Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə106/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111

______________Milli Kitabxana_____________ 

 398


Romanı yeddi çar idarə edirmiş. Son  üç çar etrusk mənşəli 

olmuşdur. Onların zamanında  şəhərə daş hasar, kanalizasiya 

çəkilmiş, qladiator oyunları üçün sirk tikilmişdir. Romalılar 

etrusklardan sənət və tikinti texnikasını, yazını, Roma şifrləri 

adlanan yazını, quşun uçma və heyvanın daxili orqanlarına əsasən 

fala baxmağı, toqa adlanan geyimi, daxili həyəti olan evlərin 

memarlığını götürmüşlər. 

Qədim Romada dini animistik - yəni müxtəlif ruhların 

mövcudluğuna inam hökm sürürdü. Eyni zamanda totemizm 

elementləri də mövcud idi ki, bu da özünü Roma şəhərinin 

təməlini qoyan Romul və Rem qardaşlarını yedirdən «Kapitoli 

yalquzağına» sitayişlə əlaqədar olmuşdur. Lakin tədricən yunanlar 

kimi allahı insan simasında qəbul edən etruskların təsiri altında 

romalılar antropomorfizmə keçmişlər. Romada Kapitoli təpəsində 

Yupiterə həsr olunmuş məbədi etrusk ustaları tikmişlər. 

Əfsanəyə görə Romada etrusk ağalığı e.ə. 510-cu ildə başa 

çatmışdır. Ayağa qalxan xalq sonuncu çar Tarkvini e.ə. 533-510-

cu illər) devirmişdir. Bu vaxtdan başlayaraq Romada əsilzadələrin 

quldarlıq respublikası yaranmışdır. İlkin respublika dövrü e.ə. VI-

III  əsrləri  əhatə etmişdir. Roma bu dövrdə bütün Appenini öz 

hakimiyyəti altında birləşdirə bilmişdir. 

Əvvəllər Romanın bir sıra vilayətləri yunanların işğalı 

altında olduğundan onlar qabaqcıl yunan mədəniyyətini 

mənimsəmişlər. E.ə. VI-V əsrlərdə Roma cəmiyyətinin yuxarı 

təbəqələrində yunan dili geniş yayılmışdı. Bu dövrdə saqqalın 

qırxılması, saçın qısa vurulması, mis pul və s. geniş yayılmışdı. 

Respublika dövründə natiqlik sənəti, Roma teatrı inkişaf etmişdir. 

E.ə. III əsrin 60-cı illərindən başlayaraq Roma Aralıq dənizində 

ağalıq uğrunda əsas rəqibi olan Karfagenlə mübarizə aparırdı. O, 

Karfageni dağıtdıqdan sonra Yunanıstanı  və Makedoniyanı öz 

əyalətlərinə çevirdi. Lakin e.ə. II əsrdən başlayaraq Romada daxili 

çəkişmələr gücləndi. Sulla müvəqqəti hərbi diktaturası (138-78) 

dövrü, yaxud da Sezar (100-44) dövrü ptinsipat dövrü ilə  əvəz 

olunur. Prinsipat isə respublika örtüyü altında irsi diktatura idi. Bu 

dövrdə Roma allahları Yunan allahları ilə eyniləşdirildi. Yupiter 

Zevslə, Neptun-Poseydonla, Pluton-Aidlə, Mars-Areslə, Venera-




______________Milli Kitabxana_____________ 

 399


Afrodita ilə, Yunona-Hera ilə, Serera-Demetra ilə, Vulkan-

Hevestlə, Minerva-Afina ilə, Merkuri-Hermeslə, Diana-Artemida 

ilə eyniləşdirilmişdi. Apollon kultu e.ə. V əsrdə mənimsənilsə də 

onun analoqu yox idi. Sırf İtaliya allahlarından biri Yanus ikiüzlü 

təsvir olunurdu. O hər cür başlanğıcın həm girişi və  həm də 

çıxışını ifadə edirdi. Qədim  İtaliya allahlarından ev allahları - 

Lara, Genşi, Penatya da tanınırdı. 

Roma allahlar panteonu qapalı deyildi. Əksinə, o başqa 

xalqların allahlarını da özünə daxil edirdi. Romalıların fikrincə, 

başqa xalqların allahları onların qüdrətini daha da artırırdı. 

Yunan  ədəbiyyatı Romaya böyük təsir göstərmişdir.  İlk 

Roma yazıçı  və  şairləri yunanlar olmuşdur. Məsələn, ilk Roma 

şairi yunan Livi Andronik hesab olunur. O, yunan faciə  və 

komediyalarını, o cümlədən Homerin «Odisseya»sını latın dilinə 

çevirmişdi. 

Ən görkəmli Roma yazıçısı Tit Maksi Plavt (e.ə. III-II 

əsrlər) olmuşdur. Onun əsərlərinin (“Eşşəklər”, “Küp”, “Lovğa 

döyüşçü”) qəhrəmanları yunan adları daşısalar da, Roma reallığını 

əks etdirirdilər. Öz komediyalarında (“Hərəmağası”, “Androslu 

qız”)  ənənəvi məzhəkə sxemlərindən xeyli kənara çıxan Publi 

Terensiusun (e.ə. 195-159) yaradıcılığı Avropa dramaturgiyasına 

böyük təsir göstərmişdir. Roma faciələri  əslində  təqlidçiliklə 

məşğul idi. E.ə. I əsrdə yaşamış məşhur Roma yazıçısı və filosofu 

Tit Lukresi Kar «Şeylərin təbiəti haqqında» poemasında Epikurun 

təlimini şərh etmişdir. Qay Valeri Katull (e.ə. 87-54) lirik poeziya 

ustadı olmuşdur. 

Latın dilində ilk nəsr əsəri olan “Kənd təsərrüfatı haqqında” 

traktat Böyük Katona (e.ə. 234-149) mənsubdur. Varronun (e.ə. 

116-27) «Allah və insanın  əməllərinin qədimliyi»  əsəri bir növ 

tarixi-coğrafi və dini ensiklopediya təsirini yaradır. Görkəmli 

dövlət xadimi, məşhur natiq, hüquqşünas, filosof, yazıçı Mark 

Tulli Siseronun (e.ə. 106-43) əsərləri (“Dövlət haqqında”, “Vəzifə 

borcu haqqında” və s.) hələ antik dövrdə klassik və ya “qızıl” latın 

ədəbiyyatının ən gözəl nümunələri olmuşdur. 

«Katilinanın qəsdi», «Yuqurta müharibəsi», “Tarix” və s. 

əsərlərin müəllifi Qay Salyusti Krisp (e.ə. 86-35) respublika dövrü 




______________Milli Kitabxana_____________ 

 400


tarixşünaslığında böyük rol oynamışdır. Böyük sərkərdə Qay Yuli 

Sezar “Qall müharibələri haqqında qeydlər», “Vətəndəş 

müharibəsi haqqında qeydlər” əsərlərinin müəllifidir. 

Romada fəlsəfə tam şəkildə yunan fəlsəfəsinin təsiri altıda 

olmuşdur. Ona görə  də müstəqil Roma fəlsəfi sistemləri 

yaradılmamışdır. 

Roma memarlığı yunan memarlığının güclü təsirinə  məruz 

qalmışdır. Lakin oradakı tikililər özünün əzəməti, bəzəyi və s. ilə 

seçilmişdir. E.ə. II-I əsrlərdə beton və s. istifadə edilirdi. Orada 

tikilən «Zəfər darvazaları» diqqəti daha çox cəlb edir. Həmin 

dövrdə külli miqdarda portret heykəlləri yaradılır. Görkəmli 

adamların büstləri yaradılır. Eyni zamanda memarlıq, hüquq 

elmlərinə dair əsərlər meydana çıxır. 

E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi-

imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu 

imperiya öz tərkibinə  şərqi Aralıq dənizi,  Şimali Afrika, 

Avropanın xeyli hissəsini daxil etmişdir. Roma imperiyasında 

fəlsəfənin öyrənilmə  mərkəzi Afina olaraq qalırdı. Bu dövrdə 

stoisizm yayılmışdır. Onun nümayəndələri Seneka (e.ə. 4 - b.e. 

65) və imperator Mark Avreli (121-130) olmuşdur. Cəmiyyətin 

aşağı  təbəqələri içərisində  gəzən səyyar filosoflar-kiniklər böyük 

hörmətə malik idilər. Ölümündən sonra ilahiləşdirilən imperator 

kultu və ilahə Roma kultu kimi yeni kultlar prinsipat dövrünün 

dini üçün səciyyəvi hadisə idi. İlahə Roma bütün Roma 

imperiyasının hamisi hesab olunurdu. Bu dövrdə xilaskar allah 

kultları da geniş yayılmışdı. Həmin allahlar guya ölümə qalib gəlir 

və dindarlara axirət dünyasında ölməzlik bəxş edirdilər. Roma, 

İsgəndəriyyə, Afina, Karfagen kimi iri şəhərlər Roma 

imperiyasının elm mərkəzləri idi. I-II əsrlərdə coğrafiya elminə 

daha çox diqqət yetirilirdi. Strabonun (e.ə. 64/63 – b.e. 23/24) 

traktatları, Klavdi Ptolemeyin (90-160) traktatları  və fiziki 

coğrafiyanın, botanika, zoologiya və mineralogiyanın 

ensiklopediyaçısı olan Böyük Plininin (23/24-79) «Təbət tarixi» 

əsəri, həkim Qalenin (130-200) təcrübələri və s. bu dövrə aiddir. 

İlkin imperiya dövrünün ədəbiyyatı da diqqəti cəlb edir. 

Apuley (b.e.125-180) «Metamorfozlar» (və yaxud «Qızıl eşşək»), 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə