Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə105/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   111

______________Milli Kitabxana_____________ 

 395


qövs şəklində örtüyə deyilir. Tağdan Zəfər tağlarında, körpü, bina, 

su kəməri tikintisində geniş istifadə olunurdu. 

Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə 

çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan 

və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. 

Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. 

Onlar yunanların və  şərqdən gətirdikləri heykəllərin surətini 

çıxarır və yenilərini yaradırdılar. Onlar Olimp allahlarına sitayiş 

edir, amma onların adlarını  dəyişirdilər. Məsələn, Zevsi Yupiter, 

dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkan adlandırırdılar. 

Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E ə I əsr və 

eramızın I əsri Roma poeziyasının “qızıl dövrü” adlanırdı. 

İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı 

Mesenat  şairlərə qayğı göstərirdi. Onun evi şairlərin üzünə açıq 

idi, onlardan səxavətini əsirgəmirdi. Sonralar “mesenat” sözü varlı 

incəsənət himayəçisi mənasında işləndi. 

Roma  şairlərindən biri Vergili (e.ə. 70-19) idi Onun 12 

cilddən ibarət olan “Eneida” poeması Troyanın müdafiəçisi, ilahə 

oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən 

bəhs edir. Eney yanan Troya şəhərindən qoça atasını  çıxarır, bir 

müddətdən sonra İtaliyaya-Romaya gəlir və burada məskən salır. 

Eney atasının ruhu ilə görüşmək üçün yeraltı  səltənətə gedir. 

Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın  əsasını 

qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında 

Romaya dinclik gətirəcək Avqustun təntənəsini görür. Vergili 

poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bunun üçün 

qədim əfsanələrdən məharətlə istifadə etmişdi. 

E.ə. I əsrdə yaşamış Tit Lukresi Kar “Əşyaların təbiəti 

haqqında” fəlsəfi poemasını şerlə yazmışdı. Görkəmli şair və alim 

olan Lukresi bu əsərində insanın və  təbiətin tarixi haqqında o 

dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət 

atomlardan ibarətdir. O, insanların həyatını  və  təbiət hadisələri 

qarşısında onların acizliyini canlı  təsvir etmişdi. O, bu qənaətə 

gəlmişdi ki, insanın təbiət hadisələri qarşısında acizliyi dinin 

meydana gəlməsi ilə  nəticələnmişdir. Onun dediyinə görə

əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti 




______________Milli Kitabxana_____________ 

 396


sahəsində verilməmişdir, insan bütün bunları  zəhməti bahasına 

əldə etmişdir.  

Romada əsas yazı materialı papirus idi. Kitabların çoxu lülə 

şəklində bükülü olub mücrülərdə saxlanırdı. Romalılar 

perqamentdən müasir şəkildə kitablar buraxırdılar, dəridən üzlük 

çəkirdilər. Kitabların üzü köçürülürdü. Bir nəfər diktə edir, onlarla 

qul kitabın üzünü köçürürdü, bu yolla kitablar çoxaldılırdı. Qədim 

Romada bədii  əsərlər, tarixə, coğrafiyaya, kənd təsərrüfatına, 

incəsənətə, memarlığa və s. aid kitablar buraxılırdı. Romanın  ən 

məşhur natiqi Siseron idi. O, gözəl nitq söyləməklə yanaşı, bir sıra 

elmi əsərlər də yazmışdı. 

Böyük Plininin yazdığı “Təbiət tarixi” əsəri 37 kitabdan 

ibarətdir və dövrümüzə  qədər gəlib çatmışdır. Bu kitablarda 

Roma,  Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, 

kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış  əsərlərin 

məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki 

ölkələrin elmi bilikləri verilmişdir. Plini e.ə. 79-cu ildə baş vermiş 

Vezuvi vulkanını öyrənmək üçün ona yaxınlaşmış  və  həlak 

olmuşdur. 

Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu 

mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. 

İmperiyanın  əyalət  əyanları özlərini romalılara oxşadırdılar, 

onların dilini öyrənirdilər. Roma nümunəsində  şəhərlər salınır, 

yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası 

əsasında tərtib edilmiş latın  əlifbası geniş yayılmışdı. Latın dili 

uzun müddət elm dili olaraq qalmış, Avropanın bütün əhalisi bu 

dildə oxuyub yazmışlar. Tibbdə indi də bu dil işlənir. Latın dili 

italyan, fransız, rumın və digər xalqların dilləri üçün təməl 

olmuşdur. 

Yuli Sezarın tapşırığı ilə  İsgəndəriyyədə  təqvim tərtib 

edilmişdi. Bu təqvim indi də  bəzi dəyişikliklərlə  işlənir.  İndiki 

ayların adında latın adları qalmaqdadır.  İyul ayı Yuli Sezarın, 

avqust ayı imperator Avqustun şərəfinə adlandırılmışdır. 

Yunanıstan mədəniyyəti Roma mədəniyyətinə böyük təsir 

göstərmiş, romalılar Yunanıstanın məktəblərində oxuyur, onların 

dilini öyrənirdilər. Roma şairi yazmışdı: “Əsir. alınmış 




______________Milli Kitabxana_____________ 

 397


Yunanıstan Romaya incəsənət gətirməklə  vəhşi qalibləri  əsir 

etmişdi”. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir 

sıra yeniliklər gətirmişlər. Yunan və Roma mədəniyyətini antik 

mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət 

dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün 

dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.  

E.ə. IV əsrdə yaranan Ellin dövlətləri nisbətən çox ömür 

sürməmişdir. Artıq e.ə. II-1 əsrlərdə onların  əksəriyyəti Roma 

tərəfindən işğal olundu. Bu zamandan başlayaraq antik 

mədəniyyətin mərkəzi müasir İtaliya ərazisinə keçdi.  

Appenin yarımadası ərazisində ən qədim sivilizasiya Etrusk 

mədəniyyəti adı ilə tarixə düşmüşdür. E.ə. I minillikdə Orta və 

Şimali 

İtaliya 


ərazisində etrusklar şəhər-dövlətlərinin 

federasiyasını yaratmışlar. Onların şəhərləri üçün daş divarlar və 

küçələrin düzgün planlaşdırılması səciyyəvi hal idi. 

Arxeoloji qazıntılar etruskların çoxsaylı  mədəniyyət 

abidələrinin aşkar edilməsinə imkan vermişdir. Buraya divarları 

yazılmış  məqbərələr, sarkofaqlar, silahlar, zərgərlik  şeyləri, ev-

məişət  əşyaları, heykəltəraşlıq və s. daxildir. Realizm-yəni insan 

cizgilərinin düzgün verilməsi səciyyəvidir. Etrusk təsiri 

nəticəsində «Roma portreti» yaranmış, mükəmməlliyə çatmışdır. 

Çoxlu yazılar tapılsa da hələ  də etrusk yazıları oxunmamışdır. 

Etruskların dinində heyvanların daxili orqanlarına, quşların 

uçuşuna əsasən fala baxılması, təbiətin qeyri-adi hadisələrinə şərh 

mühüm yer tutmuşdur. Etruskların allahlar panteonu yunanlarınkı 

kimi olsa da, onlarda çoxlu xeyir və  şər iblislərə etiqad mövcud 

olmuşdur. 

Etrusk mədəniyyətinə Böyük müstəmləkəçilik (VIII-VI 

əsrlər) dövründə yunanların təsiri böyük olmuşdur. Etruskların 

yunan mifologiyası  və Homer eposlarının obrazlarını 

mənimsəməsi faktı  məlumdur. Öz növbəsində etruskların  İtaliya 

xalqlarına, xüsusilə romalılara təsiri böyük olmuşdur. Bu təsir 

Qədim Romanın memarlığında, heykəltəraşlığında, dinində özünü 

göstərmişdir. Roma tarixi ənənəyə görə e.ə. 753-cü ildən başlanır. 

Çarlıq dövrü e.ə. VIII-VI əsrləri  əhatə edir. Onun sonuna yaxın 

Roma  şəhər-dövlət kimi formalaşmağa başladı.  Əfsanəyə görə 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə