______________Milli Kitabxana_____________
348
toplusu tərtib edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu
qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası verilirdi.
Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul
alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında
borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və
qaytarıldığı müddət qeyd edilirdi. E.ə. VII əsrdə demək olar,
bütün kəndlilər borca düşdülər.
Afinada kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər
demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə demosun bir hissəsi
varlanmışdı. Onlar yenə də aristokratların hakimiyyəti altında
idilər. Beləliklə, e.ə. VIII-VII əsrlərdə Afinada quldarlıq quruluşu
və dövlət təşəkkül tapırdı.
Sparta quldarlıq dövləti. Yunanıstanın cənubunda
Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-
qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox
münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakonikanı
tutdular, Sparta şəhərinin əsasını qoydular. Doriləri spartalılar
adlandırırdılar. Spartalılar messeniyalıları tabe etmək uzun
müddət müharibələr aparmışdılar. E.ə. VII əsrdə spartalılar
messeniyalılara qalib gəldilər. Messeniyalılar dağlara çəkildilər.
Üç gün danam edən vuruşmadan sonra spartalılar müharibəni
dayandırdılar və onlara ölkədən çıxıb getməyə icazə verdilər
Spartalılar yerli əhalinin əksəriyyətini qula çevirdilər. Qulları
ilotlar adlandırırdılar. Azad adamlar kimi qalmış perieklər
spartalılara vergi verirdilər. Spartalılar xalq yığıncaqlarında ahıl
adamlardan ağsaqqallar şurası seçirdilər. Dövləti 60 yaşına çatmış
28 ağsaqqal və 30 yaşı tamam olmuş 2 çarın daxil olduğu gerusiya
idarə edirdi. Spartalılar ancaq hərbi işlə məşğul idilər Qanun
onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı
onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli
yeriyirdilər. Sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa
adlanırdı.
Spartalılar uşaq yaşlarından sərt tərbiyə alırdılar. Yeni
doğulmuş körpənin taleyini gerusiya müəyyən edirdi. Zəif və
xəstə görünən uşaqlar məhv edilirdi, sağlam uşaq 7 yaşına qədər
ailəsində tərbiyə alır, sonra hərbi məktəbdə təlim keçirdi. E. IV
______________Milli Kitabxana_____________
349
əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən
Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün
Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə Romadan asılı
vəziyyətə düşdü.
Yunan koloniyalari. Yunan şəhərlərində sənətkarlıq və
ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq məmulatlarını Aralıq
dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik
Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı
silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. Yunanlar
keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər.
Yunanıstanda demosun artması ilə aristokratlarla demos
arasında mübarizə gücləndi. Aristokratlar qalib gəldikdə demos,
demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş
aristokrat demişdi: “Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə
dəyişdim”. Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara
dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz
koloniyalarına hərbi və ticarət gəmilərindən ibarət donanma
göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən
idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər,
sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara
dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis,
Sinop və başqa yunan şəhər-dövlətləri yarandı. Onlar yerli əhali
ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini
Yunanıstana göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə
Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu
yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə
əlaqə yaradır və əlaqə saxladıqları həmin şəhərləri ana şəhər
adlandırırdılar.
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin
inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün
şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı,
Hər bir şəhər-dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi.
Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər.
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini
vahid xalq hesab edirdilər. Onlar özlərini ellinlər, vətənlərini
Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq,
______________Milli Kitabxana_____________
350
ellinləri ümumi dil, adət-ənənələr, qədim əfsanələr, din və vahid
yazı birləşdirirdi.
Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış
olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə
səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII
əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya
vilayətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət
hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların
səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın
mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər
təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri
odda görürdülər.
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada
İoniya alimlərinin işini Demokrit (e.ə. 460-370) davam etdirdi. O,
belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-
atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar
edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc hadisələri
qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit
materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər.
Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur.
Onun fikrincə həkim xəstənin bədənindən xəstəliyi qovmamalı,
bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb
elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi
davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır.
Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi.
İsgəndərin müəllimi olmuşdur. Şərqdə Aristotelə Ərəstun
deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad
verdi. Botanika yunanca “bitki”, fizika - təbiət, politika - dovlət
sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl
alimlərlə birlikdə belə hesab edirdi ki, Yer kürə şəklindədir,
dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun
ətrafında fırlanır.
E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur.
həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425)
“Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında
məlumat verir O, bir çox ölkələri gəzmiş, əsərində müxtəlif
Dostları ilə paylaş: |