Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə103/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

______________Milli Kitabxana_____________ 

 389


ağsaqqallar  şurası  rəhbərlik edirdi. Senatın tərkibi boy 

başçılarından formalaşırdı.  İcmada 300 boy mövcud olduğundan 

erkən senat 300 üzvdən ibarət idi. Senatın üzvləri senator 

adlanırdı. Romanı padşah və senat idarə edirdi. E.ə. VI əsrin 

başlanğıcında Romada dövlət yarandı. Romalılar qonşuluqda olan 

şəhərləri tutur, əhalisini Romaya köçürürdülər. Romadakı təpələr 

arasında olan təpələr qurudulmuş  və forum deyilən bazar 

yaradılmışdı. Romanın sonuncu padşahı  Məğrur Tarkvin çox 

qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovmuş  və 

padşah hakimiyyətinə son qoymuşdular. Bundan sonra hər il xalq 

yığıncağı patrisilər sırasından iki konsul və onların köməkçilərini 

seçir, onlar isə bir il Romanı idarə edirdilər. Konsullar bütün 

məsələlərdə senatla məsləhətləşirdilər. Romada seçkili üsul-

idarəni patrisilər latınca “res publika”, yəni “ümumi iş” 

adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar 

tərəfindən idarə olunan dövlət deməkdir. Konsullar Romanı idarə 

edir, məhkəmə işlərinə baxır, müharibə vaxtı orduya komandanlıq 

edirdilər. 

Plebeylərin seçkili vəzifə tutmaq hüququ da yox idi. 

Plebeylər patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III 

əsrlərdə mübarizə aparırdılar. E.ə. V əsrin əvvəllərində plebeylər 

onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail 

oldular. Tribun senatın nə konsulun plebeylərin mənafeyinə zidd 

olan istənilən qərarını  ləğv edə bilərdi. Onun “veto”, yəni 

“qadağan edirəm” deməsi kifayət idi. Vəzifəsinin icrası 

müddətində tribun toxunulmazlıq hüququna malik idi. E.ə. 451-ci 

ildə plebeylər mövcud qanunvericiliyin “Qanunlar toplusu” 

şəklində qeydiyyatına nail oldular. E.ə. 449-cu ildə qanunlar 

toplusu həkk olunmuş 12 mis lövhə Forum meydanında qoyuldu. 

E.ə. 326-cı ildə plebeylər borca görə borclunun kölə kimi 

satılması qanununun ləğv edilməsinə nail oldular. Plebsin ticarət-

sənətkar dairələrinin mənafeyi üçün 312-ci ildə senzor olmuş 

Appi Klavdinin fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi. O, torpaq 

mülkiyyəti olmayan plebeylərə  şəhər və  kənd tribalarında 

qeydiyyata düşmək, yəni vətəndaş hüququ almaq imkanı yaratdı. 

Appi Klavdi Romadan Kapuya şəhərinə  qədər uzanan, ticari və 




______________Milli Kitabxana_____________ 

 390


hərbi  əhəmiyyət kəsb edən yol saldı. E.ə. III əsrin  əvvəllərində 

plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar seçkili 

vəzifə tutmaq, icma torpaqlarından bəhrələnmək ixtiyarı 

qazandılar. Hər bir Roma vətəndaşı dövlət vəzifəsinə seçilə 

bilərdi, lakin respublika vəzifəyə görə məvacib vermirdi, odur ki, 

seçkili vəzifələrə yalnız varlılar irəli sürülürdü. Romanın vəzifəli 

şəxsləri magistrat adlanırdı. Bir illik müddətə seçilən iki konsul və 

pretorlar, 5 ildə bir dəfə 1.5 illik müddətə seçilən iki senzor, xalq 

tribunları ali, kvestor və edillər kiçik magistratlar sayılırdı. 

E.ə. II-I əsrlərdə Romada quldarlığın inkişafı. Romalılar 

əmək alətlərini canlı və cansız alətlərə, canlı alətləri isə danışan və 

danışmayan alətlərə bölürdülər. Danışan alətlər dedikdə qullar 

nəzərdə tutulurdu. 

Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma 

quldarlarının  əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və 

üzümlüklər salır, mal-qara sürüləri saxlayırdılar. Roma 

imperiyasının hər yerində qul bazarı var idi. Qullardan təsərrüfatın 

bütün sahələrində, tikintidə, ev işlərində, gəmiçilikdə istifadə 

edilirdi. Roma aristokratları icma torpaqlarını  ələ keçirir, 

kəndlilərin torpaqlarını satın alırdılar. 

Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana-

məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa 

məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Romada 

qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə 

oxşar amfiteatr tikilirdi. Amfiteatrın mərkəzi olan meydança arena 

adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi 

tamaşaçılardan asılı idi. Onlar əllərinin baş barmaqlarını  aşağı 

salanda məğlub qladiator öldürülməli idi. Baş barmaqlar yuxarıya 

tuşlananda isə qladiatora rəhm edilirdi. 

Qədim Romada çox qul var idi. Qədim dünyanın heç bir 

ölkəsində bu qədər qul yox idi. E.ə. II əsrdə Roma əyalətlərində 

qulların üsyanı baş verdi. Siciliyada baş vermiş üsyan 6 il davam 

etdi. Quldarlar üsyanı zorla yatırdılar. Romanın apardığı 

müharibələr ölkəyə qul axınını çoxaltdı  Kəndli  əməyi ucuz qul 

əməyi tərəfindən sıxışdırılırdı. Varlı quldarlar var-yoxdan çıxmış 

kəndlilərin torpaqlarını dəyər-dəyməzinə satın alırdılar. Kəndlilər 




______________Milli Kitabxana_____________ 

 391


şəhərlərə, ilk növbədə Romaya axışır, iş tapmırdılar. İşsiz, evsiz-

eşiksiz qalanların sayı artırdı. 

Roma imperiyası. Romadan min kilometrlərlə uzaqlıqda 

gedən müharibələrə  hər il seçilən konsullar başçılıq edə bilmir

komandanlıq təcrübəli hərbi rəislərə tapşırıldı. Bu da Romada 

sərkərdələrin nüfuzunun artmasına səbəb olurdu. Quldarlar belə 

hesab edirdilər ki, senat və konsullara nisbətən hərbi sərkərdələr 

yoxsul və qulların müqavimətini daha yaxşı  qırar və itaətdə 

saxlaya bilər. E.ə. I əsrdə Korneli Sullanın diktaturası da 

respublika üsul-idarəsinə  ağır zərbə vurmuşdu. Marinin muzdlu 

könüllülərdən təşkil etdiyi qoşun Romada hakimiyyəti  ələ 

keçirmək üçün istənilən hərbi liderin əlində alətə çevrilə bilərdi. 

Pompey və Krass təkhakimiyyətlik uğrunda mübarizədən 

çəkinməyən belə sərkərdələr idilər. 

Romada quldarlıq təsərrüfatının tənəzzülü. I-II əsrlərdə  ən 

qüdrətli zirvəsinə çatan Roma imperiyasında II-III əsrlərdən 

başlayaraq quldarlıq quruluşunda tənəzzül başlandı. Qul əməyi 

getdikcə  əhəmiyyətini itirirdi, nəzarətsiz qul yaxşı  işləmirdi. 

Qullar üçün yaxşı  işləməyin  əhəmiyyəti yox idi. Onlara ancaq 

yemək verilir, paltar alırdılar. Qullara nəzarətçilər, keşikçilər, 

quldarların özləri nəzarət edirdilər. Quldarlıq təsərrüfatının 

inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira 

edildi, gavahınlı mürəkkəb kotan, öküzlə  hərəkətə  gətirilən biçin 

aləti, bağlarda işləmək üçün biçin aləti ixtira edilmişdi. Lakin bu 

alətləri qullara etibar etmirdilər. Onlara yenə sadə kobud alətlər 

verirdilər, bu alətləri sındırmaq çətin idi. Qulların marağı 

olmadığına görə torpaqlar tez gücdən düşür və məhsul vermirdi. 

Quldarlar da başa düşürdülər ki, artıq qul əməyi daha sərfəli 

deyil. Buna görə  də  bəzi quldarlar qullara kiçik torpaq sahələri, 

əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə 

qurmağa icazə verirdilər. Bu qullar əldə etdikləri məhsulun bir 

hissəsini quldara verirdilər. Belə qullara “daxmalı qullar” 

deyirdilər. 

İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad 

kəndlilərə icarəyə verirdilər. Romada belə  xırda icarədarları 

kolonlar adlandırdılar. Kolonlar öz əməklərinin nəticəsində 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə