Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə42/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   38   39   40   41   42   43   44   45   ...   359
Xarici siyasət 
fəaliyyəti 
30 
Azərbaycanda yoxdur. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni 
olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə 
bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər. Əgər onların hamısı azərbaycanlıdırsa, biz 
onları necə ayıra bilərik. Eyni qan, eyni etnik mənsubiyyət. Bu, bəlkə də Azərbaycanda verilən ən son sualdır. Siz 
bizim ölkəmizi çox yaxşı tanıyırsınız. Biz hamımız müsəlmanıq və aramızda heç bir bölgü yoxdur. Müsəlman 
dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Müsəlman dünyası birləşmiş 
olmalıdır. Biz nə edirik? Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. 
Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər. Məsələn, biz artıq 
Türkiyə-Azərbaycan əməkdaşlıq formatını müzakirə etdik. Türkiyə-Azərbaycan əməkdaşlıq formatının 
üstünlüklərindən biri odur ki, biz birgə fəaliyyət qurmuşuq. Məsələn, Azərbaycanın daha yaxşı əlaqələrinin və ya 
Türkiyənin daha yaxşı əlaqələrinin olduğu ölkələr də əlavə potensial yaradır. Bilirsiniz ki, Azərbaycan Türkiyə 
və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri 
arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki 
əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də 
təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, 
indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada 
getdiyini görürük. 
Yenidənqurma proseslərimizə gəlincə, sözsüz ki, ilk növbədə, gördüyümüz işləri oraya yaşamağa gələcək 
insanlar üçün görürük. Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan 
olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura 
Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi 
infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda 
deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. 
Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə 
alsaq düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. 
Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur 
nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq. Zəngilana dəmir yolu artıq tikilir, yəqin ki, 
siz onu görmüsünüz. Gələn il o, demək olar ki, Ermənistan sərhədinə çatacaq. Füzulidəki hava limanından hazırda 
fəal şəkildə istifadə olunur. Çox sayda qonaq, o cümlədən beynəlxalq qonaqlar ondan istifadə edirlər. Sözsüz ki, 
Laçındakı hava limanı xüsusi əhəmiyyətə malikdir, çünki Laçına gediş asan deyil. Oraya Kəlbəcər dağları 
vasitəsilə, - mən indini nəzərdə tuturam, - çatmaq olar ki, bu, bəzən yayda belə mümkün olmur, ya da Qubadlı 
vasitəsilə. Ona görə də bu, əsasən orada yaşayacaq insanlar üçün əhəmiyyət kəsb edir. 
Bunun gələcəkdə region üçün əlavə faydalarının olub-olmayacağına gəlincə, sözsüz ki, olacaq. Biz Bakı-
Tbilisi-Qars dəmir yoluna investisiya yatırmağa başlayanda da suallar var idi ki, başqa bağlantılarımız olduğu 
halda, niyə biz bu qədər vəsait, demək olar, 800 milyon ABŞ dolları sərf edirik. İndi isə biz görürük ki, vəziyyət 
dəyişib. Onun 5 milyon tonadək genişləndirilməsinə ehtiyac var və biz artıq bunu edirik. Gələn ilin sonunadək o, 
hazır olmalıdır. Qarabağla bağlı da eyni olacaq. Çünki o, Azərbaycanın inkişafı üçün aparıcı qüvvə olacaq, orada 
çox sayda işçi qüvvəsi toplanacaq. Bu, bizə işsizliyi aşağı səviyyədə saxlamağa imkan verəcək. 
Əlbəttə ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, 
heç kim geri qayıtmayacaq. Lakin siz məktəbdə 70 uşaq görürsünüz. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin 
nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan 
xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz. Əminəm ki, keçmiş məcburi köçkünlərin 
mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb. 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin 
müdiri 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə