114
gödəldilmiş AQB-nin qazıma alətində
istifadəsi çox geniş
tədbiqini tapmışdır.
Maili qazıma ilə məşğul olan şirkətlər əsasən müxtəlif
uzunluqlu (1,5m; 3m; 4,5m) gödəldilmiş AQB-lərdən istifadə
edirlər.
Şəkil 4.12. Gödəldilmiş maqnitləşməyən AQB
(maqnitləşməyən borucuq)
Maqnitləşməyən borucuq
−
maqnitləşməyən
AQB-nin
gödək versiyasıdır.Onlar əsasən adi maqnitləşməyən AQB-dən
gödəldilməklə alınır. Maqnitləşməyən borucuq mühərriklə
MWD sistemi arasında, mühərrikin
maqnit müdaxilələrinin
təsirini aradan qaldırmaq üçün yerləşdirilə bilər.O əsasən üfüqi
quyuları qazımaq üçün QKAH-də yerləşdirilir.
Maqnitləşməyən stabilləşdiricilər.
Maqnitləşməyən stabilləşdiricilər lazım olan vaxt quyu
dibi cihazların yaxınlığında yerləşdirilə bilər.
4.7. Yasslar.
Dünyada ilk dəfə yas 1830-cu ildə Uilyam Morris duz
şaxtasına
kanatla
vurma
qazıma
üsulunda
tətbiq
115
etmişdir.Sonralar qazımaçı neftçilər bu aləti təkmilləşdirmiş və
hal-hazırki vəziyyətə gətirmişlər.
Yas-tutulmuş kəmərə yuxarıdan aşağıya və ya aşağıdan
yuxarıya güclü zərbə endirmək üçün bir alətdir. Hal-hazırda
yaslar tətbiq sahələrinə görə tutucu və qazıcı tiplərirə bölünür.
Bu yasların quruluşları və əsasəndə
iş prinsipləri eynidir,
müxtəlif təyinatlı yaslar istifadə sahələrinə görə bir-birindən
fərqlənirlər.
Borunun tutulmasının iki əsas tipi məlumdur:mexaniki və
diferensial (şəkil 4.13).
maneə yaranma nov əmələ gəlmə diferensial tutulma
a b
Şəkil 4.13. Borunun tutulma formaları:a – mexaniki,
b – diferensial.
Mexaniki tutulma əsasən qazıma
kəmərinin hərəkəti
zamanı, fiziki maneə və ya məhdudiyyət səbəbindən baş verir.
Borunun mexaniki tutulmasının üç əsas səbəbi var: maneə,
tıxac yaranması və quyu lüləsinin həndəsi forması.
Diferensial tutulma boru hərəkətsiz və ya çox kiçik sürətlə
hərəkət etdikdə baş verir. Onun səbəbi qazıma məhlulunun izafi
təzyiqidir – qazıma məhlulunun hidrostatik təzyiqi keçirici
116
layların məsamə təzyiqindən artıq olduqda boru quyu divarına
sıxılır. Belə mürəkkəbləşmələrin səbəbi hidroststik təzyiqin
yüksək olması, qazıma məhlulunun şirələdiyi səthin qalın
olması,
qazıma
məhlulunun
sıxlığının
yüksək
olması
həmçinində qazıma məhlulunun tərkibində
bərk hissəciklərin
həddən çox olması.
Yasslar quyuda tutulmuş qazıma kəmərini azad etmək və
ya quyuda qazıma kəmərinin sərbəst hərəkətinə mane olan
istənilən problemləri aradan qaldırmaq üçün tətbiq edilir.
Maili-istiqamətləndirilmiş
və
üfüqi
quyularda
yasların
yerləşdirilməsi sxemi şəkil 4.14-də göstərilmişdir.
Şəkil 4.14. Maili ‒ istiqamətləndirilmiş və üfüqi quyularda
yasların yerləşdirilməsi.
117
Yassların təyinatı lazım olan hallarda fırlanan qazıma
kəmərindən və zərbə gücündən
yaranan burucu momenti
ötürmək üçün işlədilir.
Zərbə aşağı və ya yuxarı istiqamətdə yerinə yetirilə bilər.
O, qazıma kəmərinin tutulma ehtimalının məhdud olan
nöqtələrində yerləşdirilir (misal üçün qalınlaşdırılmış divarlı
borularda).
Üç tipdə olan yasslar ən geniş yayılmışdır:
- mexaniki
- hidravliki
- hidromexaniki
Dostları ilə paylaş: