Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
94
Mədəniyyətlərarası dialoq və dialoq mədəniyyəti
Öz daxilində qarşılıqlı anlaşma və tolerantlığı təmin edə bilməyən hər
hansı bir ölkə başqa ölkələr və xalqlarla da səmərəli dialoq və xoş münasi-
bət qura bilməz.
Bir xalqın, ölkənin mədəniyyətinin digər mədəniyyətlərlə əlaqələndi-
rilməsi o zaman asan olur ki, belə bir uyğunlaşma, uzlaşma və qarşılıqlı zən-
ginləşmə təcrübəsi həmin mədəniyyətə immanent olsun, yəni o artıq öz da-
xilində belə bir təcrübəni mənimsəmiş olsun. Azərbaycan mədəniyyəti məhz
bu baxımdan da əlamətdardır. Neçə əsrlər ərzində dini və etnik-milli müxtə-
lifliyin ənənəvi tolerantlıq şəraitində inkişafı və eyni zamanda qarşılıqlı zən-
ginləşmə və inteqrasiya təcrübəsi bütöv Azərbaycan mədəniyyətinin forma-
laşmasına gətirib çıxarmışdır. İndi bu bütöv mədəniyyət bir tərəf kimi başqa
xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqəyə girərkən həmin ənənənin və təc-
rübənin böyük əhəmiyyəti vardır.
Adətən fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsindən, dialoqundan söh-
bət gedir. Müxtəlif xalqların, millətlərin maraq dairələri kəsişən yerdə mə-
dəniyyətlər də kəsişir və burada müəyyən bir interferensiya hadisəsi baş ve-
rir. Yəni uzlaşan, uyğun gələn mədəni dəyərlər toplanır, artır, yeni inkişaf
impulsu əldə edir. Uzlaşmayan, bir-birini təkzib edən dəyərlər arasında isə
rəqabət, mübarizə, bəzən hətta münaqişə baş verir. Optikadan məlum oldu-
ğu kimi, iki işıq şüasının görüşü və ya toplanması zamanı koherent dalğalar
bir-birini gücləndirir. Lakin bu şərt ödənmədikdə, dalğalar bir-birini söndü-
rür və qaranlıq fasilələr yaranır. Bu bənzətmənin təfərrüatına getmədən bircə
onu vurğulamaq istərdik ki, ictimai hadisələr də çox vaxt təbii proseslərlə
eyni qanunauyğunluq üzrə həyata keçir.
Yəni biz istənilən iki mədəniyyətin toplanmasını kor-koranə surətdə
müsbət hadisə kimi dəyərləndirə bilmərik. Hər şey bu “toplanmanın” necə
aparılmasından asılıdır. Bir böyük və ya daha zəngin mədəniyyət başqasını
ehtiva etmək, udmaq istəyində də ola bilər. Yəni nisbətən aşağı səviyyəli
mədəni mühit daha çox inkişaf etmiş mədəni mühitlə müntəzəm təmasa gi-
rirsə, kiçiyin böyükdə “itməsi”, əslində isə ehtiva olunması baş verə bilər.
Lakin hər şey elə bundan asılıdır ki, biz mədəniyyətlərin səviyyəyə görə,
vertikal boyunca qradasiyasını qəbul edirikmi?
Sosial fəlsəfə
95
Əslində vertikal boyunca fərqlər sivilizasiyaya aiddir. Çünki müxtəlif
xalqlar eyni bir sivilizasiyanın müxtəlif mərhələlərində olduqlarına görə
fərqlənirlər. Mədəniyyətlər isə kiçik və ya böyüklüyündən asılı olmadan hər
bir xalqın milli xüsusiyyətlərini də ehtiva edir. Təbii coğrafi və mədəni-mə-
nəvi özəllik əsrlər boyu qorunub saxlanır və öz məxsusi inkişaf yolunu ke-
çirlər. Burada əlbəttə, milli mədəniyyətlərin sivilizasiyanın təsirinə məruz
qalması qaçılmazdır. Zehniyyətdə intellektual komponentin payının artması,
rasionallaşma prosesi müxtəlif xalqların yaxınlaşmasına səbəb olur. Özəllik-
lər azalır, ümumi cəhətlər artır. Lakin hər bir xalq “öz kökü üzərində bit-
məkdə” davam etməyə çalışır. Bununla belə, zaman keçdikcə həyat tərzi və
düşüncə tərzi dəyişdiyindən əvvəlki nəsillərin dəyərlər sistemi də təsirlərə
məruz qalır. Mübarizə əslində mədəniyyətlər arasında deyil, mədəniyyətlər-
lə sivilizasiya arasında gedir.
A.Toynbinin və S.Hantinqtonun irəli sürdüyü “sivilizasiyaların toq-
quşması” ideyasından fərqli olaraq, mən vahid sivilizasiya ideyasının tərəf-
darıyam.
