______________Milli Kitabxana_____________
351
xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s.
haqqında məlumat toplamışdı. “Tarix” əsərində İran-yunan
müharibəsində iştirak edən bütün xalqlar haqqında tarixi,
etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk
dəfə Herodot yazıya köçürmüşdü. Kitabda Azərbaycan ərazisində
yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin
atası” adlandırmışdı.
Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir
daha qayıtmadılar. Onlar Homer dövrünün sonlarında
finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan
əlifbasını tərtib etdilər. Onlar papirus, gil lövhə, üstünə mum
çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş
çubuqla yazırdılar.
Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və
kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək
gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa
yazıçıların əsərlərini əzbər bilirdilər. Şagirdlər məktəbdə şəkil
çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər.
Qızlar və qullar oxumurdular.
E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa
göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan “teatr”
“tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”,
aktyorların oynadığı yerə “skena” deyirdilər. Qədim Yunanıstanda
şərab allahı Dionisin şərəfinə təşkil edilmiş bayramlar, bu haqda
əfsanələrin nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının
əsası qoyuldu.
Yunanıstanda əfsanələr əsasında tragediyalar adlanan
pyeslər yarandı. Tragediya “keçi mahnısı” deməkdir. Tragediyada
qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə
qəhrəmanlar öz ideyaları uğrunda həlak olurlar. Afinada
tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının
müəllifi Esxil olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona”
faciəsinin müəllifidir.
Yunanıstanda komediyalar şən, məzəli və gülməli
səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən sakinlər
mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə məcbur
______________Milli Kitabxana_____________
352
edirdi. Aristofan (e.ə. 445-385) məşhur komediyalar müəllifi idi.
O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq
yığıncağında” komediyalarının müəllifidir “Atlılar”
komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar”
komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası”
adlandırırdılar.
E.ə. VI əsrdə təmsil ustadı Ezop yaşayıb yaratmışdır.
Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir edilir. Guya
böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən
məlum olan təmsillərin az qala hamısını Ezopun adına çıxırlar.
Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun
mövzularından istifadə etmişlər.
E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq,
və rəssamlıq inkişaf edib özünün yüksək səviyyəsinə çatmışdı.
Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və
bir neçə cərgə sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin
kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə Yunanıstanda iki
növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və
yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli
məbəd tikintisində sütunların yuxarısında əyri qoç buynuzuna
bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol
idi. Akropol mərmər sütunlardan ibarət portiklərlə əhatə
olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini
qoymuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi.
Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə bəzədilən
məbədlərdə xəzinə saxlanılırdı.
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı
və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədəninin
hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V
əsrdə “Diskatan” heykəlini belə yaratmışdı. Allahların,
qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi
yunan heykəltəraşı idi.
Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəllər geniş
yayılmışdı. Rəssamlar vazalar üzərinlə yunanların həyatını,
qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə.
V əsrdə ellin incəsənəti özünün yüksək mərhələsinə çatmışdı.
______________Milli Kitabxana_____________
353
İncəsənətin əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada Akropolu
inşa etmişdi.
Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə
keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən
Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış
daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər
qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş
çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar
iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa hazırlaşmaq
imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar
yarışlarda iştirak etmirdilər. Olimpiya oyunlarına on minlərlə
adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və iştirakçılar
gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda
müharibələr dayandırılırdı.
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun
mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli
yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk
Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il
hesabı həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai
xadimi baron Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə
Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd ildən
bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən
asılı olmayaraq onun məşəli Olimpiyada günəşdən yandırılmış
alovla yandırılır.
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz
əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas olmuş,
onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların əsərləri
müasir dövrdə əksər xalqların dillərinə tərcümə edilmiş, onların
yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə
olmuşdur.
Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə
məşğul olmasına şərait yaratdı və bu da dünyada elmin və
incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini
yaratmaqla başqa xalqların da elm və mədəniyyətini
mənimsəyirdilər.
Qədim Yunanıstan ərazisində ən qədim sivilizasiya Krit-
Dostları ilə paylaş: |