______________Milli Kitabxana_____________
389
ağsaqqallar şurası rəhbərlik edirdi. Senatın tərkibi boy
başçılarından formalaşırdı. İcmada 300 boy mövcud olduğundan
erkən senat 300 üzvdən ibarət idi. Senatın üzvləri senator
adlanırdı. Romanı padşah və senat idarə edirdi. E.ə. VI əsrin
başlanğıcında Romada dövlət yarandı. Romalılar qonşuluqda olan
şəhərləri tutur, əhalisini Romaya köçürürdülər. Romadakı təpələr
arasında olan təpələr qurudulmuş və forum deyilən bazar
yaradılmışdı. Romanın sonuncu padşahı Məğrur Tarkvin çox
qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovmuş və
padşah hakimiyyətinə son qoymuşdular. Bundan sonra hər il xalq
yığıncağı patrisilər sırasından iki konsul və onların köməkçilərini
seçir, onlar isə bir il Romanı idarə edirdilər. Konsullar bütün
məsələlərdə senatla məsləhətləşirdilər. Romada seçkili üsul-
idarəni patrisilər latınca “res publika”, yəni “ümumi iş”
adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar
tərəfindən idarə olunan dövlət deməkdir. Konsullar Romanı idarə
edir, məhkəmə işlərinə baxır, müharibə vaxtı orduya komandanlıq
edirdilər.
Plebeylərin seçkili vəzifə tutmaq hüququ da yox idi.
Plebeylər patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III
əsrlərdə mübarizə aparırdılar. E.ə. V əsrin əvvəllərində plebeylər
onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail
oldular. Tribun senatın nə konsulun plebeylərin mənafeyinə zidd
olan istənilən qərarını ləğv edə bilərdi. Onun “veto”, yəni
“qadağan edirəm” deməsi kifayət idi. Vəzifəsinin icrası
müddətində tribun toxunulmazlıq hüququna malik idi. E.ə. 451-ci
ildə plebeylər mövcud qanunvericiliyin “Qanunlar toplusu”
şəklində qeydiyyatına nail oldular. E.ə. 449-cu ildə qanunlar
toplusu həkk olunmuş 12 mis lövhə Forum meydanında qoyuldu.
E.ə. 326-cı ildə plebeylər borca görə borclunun kölə kimi
satılması qanununun ləğv edilməsinə nail oldular. Plebsin ticarət-
sənətkar dairələrinin mənafeyi üçün 312-ci ildə senzor olmuş
Appi Klavdinin fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi. O, torpaq
mülkiyyəti olmayan plebeylərə şəhər və kənd tribalarında
qeydiyyata düşmək, yəni vətəndaş hüququ almaq imkanı yaratdı.
Appi Klavdi Romadan Kapuya şəhərinə qədər uzanan, ticari və
______________Milli Kitabxana_____________
390
hərbi əhəmiyyət kəsb edən yol saldı. E.ə. III əsrin əvvəllərində
plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar seçkili
vəzifə tutmaq, icma torpaqlarından bəhrələnmək ixtiyarı
qazandılar. Hər bir Roma vətəndaşı dövlət vəzifəsinə seçilə
bilərdi, lakin respublika vəzifəyə görə məvacib vermirdi, odur ki,
seçkili vəzifələrə yalnız varlılar irəli sürülürdü. Romanın vəzifəli
şəxsləri magistrat adlanırdı. Bir illik müddətə seçilən iki konsul və
pretorlar, 5 ildə bir dəfə 1.5 illik müddətə seçilən iki senzor, xalq
tribunları ali, kvestor və edillər kiçik magistratlar sayılırdı.
E.ə. II-I əsrlərdə Romada quldarlığın inkişafı. Romalılar
əmək alətlərini canlı və cansız alətlərə, canlı alətləri isə danışan və
danışmayan alətlərə bölürdülər. Danışan alətlər dedikdə qullar
nəzərdə tutulurdu.
Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma
quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və
üzümlüklər salır, mal-qara sürüləri saxlayırdılar. Roma
imperiyasının hər yerində qul bazarı var idi. Qullardan təsərrüfatın
bütün sahələrində, tikintidə, ev işlərində, gəmiçilikdə istifadə
edilirdi. Roma aristokratları icma torpaqlarını ələ keçirir,
kəndlilərin torpaqlarını satın alırdılar.
Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana-
məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa
məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Romada
qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə
oxşar amfiteatr tikilirdi. Amfiteatrın mərkəzi olan meydança arena
adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi
tamaşaçılardan asılı idi. Onlar əllərinin baş barmaqlarını aşağı
salanda məğlub qladiator öldürülməli idi. Baş barmaqlar yuxarıya
tuşlananda isə qladiatora rəhm edilirdi.
Qədim Romada çox qul var idi. Qədim dünyanın heç bir
ölkəsində bu qədər qul yox idi. E.ə. II əsrdə Roma əyalətlərində
qulların üsyanı baş verdi. Siciliyada baş vermiş üsyan 6 il davam
etdi. Quldarlar üsyanı zorla yatırdılar. Romanın apardığı
müharibələr ölkəyə qul axınını çoxaltdı Kəndli əməyi ucuz qul
əməyi tərəfindən sıxışdırılırdı. Varlı quldarlar var-yoxdan çıxmış
kəndlilərin torpaqlarını dəyər-dəyməzinə satın alırdılar. Kəndlilər
______________Milli Kitabxana_____________
391
şəhərlərə, ilk növbədə Romaya axışır, iş tapmırdılar. İşsiz, evsiz-
eşiksiz qalanların sayı artırdı.
Roma imperiyası. Romadan min kilometrlərlə uzaqlıqda
gedən müharibələrə hər il seçilən konsullar başçılıq edə bilmir,
komandanlıq təcrübəli hərbi rəislərə tapşırıldı. Bu da Romada
sərkərdələrin nüfuzunun artmasına səbəb olurdu. Quldarlar belə
hesab edirdilər ki, senat və konsullara nisbətən hərbi sərkərdələr
yoxsul və qulların müqavimətini daha yaxşı qırar və itaətdə
saxlaya bilər. E.ə. I əsrdə Korneli Sullanın diktaturası da
respublika üsul-idarəsinə ağır zərbə vurmuşdu. Marinin muzdlu
könüllülərdən təşkil etdiyi qoşun Romada hakimiyyəti ələ
keçirmək üçün istənilən hərbi liderin əlində alətə çevrilə bilərdi.
Pompey və Krass təkhakimiyyətlik uğrunda mübarizədən
çəkinməyən belə sərkərdələr idilər.
Romada quldarlıq təsərrüfatının tənəzzülü. I-II əsrlərdə ən
qüdrətli zirvəsinə çatan Roma imperiyasında II-III əsrlərdən
başlayaraq quldarlıq quruluşunda tənəzzül başlandı. Qul əməyi
getdikcə əhəmiyyətini itirirdi, nəzarətsiz qul yaxşı işləmirdi.
Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara ancaq
yemək verilir, paltar alırdılar. Qullara nəzarətçilər, keşikçilər,
quldarların özləri nəzarət edirdilər. Quldarlıq təsərrüfatının
inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira
edildi, gavahınlı mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin
aləti, bağlarda işləmək üçün biçin aləti ixtira edilmişdi. Lakin bu
alətləri qullara etibar etmirdilər. Onlara yenə sadə kobud alətlər
verirdilər, bu alətləri sındırmaq çətin idi. Qulların marağı
olmadığına görə torpaqlar tez gücdən düşür və məhsul vermirdi.
Quldarlar da başa düşürdülər ki, artıq qul əməyi daha sərfəli
deyil. Buna görə də bəzi quldarlar qullara kiçik torpaq sahələri,
əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə
qurmağa icazə verirdilər. Bu qullar əldə etdikləri məhsulun bir
hissəsini quldara verirdilər. Belə qullara “daxmalı qullar”
deyirdilər.
İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad
kəndlilərə icarəyə verirdilər. Romada belə xırda icarədarları
kolonlar adlandırdılar. Kolonlar öz əməklərinin nəticəsində
Dostları ilə paylaş: |