Dövlətlər arasında siyasi münasibətlər qurulması hələ azdır. Bu müna-
sibətlərin ancaq formal bəyanat olmayıb, real təməllərə əsaslanması isə siya-
si müstəvidəki razılaşmaları şərtləndirən iqtisadi və mədəni-mənəvi amillər-
dir. Dayanıqlı tərəfdaşlıq yalnız onların uzlaşdırılması sayəsində mümkün
olur. Dövlət rəhbərinin yeritdiyi siyasət sonrakı mərhələdə ictimai fikir və
mədəni yaxınlaşma şəklində davam etdirilməlidir. Bunun üçün isə millətlər
həm müstəqim, həm də məcazi mənada bir-birinin dilini öyrənməlidirlər.
Xalqlar arasında dil baryeri olduğu kimi, mədəni müxtəliflikdən irəli
gələn uyğunsuzluq, yaxud da dözümsüzlük halları da ola bilər. Tolerantlıq
bir prinsip kimi məhz bu hala reaksiya kimi yaranmışdır. Lakin dövlətin
hansı isə bir prinsipi bəyan etməsi bir şeydir, onun ictimai reallıqda təsbit
olunması başqa şeydir. Məhz buna görə də mədəniyyətlərarası dialoq bir si-
yasi akt olmaqdan daha çox, ziyalılar, elm və mədəniyyət xadimləri arasında
əməkdaşlıqdır. Bir milli sənətin başqa xalqların da ürəyinə yol tapması tək
mədəniyyətləri deyil, xalqları da yaxınlaşdırır və bu nailiyyətlər dövlət siya-
sətinə də təsir edir. Eləcə də elm və fəlsəfə sahəsində bir millətin nümayən-
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
96
dəsinin ümumbəşəri elmi axtarışlara qoşulması və öz payını verməsi xalqla-
rın qarşılıqlı anlaşması və simpatiyasını təmin edən şərtlər sırasındadır. Bu
çox mühüm bir məqamdır. Belə ki, iki fərqli mədəni hadisənin tərəf-mü-
qabil kimi görüşü və qarşılıqlı anlaşmasından fərqli olaraq, burada eyni bir
məqsəd uğrunda çalışmaq, eyni bir işi görmək baxımından tərəflər birləşir
və bu proses tolerantlıq deyil, doğmalıq duyğusu ilə müşayiət olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, mədəniyyətlər üfüqi müstəvidə –
yan-yana olduğu halda, sivilizasiya vahiddir və müxtəlif xalqların sivilizasi-
ya fərqləri vertikal boyunca tutduqları yerə görə, dərəcə, qradasiya göstərici-
sinə görə seçilir. Bir xalq başqasına fərqli mədəniyyətinə görə yuxarıdan
aşağı baxa bilməz. Amma kim isə sivilizasiya oxunda aşağıdadırsa, ona baş-
qa cür baxmaq mümkün deyil. Çünki o, zatən aşağıdadır.
Xoş məramlı bir ideya dövrə vurub yenə də ilk təməllərə qayıdır.
Amma bu dəfə sadəcə sözlə deyil, həm də işlə!
Dialoqun baş tutması üçün tərəflər hər biri öz mövqeyini dəqiq müəy-
yənləşdirməli, özünü dərk etməlidir. Bunun üçün isə ilk növbədə, “qarışıq
mədəniyyət” sindromundan xilas olmaq lazımdır. Yəni, hər kəsin öz siması,
öz obrazı və təmsil etdiyi, müdafiə etdiyi özəl dəyərlər sistemi olmalıdır.
Dialoq heç də təqlid və ya təslimçilik kimi başa düşülməməlidir. Qarşı
tərəflə optimal iş birliyi qura bilmək üçün öncə onu öyrənmək, mənimsə-
mək, hansı dəyərləri təmsil etdiyini bilmək lazımdır. Biz onlardan nə götürə
bilərik və onlara nə təklif edə bilərik? Mədəniyyətlərin təqdimatında və öl-
çülüb-biçilmiş mübadiləsində prioritetlər düzgün müəyyənləşdirilməlidir.
II Dünya müharibəsindən sonra beynəlxalq hüquq, insan haqları amili-
nin önə çəkilməsi son illərdə beynəlxalq humanitar siyasətin güclənməsi ilə
yeni məcraya keçir. Ölkədaxili problemlər “daxili” olmaqdan kənara çıxır
və beynəlxalq qurumların və ictimaiyyətin rəyi getdikcə daha böyük rol oy-
nayır. Humanitar intervensiya siyasəti Şərq ölkələrində böyük narazılıqlara
səbəb olmuş və hələ də yekunlaşa bilməyən iğtişaşlar davam etməkdədir.
Belə bir şəraitdə amerikan politoloqu J.Nayın irəli sürdüyü “yumşaq güc”
siyasəti getdikcə daha çox yayılır. Qədim Çin müdrikliyinin (Lao Tszı təli-
mi) XXI əsrdə yenidən aktuallaşması da təsadüfi bir şey olmayıb, zamanın
Dostları ilə paylaş: |