______________Milli Kitabxana_____________
398
Romanı yeddi çar idarə edirmiş. Son üç çar etrusk mənşəli
olmuşdur. Onların zamanında şəhərə daş hasar, kanalizasiya
çəkilmiş, qladiator oyunları üçün sirk tikilmişdir. Romalılar
etrusklardan sənət və tikinti texnikasını, yazını, Roma şifrləri
adlanan yazını, quşun uçma və heyvanın daxili orqanlarına əsasən
fala baxmağı, toqa adlanan geyimi, daxili həyəti olan evlərin
memarlığını götürmüşlər.
Qədim Romada dini animistik - yəni müxtəlif ruhların
mövcudluğuna inam hökm sürürdü. Eyni zamanda totemizm
elementləri də mövcud idi ki, bu da özünü Roma şəhərinin
təməlini qoyan Romul və Rem qardaşlarını yedirdən «Kapitoli
yalquzağına» sitayişlə əlaqədar olmuşdur. Lakin tədricən yunanlar
kimi allahı insan simasında qəbul edən etruskların təsiri altında
romalılar antropomorfizmə keçmişlər. Romada Kapitoli təpəsində
Yupiterə həsr olunmuş məbədi etrusk ustaları tikmişlər.
Əfsanəyə görə Romada etrusk ağalığı e.ə. 510-cu ildə başa
çatmışdır. Ayağa qalxan xalq sonuncu çar Tarkvini e.ə. 533-510-
cu illər) devirmişdir. Bu vaxtdan başlayaraq Romada əsilzadələrin
quldarlıq respublikası yaranmışdır. İlkin respublika dövrü e.ə. VI-
III əsrləri əhatə etmişdir. Roma bu dövrdə bütün Appenini öz
hakimiyyəti altında birləşdirə bilmişdir.
Əvvəllər Romanın bir sıra vilayətləri yunanların işğalı
altında olduğundan onlar qabaqcıl yunan mədəniyyətini
mənimsəmişlər. E.ə. VI-V əsrlərdə Roma cəmiyyətinin yuxarı
təbəqələrində yunan dili geniş yayılmışdı. Bu dövrdə saqqalın
qırxılması, saçın qısa vurulması, mis pul və s. geniş yayılmışdı.
Respublika dövründə natiqlik sənəti, Roma teatrı inkişaf etmişdir.
E.ə. III əsrin 60-cı illərindən başlayaraq Roma Aralıq dənizində
ağalıq uğrunda əsas rəqibi olan Karfagenlə mübarizə aparırdı. O,
Karfageni dağıtdıqdan sonra Yunanıstanı və Makedoniyanı öz
əyalətlərinə çevirdi. Lakin e.ə. II əsrdən başlayaraq Romada daxili
çəkişmələr gücləndi. Sulla müvəqqəti hərbi diktaturası (138-78)
dövrü, yaxud da Sezar (100-44) dövrü ptinsipat dövrü ilə əvəz
olunur. Prinsipat isə respublika örtüyü altında irsi diktatura idi. Bu
dövrdə Roma allahları Yunan allahları ilə eyniləşdirildi. Yupiter
Zevslə, Neptun-Poseydonla, Pluton-Aidlə, Mars-Areslə, Venera-
______________Milli Kitabxana_____________
399
Afrodita ilə, Yunona-Hera ilə, Serera-Demetra ilə, Vulkan-
Hevestlə, Minerva-Afina ilə, Merkuri-Hermeslə, Diana-Artemida
ilə eyniləşdirilmişdi. Apollon kultu e.ə. V əsrdə mənimsənilsə də
onun analoqu yox idi. Sırf İtaliya allahlarından biri Yanus ikiüzlü
təsvir olunurdu. O hər cür başlanğıcın həm girişi və həm də
çıxışını ifadə edirdi. Qədim İtaliya allahlarından ev allahları -
Lara, Genşi, Penatya da tanınırdı.
Roma allahlar panteonu qapalı deyildi. Əksinə, o başqa
xalqların allahlarını da özünə daxil edirdi. Romalıların fikrincə,
başqa xalqların allahları onların qüdrətini daha da artırırdı.
Yunan ədəbiyyatı Romaya böyük təsir göstərmişdir. İlk
Roma yazıçı və şairləri yunanlar olmuşdur. Məsələn, ilk Roma
şairi yunan Livi Andronik hesab olunur. O, yunan faciə və
komediyalarını, o cümlədən Homerin «Odisseya»sını latın dilinə
çevirmişdi.
Ən görkəmli Roma yazıçısı Tit Maksi Plavt (e.ə. III-II
əsrlər) olmuşdur. Onun əsərlərinin (“Eşşəklər”, “Küp”, “Lovğa
döyüşçü”) qəhrəmanları yunan adları daşısalar da, Roma reallığını
əks etdirirdilər. Öz komediyalarında (“Hərəmağası”, “Androslu
qız”) ənənəvi məzhəkə sxemlərindən xeyli kənara çıxan Publi
Terensiusun (e.ə. 195-159) yaradıcılığı Avropa dramaturgiyasına
böyük təsir göstərmişdir. Roma faciələri əslində təqlidçiliklə
məşğul idi. E.ə. I əsrdə yaşamış məşhur Roma yazıçısı və filosofu
Tit Lukresi Kar «Şeylərin təbiəti haqqında» poemasında Epikurun
təlimini şərh etmişdir. Qay Valeri Katull (e.ə. 87-54) lirik poeziya
ustadı olmuşdur.
Latın dilində ilk nəsr əsəri olan “Kənd təsərrüfatı haqqında”
traktat Böyük Katona (e.ə. 234-149) mənsubdur. Varronun (e.ə.
116-27) «Allah və insanın əməllərinin qədimliyi» əsəri bir növ
tarixi-coğrafi və dini ensiklopediya təsirini yaradır. Görkəmli
dövlət xadimi, məşhur natiq, hüquqşünas, filosof, yazıçı Mark
Tulli Siseronun (e.ə. 106-43) əsərləri (“Dövlət haqqında”, “Vəzifə
borcu haqqında” və s.) hələ antik dövrdə klassik və ya “qızıl” latın
ədəbiyyatının ən gözəl nümunələri olmuşdur.
«Katilinanın qəsdi», «Yuqurta müharibəsi», “Tarix” və s.
əsərlərin müəllifi Qay Salyusti Krisp (e.ə. 86-35) respublika dövrü
______________Milli Kitabxana_____________
400
tarixşünaslığında böyük rol oynamışdır. Böyük sərkərdə Qay Yuli
Sezar “Qall müharibələri haqqında qeydlər», “Vətəndəş
müharibəsi haqqında qeydlər” əsərlərinin müəllifidir.
Romada fəlsəfə tam şəkildə yunan fəlsəfəsinin təsiri altıda
olmuşdur. Ona görə də müstəqil Roma fəlsəfi sistemləri
yaradılmamışdır.
Roma memarlığı yunan memarlığının güclü təsirinə məruz
qalmışdır. Lakin oradakı tikililər özünün əzəməti, bəzəyi və s. ilə
seçilmişdir. E.ə. II-I əsrlərdə beton və s. istifadə edilirdi. Orada
tikilən «Zəfər darvazaları» diqqəti daha çox cəlb edir. Həmin
dövrdə külli miqdarda portret heykəlləri yaradılır. Görkəmli
adamların büstləri yaradılır. Eyni zamanda memarlıq, hüquq
elmlərinə dair əsərlər meydana çıxır.
E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi-
imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu
imperiya öz tərkibinə şərqi Aralıq dənizi, Şimali Afrika,
Avropanın xeyli hissəsini daxil etmişdir. Roma imperiyasında
fəlsəfənin öyrənilmə mərkəzi Afina olaraq qalırdı. Bu dövrdə
stoisizm yayılmışdır. Onun nümayəndələri Seneka (e.ə. 4 - b.e.
65) və imperator Mark Avreli (121-130) olmuşdur. Cəmiyyətin
aşağı təbəqələri içərisində gəzən səyyar filosoflar-kiniklər böyük
hörmətə malik idilər. Ölümündən sonra ilahiləşdirilən imperator
kultu və ilahə Roma kultu kimi yeni kultlar prinsipat dövrünün
dini üçün səciyyəvi hadisə idi. İlahə Roma bütün Roma
imperiyasının hamisi hesab olunurdu. Bu dövrdə xilaskar allah
kultları da geniş yayılmışdı. Həmin allahlar guya ölümə qalib gəlir
və dindarlara axirət dünyasında ölməzlik bəxş edirdilər. Roma,
İsgəndəriyyə, Afina, Karfagen kimi iri şəhərlər Roma
imperiyasının elm mərkəzləri idi. I-II əsrlərdə coğrafiya elminə
daha çox diqqət yetirilirdi. Strabonun (e.ə. 64/63 – b.e. 23/24)
traktatları, Klavdi Ptolemeyin (90-160) traktatları və fiziki
coğrafiyanın, botanika, zoologiya və mineralogiyanın
ensiklopediyaçısı olan Böyük Plininin (23/24-79) «Təbət tarixi»
əsəri, həkim Qalenin (130-200) təcrübələri və s. bu dövrə aiddir.
İlkin imperiya dövrünün ədəbiyyatı da diqqəti cəlb edir.
Apuley (b.e.125-180) «Metamorfozlar» (və yaxud «Qızıl eşşək»),
Dostları ilə paylaş: |