Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə104/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   111

______________Milli Kitabxana_____________ 

 392


maraqlı idilər. Qula nisbətən yaxşı  işləyirdilər. II-III əsrlərdə 

kolonlar qismən qulları əvəz etdilər, onların sayı sürətlə artdı. 

Lakin qul və kolonların vəziyyəti ağır olaraq qalırdı. 

Əyalətlərin  əhalisi üzərinə böyük vergilər qoyulmuşdu. Bu 

səbəbdən də imperiyada üsyanlar başlandı. Üsyanda qullar və 

kolonlar iştirak edirdilər. III əsrdə üsyan bütün Qalliyanı bürüdü. 

Üsyançıları “Baqaudlar”, yəni mübarizlər adlandırırdılar. Roma 

quldarları üsyanı qan içərisində yatırdılar. 

Romalılar və yunanlar dillərini başa düşmədikləri xalqları 

barbar adlandırırdılar. II-III əsrlərdən başlayaraq barbarların 

Roma imperiyası üzərinə hücumları güclənməyə başlandı. 

İmperiyanın zəngin  şəhərləri və varlı  kəndləri barbarları  cəlb 

edirdi.  Əsas barbar tayfaları dörd qrupa bölünürdü. German 

tayfaları Müasir Almaniya ərazisində yaşayırdı. Qot alman 

tayfaları Polşadan Ukraynaya qədər olan ərazidə yaşayırdılar. 

Qotlar ostqotlara (şərq qotları) və vestqotlara (qərbi qotlara) 

bölünürdülər. Elba çayından şərqdəki torpaqlarda slavyan tayfaları 

yaşayırdı. IV əsrdən başlayaraq  şərqdən gəlmiş hun tayfaları 

Roma imperiyasının sərhədlərinə yaxınlaşdılar. Bu tayfaların 

hücumu Roma imperiyasının tənəzzülünü sürətləndirdi. III əsrin 

ortalarında Qalliya, İspaniya, Misir, Asiya və  Aşağı Dunay 

Romadan ayrıldı. 

Roma imperiyasında legionerlər böyük rol oynayırdılar. 

Onlar istədikləri adamı imperator taxtında oturdurdular. 

Legionerlər tərəfindən hakimiyyətə gətirilən imperatorlara “əsgər 

imperatorları” deyirdilər Zəifləmiş imperiya sərhədlərini qoruya 

bilmirdi. Barbarlar hücum etdikləri  ərazidə  hər  şeyi məhv 

edirdilər. Roma imperiyasında quldarlar möhkəm imperator 

hakimiyyəti yaratmaq istəyirdilər. Bu məqsədlə 284-cü ildə 

legionerlərin köməyi ilə Diokletianı imperator elan etdilər. O, 

yoxsul ailədən çıxmış, adi legionerdən imperator səviyyəsinə 

yüksəlmiş qətiyyətli bir adam idi. Diokletian qiyamçı döyüşçülərə 

divan tutdu, intizamlı ordu yaratdı, Qalliyada baqaudları  məğlub 

etdi, barbarları imperiya ərazisindən qovdu, sərhədləri 

möhkəmləndirdi, keşikçi qüllələri tikdirdi. Bu qüllələri dərin 

xəndəklər  əhatə edirdi. Roma legionerləri və muzdlu barbarlar 




______________Milli Kitabxana_____________ 

 393


sərhədləri qoruyurdular. 

Diokletian 21 il (284-305) hakimiyyətdə oldu, imperiyanın 

bütövlüyünü təmin etdi. O, özünü Yupiterin oğlu adlandırırdı. O, 

imperiyanın  şərq hissəsində gözəl saraylar tikdirdi və orada 

yaşadı, qüdrətli ordu yaratdı. Ordunu, məmurları  və  xəfiyyələri 

saxlamaq üçün əhali üzərinə  ağır vergi qoydu. Dominant 

idarəçilik sistemini yaradan Diokletian 293-cü ildə inzibati, 301-ci 

ildə maliyyə islahatları apardı. Qiymətlərin tənzimlənməsi 

haqqında fərman verdi. 303-304-cü illərdə xristianlığa qarşı 

fərmanlar imzaladı. Xristianların kütləvi surətdə  təqib və edam 

edilməsinə rəvac verdi. 

Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. 

Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr 

çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 

kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma 

forumu  ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. 

Roma imperatorlarının heykəlləri qoyulurdu. Trayan Dunay 

qələbələrinin  şərəfinə Forumda 40 m hündürlüyündə sütun 

ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu. 

Romada zəfər tağları geniş yayılmışdı. Triumf 

mərasimlərində imperatorlar bu tağların altından keçirdilər. 

Əvvəllər adi bazar olmuş Forum paytaxtın  ən gözəl yerinə 

çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada 

imperatorların gözəl sarayları yerləşirdi.  İmperator saraylarının 

yaxınlığında quldarların evləri yerləşirdi. Onların evlərinin 

divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. 

Otaqlara bəzəkli mebellər, həyətdə, bağlarda gözəl heykəllər 

qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı 

həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların 

alaqapısında it əvəzinə zəncirlənmiş qul otururdu. 

Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, 

ehtiyac içində yaşayan on minlərlə dilənçi var idi. Onların 

narazılığının qarşısını almaq üçün onlara imperatorun adından 

çörək və pul paylayırdılar. Romada 200 min adam pulsuz çörək 

alırdı. İmperatorun əmri ilə termlər (hamamlar) tikilmişdi. Yoxsul 

azad adamlar buradan pulsuz istifadə edirdilər. Burada kitabxana




______________Milli Kitabxana_____________ 

 394


istirahət otaqları var idi. Onlara pulsuz tamaşalar göstərilirdi. 

“Çörək və tamaşa” xalqın narazılığının qarşısını almaq üçün 

verilirdi. Həm quldarlar, həm də yoxsul azad adamlar zəhmət 

çəkməyi qulların işi hesab edir, özləri işləmək istəmirdilər.  

Romada ilk teatrı yunan teatrı nümunəsində Pompey 

tikdirmişdi. Həm quldarlar, həm də yoxsul azad adamlar ən çox 

qladiator döyüşlərini və döyüş arabalarının qaçış yarışlarını 

xoşlayırdılar. I əsrdə Romada 50 min tamaşaçı tutan Kolizey 

tikilmişdi. Amfiteatr Roma ixtirasıdır. O, tribunalarla əhatə 

olunmuş ellips formalı meydandan ibarətdir. Burada qanlı 

qladiator döyüşləri keçirilir, yırtıcı heyvanların boğuşması 

nümayiş etdirilirdi. 

Romada bir neçə amfiteatr var idi, lakin 64-cü ildə baş 

vermiş yanğından sonra yeni qurğuya ehtiyac duyulurdu. 69-cu 

ildə Roma imperatoru Vespasian yeni amfiteatrın tikilməsinə 

qərar verdi. 

Yeni amfiteatr əvvəlcə Flavi amfiteatrı adlanırdı. VII əsrdən 

başlayaraq onu Kolizey adlandırırdılar.  

Kolizeyin perimetri 500 m, hündürlüyü 48.5 m-dir. Kolizey 

əhəngdaşı, tuf və kərpicdən tikilib.  

80-cı ildə onun təntənəli açılışında Vespasianın varisi Tut 

iştirak edirdi. Bu mərasimdə romalılar üçün 5000 yırtıcı heyvanın 

boğuşması tamaşasını nümayiş etdirilmişdi. Lakin tikinti hələ başa 

çatmamışdı. Amfiteatrın ən yüksək tribunası imperator Domisian 

dövründə tikilib başa çatdı. 

Tikili çoxmərtəbəli tribunalar sistemindən ibarətdir. 

Mürəkkəb pilləkənlər sistemi tribunalara gediş-gəlişi 

asanlaşdırırdı. Tribunalar eyni zamanda 50000 tamaşaçı qəbul edə 

bilirdi. Vəhşi heyvanlar yeraltı keçidlər və qaldırıcı qurğular 

vasitəsi ilə birbaşa meydana çıxarılırdı. 

Zəngin texniki təchizatına görə Kolizey öz dövrünü xeyli 

qabaqlamış qurğu hesab olunur. 

Romalılar yunan memarlığından geniş istifadə edirdilər. 

Roma tikintiləri dövlətin  əzəmət və qüdrətini nümayiş etdirməli 

idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira 

etdilər. Beton Tağ  və qübbə tikməyə imkan verirdi. Tağ (Arka) 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə