______________Milli Kitabxana_____________
401
kiçik Plini, satiriklər Yuvenal (60-127), Petroni (?- 66), Lukian
(120-190), Vergili (e.ə. 90-19), Horasi (e.ə. 65- b.e. 8), Ovidi (e.ə.
43-b.e. 18) kimi yazıçı və şairlər Roma mədəniyyətinə dünya
şöhrəti gətirmişlər. Bu dövrdə Roma tarixşünaslığı özünün
zirvəsinə çatmışdır. Tit Livi (e.ə. 59-b.e. 17), Böyük Plini (23/24-
79), İosif Flavi (37-100), Publi Korneli Tasit (58-117) və s. həmin
dövrün tarixçiləridir. I-II əsrlərdə iki məşhur tikili - antik
dünyanın ən böyük amfiteatrı Kolizey və bütün allahların şərəfinə
Panteon tikilmişdir. Roma təsviri sənətinin gözəl nümunələri 79-
cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında
qalmış Pompey, Herkulanum və Stabya şəhərlərində
saxlanılmışdır.
395-ci ildə Roma imperiyası paytaxtı Konstantinopol
olmaqla Şərqi və Qərbi Roma imperiyasına bölündü. Bu dövr də
xristianlıq bütün Roma imperiyasına yayılmağa başlamışdı.
Əvvəllər xristianlar təqib olunsalar da sonralar həmin ərazilərdə
xristianlıq hakimi mütləq dinə çevrildi. Antik dövrün sonunda
xristian ədəbiyyatı yayılmağa başladı. Bu dövrdə Avzani və
Klavdian (375-404) kimi yazıçılar və tarixçi Ammian Marselin
(330-400) yaşasalar da, onların xristianlıqla heç bir əlaqəsi
olmamışdır. Xristian təlimi hər iki imperiyada geniş yayılmışdı.
Qərbi Roma imperiyası 476-cı ilə qədər Şərqi Roma imperiyası
isə 1453-cü ilə qədər mövcud olmuşdur.
______________Milli Kitabxana_____________
402
QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT
XADİMLƏRİ
E.ə.
253-184
Dramaturq Tit Maksi Plavt
190-159
Dramaturq Publi Terensi Afra
239-169
Şair, tarixçi Enni
234-149
Tarixçi, yazar, aqronom Mark Porsi Katon
180-100
Şair Qay Lusili
116-27
Ensiklopedist alim Terensi Varron
106-23
Hüquqşünas, natiq, yazar Mark Tulli Siseron
87-54
Şair Qay Valeri Katul
98-54
Filosof, şair Tit Lukresi Kar
86-35
Tarixçi, yazar Qay Salyusti Krips
70-19
Şair Publi Vegili Maron
65-8
Şair Kvint Horasi Flakk
E.ə. 59- b.e. 17
Tarixçi Tit Livi
E.ə. 65-b.e. 25
Coğrafiyaşünas Strabon
E.ə. 43-b.e.17
Şair Publi Ovidi Nazon
B.e.
23-79
Ensiklopedist alim Böyük Plini Sekund
37-90
Tarixçi İosif Flavi
39-65
Şair Anney Lukan
42-102
Şair Mark Valeri Marsial
46-126
Tarixçi, yazar Plutarx
54-120
Tarixçi Korneli Tasit
?-70
Tarixçi Appian
62-114
Yazar Kiçik Plini
70-160
Tarixçi Qay Svetoni Trankvil
90-160
Astronom Klavdi Ptolemey
120-180
Satirik şair Lukian
125-180
Yazar Apuley
129-200
Təbib Qalen
155-235
Tarixçi Dion Kassi
263-340
Xristian tarixçisi Yevsevi
314-393
Natiq Libani
330-400
Tarixçi Ammian Marselin
354-430
Xristian yazarı Avqustin
Xristianliğin meydana gəlməsi. Qədim Romada
məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar, kəndlilər
“dəmir legionları” məğlubedilməz, imperiyanı isə sarsılmaz hesab
edirdilər. Onlar köhnə allahlara inanmır, azadlıq gətirəcək,
______________Milli Kitabxana_____________
403
zülmkarları cəzalandıracaq allahı səbirsizliklə gözləyirdilər. I
əsrdə Fələstində Romanın ağalığına və yerli yəhudi əyanlarına
qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda
“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə Fələstində
İsa haqqında əfsanə yarandı. Deyilənə görə İsa eramızın birinci ili
ərəfəsində Fələstində Nəsirə qəsəbəsində anadan olmuşdur. Anası
yəhudi qızı Məryəm idi. Xristianlar onun atasının allah olduğuna
inanırlar. İsa otuz yaşına çatanda yeni bir din yaradır. Yunanlar
onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini
xristianlıq adlandırdılar. Sağlığında ona iman gətirmiş 12 nəfər
şagirdi İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya)
deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı
insanları yer üzündə zülmdən xilas etmək üçün göndəribmiş, lakin
yəhudilər romalılara İsanın yeni bir din yaratdığını və yeni bir
dövlət yaradacağını xəbər verirlər. Romalılar İsanı çarmıxa çəkib
edam etmişdilər. İsa üç gündən sonra dirilib göylərə çəkilmişdir.
Bütün əzablara dözmüş İsa vəd edir ki, yer üzünə qayıdacaq,
insanları əməlinə görə mühakimə edəcək. Yer üzündə əzab-
əziyyətə dözən, İsanı allah kimi qəbul edən axirətdə
mükafatlandırılacaq, cənnətdə əbədi xoşbəxt olacaq. Onu inkar
edən cəhənnəmdə əbədi əzab-əziyyətə məhkum olacaq. İsa
haqqındakı bu rəvayət ölən və dirilən allahlar haqqında olan
əfsanəyə bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə İsa haqqında
əfsanələr yazıldı və bunların hamısı yoxsulların səbirsizliklə
gözlədikləri xoş xəbərlər idi. Əvvəlcə qullar və yoxsullar İsa
haqqında əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma
imperiyasına yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət
göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox ayinlər
mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa
başladığı 25 dekabr İsanın anadan olduğu gün kimi qeyd edir.
İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram
edirlər. Xristianlar allahın yeri altı günə yaratması, insanı
palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də qəbul
etmişlər. Xristianlar gizli zirzəmilərdə və köhnə daş
karxanalarında yığıncaqlar keçirir, ibadət edirdilər.
Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül