______________Milli Kitabxana_____________
360
Eklektizm, bir sıra cərəyanların
birləşdirilməsi, etik istiqamət,
sinkretizm, stoisizm və s. geniş yayılmışdır. Həmin dövr
mədəniyyətin sintezi kimi tarixdə əvəzsiz rol oynamışdır.
Ellin mədəniyyətinin şərq mədəniyyəti ilə yaxinlaşmasi.
İsgəndər öləndən sonra onun imperiyası parçalandı Makedoniyada
Antiqonlar padşahlığı, Misir Ptolemeyləri çarlığı, Suriya
Selevkilər çarlığı yarandı Yunanlar və makedoniyalılar şərqə
axışmağa başladılar. Şərqin köhnə şəhərləri böyüdü. Nil çay
deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin paytaxtı,
dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə
birləşdirən kanal çəkilmişdi Buradan başlanan karvan yolu İran
körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən
taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və
Asiyadan müxtəlif mallar gətirilirdi Şəhərin qarşısındakı Faros
adasında 140 m hündürlüyündə mayak tikilmişdi. Bu dünyanın
yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah
sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada
Musey, yəni muzaların ibadətgahı yerləşirdi. E.ə. III əsrin
əvvəllərində yaradılmış musey antik dünyanın əsas elm
mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed,
Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışdılar. Burada olan
kitabxananın fondunda 700 min kitab var idi. Alimlər demək olar
ki, elmin bütün sahələrində çalışırdılar. E.ə. 47-ci ildə
İsgəndəriyyə kitabxanası yanmış, sonra bərpa edilmişdi. Eramızın
391-ci ilində fanatik xristianlar kitabxananı dağıtmış, VII-VIII
əsrlərdə ərəblər kitabxananı tamamilə məhv etmişdilər.
Elmi əsərlər əsasən dana və quzu dərisindən düzəldilmiş
perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam
şəhərində hazırlanırdı və şəhərin adı ilə adlanırdı.
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm
ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə
İsgəndəriyyədə məşhur alim, İsgəndəriyyə məktəbinin ilk
riyaziyyatçısı Evklid (e.ə. III əsr) çalışırdı. Evklid alqoritmi,
Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed
(e.ə. 287-212) Siciliyadan buraya işləməyə gəlmişdi. “Mənə
dayaq nöqtəsi verin, yeri tərpədim”, “evrika” kəlamları onun adı
______________Milli Kitabxana_____________
361
ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir.
Sirakuz şəhərinin
müdafiəsi zamanı II Pun müharibəsində öldürülmüşdür.
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq
cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə yaraşıqlı Korinf
sütunları geniş yayıldı İncəsənətdə insanın daxili aləmini açmaq,
onu canlı göstərmək cəhdi əsas yer tuturdu. Şərq incəsənət
mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının
Nəhənglər üzərində qələbəsini təsvir edən 140 m uzunluğunda, 2
m hündürlüyündə relyef yaradılmışdı. Burada insan surətləri çox
canlı təsvir olunmuşdur.
Beləliklə, e.ə. III-II əsrlərdə yunan mədəniyyəti ilə şərq
mədəniyyətinin qovuşması nəticəsində “ellin mədəniyyətin”
yarandı. Bu mədəniyyətdə yunan və şərq mədəniyyətlərin ən gözəl
xüsusiyyətləri öz əksini tapmışdır.
Qədim Yunanıstanın görkəmli mədəniyyət xadimləri
E.ə. 525-456
Dramaturq Esxil
500-431 Heykəltəraş Fidi
484-425 “Tarixin
atası” Herodot
497-406 Dramaturq
Sofokl
480-406 Dramaturq
Evripid
460-395 Tarixçi
Fukidid
430-355 Tarixçi
Ksenofont
471-399 Filosof-idealist
Sokrat
460-370 Filosof-idealist
Demokrit
450-388 Dramaturq
Aristofan
436-337 Natiq, yazıçı-publisist İsokrat
427-347
Filosof-idealist Platon (Əflatun)
384-322 Filosof
Aristotel
(Ərəstun)
341-270 Filosof-materialist
Epikur
384-322 Natiq Demosfen
390-315 Natiq Esxin
370-334 Heykəltəraş Praksitel
342-292 Dramaturq
Menandr
III
əsrin ortaları Riyaziyyatçı Evklid
282-212 Riyaziyyatçı, fizik Arximed
III
əsr Fizik
Straton
310-230
Samoslu astronom Aristarx
275-208 Coğrafiyaşünas, astronom, riyaziyyatçı Erastofen
Təqr. 300
Təbib Herofil
200-120 Tarixçi
Polibi