəçiliyi dövrün-
də isə bu məfkurənin yaşadılmasında siyasi ideyaları bə-
dii obrazlara çevirən ədəbiyyatımızın, xüsusilə mühaci-
rət ədəbiyyatımızın əvəzsiz rolu olmuşdur. Belə ki, mə-
lum səbəblərdən milli məfkurəyə heç də həmişə sadiq
qala bilməyən sovet dövrü ədəbiyyatımızdan fərqli ola-
raq, mühacirət ədəbiyyatımız büsbütün azərbaycançılıq
ideologiyasına söykənir, onun dəyərlərini poetik tərən-
nümün, epik təsvirin, dramatik dərkin, ədəbi-tənqidi ba-
xışların predmetinə çevirirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, «1914-cü il
sərhədləri daxilində vahid və bölünməz Rusiya» şüarı
ilə çıxış edən, bolşevik əsarətində olan digər millətlərin
istiqlal haqlarını tanımayan rus siyasi mühacirətindən və
velikorus şovinizmindən qaynaqlanan bu şüarı bir sıra
hallarda dəstəkləyən rus mühacirət ədəbiyyatından fərq-
li olaraq, Azərbaycan mühacirət ədəbiyyatı (eləcə də si-
yasi mühacirəti) bütün insanların hürriyyət, bütün mil-
lətlərin istiqlal haqlarını tanıyır və müdafiə edirdi.
M.Ə. Rəsulzadənin: «İnsanlara hürriyyət, millətlərə is-
tiqlal» kəlamı bütövlükdə mühacirət ədəbiyyatımızın
ideya-siyasi yönünü müəyyən edirdi.
Bolşevik rejiminə qarşı barışmaz mücadilə yürüdən
Azərbaycan mühacirət ədəbiyyatı eyni zamanda Vətən
Nikpur Cabbarlı
44
həsrətini, qürbət həyatının ağrı-acılarını da ifadə edirdi.
Bu məqam mühacirət poeziyamızda xüsusilə qabarıq
nəzərə çarpırdı. Lakin mühacirət ədəbiyyatındakı nostal-
giyanın folklorumuzda və klassik ədəbiyyatımızda ifa-
dəsini tapan nostalji hisslərlə müqayisədə daha dərin
mənəvi-psixoloji kökləri, başlıcası isə siyasi motivləri
var idi. Bu, ilk növbədə Azərbaycanın itirilmiş istiqla-
liyyətinin, müvəqqəti olaraq endirilmiş üçrəngli, ay-ul-
duzlu bayrağının nostalgiyası idi.
Prof. Y.B. Borevin mühacirət ədəbiyyatlarının uni-
versal xüsusiyyətləri sırasına aid etdiyi ikidillilik, həm-
çinin bir dilin digər dillə zənginləşdirilməsi Azərbaycan
mühacirət ədəbiyyatı üçün də səciyyəvidir. Belə ki, mü-
hacirət ədəbiyyatımız mütləq əksəriyyət etibarilə Azər-
baycan və türk (Türkiyə türkcəsi) dillərində yaranmış-
dır. Bir sıra əsərlər isə sanki bu
iki dilin leksik və sintak-
tik imkanlarını ehtiva edən qarışıq bir dildə qələmə alın-
mışdır. Mühacirət ədəbiyyatımızın dili ilə bağlı bu və
digər məsələlər dilçilik elminin tədqiqat sahəsinə aid ol-
duğundan biz onların üzərində dayanmırıq. Təbii ki, bu
məsələlər hərtərəfli araşdırma tələb edir və zənnimizcə,
çağdaş dilçiliyimizin həmin problemə diqqət yetirməsi
həm ədəbi dil tariximiz, həm də mühacirətşünaslığımız
üçün əhəmiyyətli olardı.
Mühacirət irsində, az da olsa, fransız, alman, rus
dillərində də ədəbi-elmi və publisistik örnəklərə rast gə-
lirik ki, bunlar da, əsasən, «Azərbaycan davası»nı Avro-
pa ölkələrində, habelə Rusiya məhkumu millətlərin
«Prometey» cəbhəsi daxilində aktuallaşdırmaq məqsədi
daşıyan əsərlərdir. Onu da qeyd edək ki, rus və Avropa