______________Milli Kitabxana_____________
327
quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış nəsilləri
daha da zənginləşirdi. Şan sülaləsi dövründə Tszin nəsli həmin
aristokrat-quldurların başında dururdusa, Çjou sülaləsi dövründə
hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər
hesab olunurdular. «Şi-tszin»də deyilir: «Bütün səma altında elə
bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir
adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut
edir ki, Şan və Çjou sülalələri dövründə quldarlıq quruluşunun
əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu
hakimin mülkiyyəti təşkil edirdi. Şan və Çjou sülalələri dövründə
ictimai həyat şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-birindən
fərqlənirdi. İlk növbədə ideologiya sahəsində başlıca yeri dini
ideologiya tuturdu. Şan sülaləsi dövründə hər şeyi yaradan baş
ilahi Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi
dövründə isə «səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini
təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını möhkəmləndirmək
üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında
işlənir və inkişaf etdirilirdi. Dini baxışlar cəmiyyətdə əsas yeri
tutur.
Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da
«şandi» (allah) kimi verilir. Burada «tyan» (səma, allah) termini
göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə
səmanı ifadə etmirdi. Ancaq «Şanşu» kitabının «Pan Gen»
fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını
verir. Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ
dövrün mahiyyətini ifadə edən baxışların məzmunundadır.
İkincisi, fəlsəfə Şan və Çjou sülalələri dövründə siyasi və
əxlaqi təsəvvürlərlə sıx şəkildə bağlı idi. Quldarlıq cəmiyyətində
hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı təbəqələrə
yeritməyə çalışırdılar. Öz ağalığını möhkəmləndirməkdən ötrü
quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin əxlaqi
kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda
insanların cəmiyyətdə hüquq və vəzifələri, pis və yaxşı əməlləri
öz əksini tapmışdır. «Çjuan-tszı» əsərinin «Səma altı» fəslində
göstərilirdi ki, fəlsəfə bu dövrdə səmanı başlıca - müsbət
məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir.
______________Milli Kitabxana_____________
328
Həmin fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə
din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi.
İn hakimi Pan-gen xalqı xəbərdar edirdi ki, mənim üçün
yaxım və uzaq fikri yoxdur. Kim cinayət törədirsə, ölümə
məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə
görə şöhrətləndiriləcəkdir. Deməli, burada hakimlik, yüksək
nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə
əxlaqi normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan
sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, siyasi, əxlaqi
fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə də Çin
mifologiyasında material tapmaq mümkündür. Öz məzmununa
görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə
mürəkkəbləşməyə başladı. Nəticədə həmin normalarda hakim
sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı
bir sıra hökmdarların dedikləri tezliklə unudulmağa başladı.
Həmin xüsusiyyətlər təkcə Şan və Çjou dövrünün
fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün qədim Çin
fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx əlaqədar olmuş, həmin əlaqə
nəsli-iyerarxiya sistemi ilə bağlı olmuşdur. Bu əlaqə təkcə
quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə də
mövcud olmuşdur. Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi
elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır.
Qədim Çin mədəniyyəti əski dövrlərdən yazılı mənbələrlə
zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində heroqlifik yazı sistemi
mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə
olunmuşdur. Çinlilər uzun əsrlər boyu ipək üzərində natural
rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı
kəşf etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim
eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz minə çatdı.
Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir. İki-üç
mərtəbəli evlərin tikilişi, büllur qablar istehsalı və s. bu
qəbildəndir. Məbədlər və qəsrlərin tikilişi davam etdirildi. E.ə. III
əsrdə Çində külli miqdarda imperator sarayı tikilmişdir.
Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi
alətləri və s. böyük inkişaf yolu keçmişdir. Qədim çinlilər oxlu
texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su
______________Milli Kitabxana_____________
329
dəyirmanı, maşın-nasos və seysmoqrafiya çinlilərin adı ilə
bağlıdır. Ən böyük tarixçi çox cildlik «Tarixi qeydlər»in müəllifi
də çinli Sıma Syandır. Məşhur «Böyük Çin səddi» də ən böyük
memarlıq nümunəsidir. Hindistan dünyanın qədim sivilizasiya
mərkəzlərindən biridir. Qədim Hindistan sivilizasiyası Misirin,
Mesopotamiya və Yunan sivilizasiyalarından fərqlənir. Onun
ənənələri bizim günlərə qədər saxlanılaraq, əslində çox cüzi
dəyişikliklərə uğramışdır. Arxeoloji qazıntıların aparılmasına
qədər Misir, yaxud İraq kəndliləri öz əcdadlarının mədəniyyətləri
haqqında, demək olar ki, heç nə bilmirdilər. Yunan əhalisi isə
Perikl zamanındakı Afinanın şöhrəti haqqında dumanlı
təsəvvürlərə malik idi. Çin mədəniyyəti güclü inkişaf səviyyəsinə
qədəm qoyaraq bütün sivilizasiyalar üçün müsbət nümunə kimi
bugün də xüsusi əhəmiyyət və maraq kəsb etməkdədir.