______________Milli Kitabxana_____________
395
qövs şəklində örtüyə deyilir. Tağdan Zəfər tağlarında, körpü, bina,
su kəməri tikintisində geniş istifadə olunurdu.
Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə
çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan
və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir.
Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi.
Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini
çıxarır və yenilərini yaradırdılar. Onlar Olimp allahlarına sitayiş
edir, amma onların adlarını dəyişirdilər. Məsələn, Zevsi Yupiter,
dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkan adlandırırdılar.
Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E ə I əsr və
eramızın I əsri Roma poeziyasının “qızıl dövrü” adlanırdı.
İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı
Mesenat şairlərə qayğı göstərirdi. Onun evi şairlərin üzünə açıq
idi, onlardan səxavətini əsirgəmirdi. Sonralar “mesenat” sözü varlı
incəsənət himayəçisi mənasında işləndi.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi Onun 12
cilddən ibarət olan “Eneida” poeması Troyanın müdafiəçisi, ilahə
oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən
bəhs edir. Eney yanan Troya şəhərindən qoça atasını çıxarır, bir
müddətdən sonra İtaliyaya-Romaya gəlir və burada məskən salır.
Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir.
Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını
qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında
Romaya dinclik gətirəcək Avqustun təntənəsini görür. Vergili
poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bunun üçün
qədim əfsanələrdən məharətlə istifadə etmişdi.
E.ə. I əsrdə yaşamış Tit Lukresi Kar “Əşyaların təbiəti
haqqında” fəlsəfi poemasını şerlə yazmışdı. Görkəmli şair və alim
olan Lukresi bu əsərində insanın və təbiətin tarixi haqqında o
dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət
atomlardan ibarətdir. O, insanların həyatını və təbiət hadisələri
qarşısında onların acizliyini canlı təsvir etmişdi. O, bu qənaətə
gəlmişdi ki, insanın təbiət hadisələri qarşısında acizliyi dinin
meydana gəlməsi ilə nəticələnmişdir. Onun dediyinə görə,
əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti
______________Milli Kitabxana_____________
396
sahəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına
əldə etmişdir.
Romada əsas yazı materialı papirus idi. Kitabların çoxu lülə
şəklində bükülü olub mücrülərdə saxlanırdı. Romalılar
perqamentdən müasir şəkildə kitablar buraxırdılar, dəridən üzlük
çəkirdilər. Kitabların üzü köçürülürdü. Bir nəfər diktə edir, onlarla
qul kitabın üzünü köçürürdü, bu yolla kitablar çoxaldılırdı. Qədim
Romada bədii əsərlər, tarixə, coğrafiyaya, kənd təsərrüfatına,
incəsənətə, memarlığa və s. aid kitablar buraxılırdı. Romanın ən
məşhur natiqi Siseron idi. O, gözəl nitq söyləməklə yanaşı, bir sıra
elmi əsərlər də yazmışdı.
Böyük Plininin yazdığı “Təbiət tarixi” əsəri 37 kitabdan
ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda
Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə,
kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərin
məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki
ölkələrin elmi bilikləri verilmişdir. Plini e.ə. 79-cu ildə baş vermiş
Vezuvi vulkanını öyrənmək üçün ona yaxınlaşmış və həlak
olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu
mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı.
İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar,
onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır,
yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası
əsasında tərtib edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili
uzun müddət elm dili olaraq qalmış, Avropanın bütün əhalisi bu
dildə oxuyub yazmışlar. Tibbdə indi də bu dil işlənir. Latın dili
italyan, fransız, rumın və digər xalqların dilləri üçün təməl
olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib
edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki
ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın,
avqust ayı imperator Avqustun şərəfinə adlandırılmışdır.
Yunanıstan mədəniyyəti Roma mədəniyyətinə böyük təsir
göstərmiş, romalılar Yunanıstanın məktəblərində oxuyur, onların
dilini öyrənirdilər. Roma şairi yazmışdı: “Əsir. alınmış
______________Milli Kitabxana_____________
397
Yunanıstan Romaya incəsənət gətirməklə vəhşi qalibləri əsir
etmişdi”. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir
sıra yeniliklər gətirmişlər. Yunan və Roma mədəniyyətini antik
mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət
dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün
dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
E.ə. IV əsrdə yaranan Ellin dövlətləri nisbətən çox ömür
sürməmişdir. Artıq e.ə. II-1 əsrlərdə onların əksəriyyəti Roma
tərəfindən işğal olundu. Bu zamandan başlayaraq antik
mədəniyyətin mərkəzi müasir İtaliya ərazisinə keçdi.
Appenin yarımadası ərazisində ən qədim sivilizasiya Etrusk
mədəniyyəti adı ilə tarixə düşmüşdür. E.ə. I minillikdə Orta və
Şimali
İtaliya
ərazisində etrusklar şəhər-dövlətlərinin
federasiyasını yaratmışlar. Onların şəhərləri üçün daş divarlar və
küçələrin düzgün planlaşdırılması səciyyəvi hal idi.
Arxeoloji qazıntılar etruskların çoxsaylı mədəniyyət
abidələrinin aşkar edilməsinə imkan vermişdir. Buraya divarları
yazılmış məqbərələr, sarkofaqlar, silahlar, zərgərlik şeyləri, ev-
məişət əşyaları, heykəltəraşlıq və s. daxildir. Realizm-yəni insan
cizgilərinin düzgün verilməsi səciyyəvidir. Etrusk təsiri
nəticəsində «Roma portreti» yaranmış, mükəmməlliyə çatmışdır.
Çoxlu yazılar tapılsa da hələ də etrusk yazıları oxunmamışdır.
Etruskların dinində heyvanların daxili orqanlarına, quşların
uçuşuna əsasən fala baxılması, təbiətin qeyri-adi hadisələrinə şərh
mühüm yer tutmuşdur. Etruskların allahlar panteonu yunanlarınkı
kimi olsa da, onlarda çoxlu xeyir və şər iblislərə etiqad mövcud
olmuşdur.
Etrusk mədəniyyətinə Böyük müstəmləkəçilik (VIII-VI
əsrlər) dövründə yunanların təsiri böyük olmuşdur. Etruskların
yunan mifologiyası və Homer eposlarının obrazlarını
mənimsəməsi faktı məlumdur. Öz növbəsində etruskların İtaliya
xalqlarına, xüsusilə romalılara təsiri böyük olmuşdur. Bu təsir
Qədim Romanın memarlığında, heykəltəraşlığında, dinində özünü
göstərmişdir. Roma tarixi ənənəyə görə e.ə. 753-cü ildən başlanır.
Çarlıq dövrü e.ə. VIII-VI əsrləri əhatə edir. Onun sonuna yaxın
Roma şəhər-dövlət kimi formalaşmağa başladı. Əfsanəyə görə
Dostları ilə paylaş: |