Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə108/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111

______________Milli Kitabxana_____________ 

 404


etdi. Üsyanlar, qiyamlar, barbarların hücumları insanlarda sabaha 

ümidsizlik yaratmışdı. Əhalinin həyatı və var-yoxu təhlükə altında 

qalmışdı. Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. 

Xristianlıq xalqı  səbirli və itaətkar olmağa çağırırdı. Varlılar da 

xristian dinini qəbul etdilər. İcma rəhbərləri, keşişlər yepiskoplar 

varlılardan seçilirdi. Yüzlərlə dini icmalar yepiskoplar tərəfindən 

idarə olunurdu.  İcmaları birləşdirən və yepiskoplar tərəfindən 

idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə  həm də xristianların 

ibadət etdiyi bina idi. Xristianlığı  qəbul etmiş ilk Roma 

imperatoru Konstantin olmuşdur. Onun anası xristian idi. 

Konstantin Milan fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə 

verdi. Bu dövrdən başlayaraq xristianlar dini yığıncaqlarını açıq 

keçirir, məbədlər tikməyə başlayırlar. Varlılar kilsəyə maliyyə 

yardımı göstərirlər. Kilsə imperatora tabe idi. İmperatorlar 

hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə 

arxalanırdılar. İmperatorlar və xristian din xadimləri dünyanın və 

insanın yaradılması,  İsa haqqında  əfsanələrə zidd məlumatları 

məhv etməyə başladılar. Qədim dünyanın  ən gözəl incəsənət 

əsərlərini, binaları,  əsərləri məhv edirdilər. Kitablar yandırılır, 

məbədlər dağıdılırdı.  İsgəndəriyyə kitabxanası  məhv edildi, alim 

qadın  İpatiya öldürüldü. Xristianlar Misirdə Osiris məbədini 

dağıtdılar, Olimpiya oyunlarının keçirilməsini qadağan etdilər. 

Afinada Parfenon və Romada Panteon məbədində xristian 

ibadətləri keçirilirdi. IV əsrin sonunda Roma imperiyasında 

xristian dinindən başqa bütün dinlər qadağan olundu. Lakin bütün 

bunlara baxmayaraq romalılar yunan mədəniyyəti  əsasında öz 

milli mədəniyyətlərini inkişaf etdirərək zəngin bir mədəniyyətin 

yaradıcısına çevrildilər. Yunan mədəniyyəti Roma mədəniyyətin-

də dərin kök sala bildi. Və bütün mədəniyyətlər üçün nümunə ola 

bilən bir mədəniyyət nəsillərdən-nəsillərə, qərinələrdən-qərinələrə 

ötürüləcək bugünkü günə kimi mədəni irs kimi qorunaraq 

yaşamaq hüququ əldə etdi. 

 



______________Milli Kitabxana_____________ 

 405


 

 

 




______________Milli Kitabxana_____________ 

 406


 

 

 




______________Milli Kitabxana_____________ 

 407


 

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 408


 

 

 



 

 

 



 


______________Milli Kitabxana_____________ 

 409


 

 

 




______________Milli Kitabxana_____________ 

 410


 

 

 



 

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 411


 

 

 



 


______________Milli Kitabxana_____________ 

 412


 


______________Milli Kitabxana_____________ 

 413


 

 

 



 


______________Milli Kitabxana_____________ 

 414


 

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 415


 

XÜLASƏ 

Qədim dünya mədəniyyəti tarixinin tədqiqi müasir 

sivilizasiyalar və  mədəniyyətlərin keçdiyi inkişaf yollarının 

öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, qədim 

dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti kimi ön 

plana çəkilməsi dövrün zəruri tələbi kimi əsas prioritetə çevrilir. 

Paleolit dövründən başlayaraq Qədim  Şərqdə ilk insan 

sivilizasiyalarının yaranması və inkişafı, Qərbdə antik mədəniyyətin 

və incəsənətin çiçəklənməsi dövrlərinin tədqiqi və  təsviri, ilk insan 

icmalarında yaranmış ibtidai inanclardan başlayaraq Qədim  Şərqdə 

və  Qədim Qərbdə formalaşmış mürəkkəb fəlsəfi cərəyanların 

təsnifatı, müxtəlif xalqların dini təsəvvürləri ilə bağlı olan 

mifologiyaların öyrənilməsi bu dərsliyin əsasını təşkil edir.  

Qədim dünya mədəniyyəti və incəsənətinin sonrakı dövrlərin, 

o cümlədən müasir dövrün mədəniyyəti və incəsənətinə  təsiri 

olduqca böyükdür. Yüksək İntibah incəsənətinin Leonardo da Vinçi 

(1452-1519), Mikelancelo Buonarotti (1475-1564), Rafael Santi 

(1483-1520) və  s.  kimi  sənətkarları antik sənət nümunələrindən 

ilhamlanmış  və  bəşəriyyəti valeh edən  şah  əsərlərini yaratmışlar. 

Uyğun təzahürə şərq ölkələrində, məsələn, Təbriz Miniatür məktəbi 

ustadlarının yaradıcılığında da təsadüf etmək olar. Müasir Çin, 

yapon, Tailand, hind sənətkarları min illərlə yaşı olan milli 

mədəniyyət və incəsənət nümunələrindən uğurla bəhrələnir, qədim 

adət-ənənələrin gələcək nəsillərə ötürməyin əhəmiyyətini gözəl dərk 

edirlər.  

Dərslikdə  bəşəriyyətin minilliklər  ərzində yaratdığı, qoruyub 

saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və  gələcək nəsillərə 

çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin öyrənilməsi və 

mənimsənilməsi problemləri müqayisəli kulturologiya baxımından 

araşdırılır, milli adət və ənənələrin, dini xüsusiyyətlərin, beynəlxalq 

mədəni  əlaqələrin, qədim dövrün mədəniyyət və incəsənət 

abidələrinin tədqiqinə geniş yer verilir. Dərsliyin müxtəlif qədim 

sivilizasiyalar və  mədəniyyətlərə aid 400-dən çox tarixi-mədəni 

abidənin fotoşəkilləri ilə  zənginləşdirilməsi, illüstrasiyalardan hər 

birinə annotasiya verilməsi onun elmi dəyərini artırır, tədris 

prosesinə zəruri əyanilik gətirir.  




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə