Mexaniki yasslar.
Mexaniki yasslar ‒ mexaniki hərəkətli teleskopik zərbə
alətidir (şəkil 4.15). Tutulmuş alətə zərbə, yass açıq
vəziyyətdən bağlı vəziyyətə keçən zaman yasın hərəkət etmə
uzunluğuna bərabər sahədə aldığı təcil ilə AQB vasitəsilə
vurulur.
Şəkil 4.15. Mexaniki yasın hissələri.
118
Mexaniki yasslar yayın yığılmış enerjisinin köməyilə
hərəkətə gətirilir. Onlar əvvəl verilmiş qiymətə qədər ya
dartılma ya da sıxılma ilə hərəkətə gətirilən yuxarı və aşağı
zərbələr yarada bilir.
Yassın tipindən asılı olaraq hərəkətə gətirilmə qüvvəsinin
qiymətinin tənzimlənməsi ya yer səthindən, ya da quyu
dibindən yerinə yetirilir.
Yuxarı və aşağı istiqamətlərdə zərbə yükünün qiymətinni
tənzimlənməsi bir-birindən asılı olmayaraq 0-dan 100 t-a qədər
yerinə yetirilir.
İkinci tip, yəni quyu dibindən işləmə gücünün qiymətinni
tənzimlənməsi qazıma kəmərində ya fırlanma ya da burucu
moment yaratmaqla yerinə yetirilir.
Hidravliki yasslar (şəkil 4.16).
Şəkil 4.16. Hidravliki yasın yuxarı işləmə prinsipi.
a) Yass işçi vəziyyətə gətirilib; b) Qazmaçı qazıma
kəmərini yavaş-yavaş yuxarı qaldırır və onunla birlikdə yasn
yuxarı hissəsini; c) Hidravliki maye böyük həcmli kameradan
kiçik diametrli kanal vasitəsilə kiçik həcmli kameraya axmağa
başlayır; ç) Kiçik həcmli kamerada hidravliki maye müəyyən
səviyyəni aldıqda ştok birdən yuxarı hərəkət edir və zərbə alınır
119
Hidravliki yasslar yağ çənində yığılmış yağın hidravliki
enerjisinin köməyilə hərəkətə gətirilir. Onlar ya yuxarı, ya da
aşağı zərbələr endirə bilir. Bu tip yasslar qazıma kəmərinin ya
dartılması, ya da boşalması ilə hərəkətə gətirilə bilir.
Hidravliki yasın yuxarı hərəkətdə iş prinsipi şəkil 4.16-də
göstərilmişdir
Zərbə gücünün qiyməti qazıma kəmərində yaradılan
dartılma və ya sıxılma qiymətindən təyin edilir.
Böyük inhiraflı quyuların qazılması zamanı və ya quyu
lüləsində daralma olan zaman, yassın öz- özünə işə düşməsi baş
verə bilər. Bu, onun çatışmayan cəhəti kimi qeyd oluna bilər.
Hidromexaniki yasslar.
Hidromexaniki yasslar iki ayrı seksiyadan ibarətdir:
- yuxarı seksiya özlüyündə hidravliki yassdır
- aşağı seksiya özlüyündə mexaniki yassdır
Hidromexaniki yass böyük uzunluğa (10 m və daha
böyük) malikdir. Belə ki, onun üstün cəhətinə seksiyaların
ayrılması və hər seksiyanın ayrılıqda işlənməsidir.
Burulma yası.
Son zamanların ən perspektivli layihələrindən biri burulma
yasını göstərmək olar (şəkil 4.17).
Məlumdur ki, tədbiq olunan bütün yaslar yuxarı və ya aşağı
istiqamətlərdə zərbələr endirir.
Mədən praktikasında bir çox hallarda işçi boru kəmərinin
böyük uzunluqda sahəsində qəza baş verir. Belə qəza zamanı
tutulmuş boruları hissə-hissə ardıcıl olaraq açmaq məqsədə
uyğundur.Təcrübə göstərir ki, adi üsul ilə açma prosesi-
fırlanma momentinin yer səthindən statik yolla ötürülməsi
effektli deyil. Boruların daha effektli açılması, dönməyə zərbə
burulma momentinin, burulma yasının köməyilə verilməsi
yoludur.
120
Şəkil 4.17. Burulma yası
Akselerator (gücləndirici)
Akselerator və ya gücləndirici yasın yaratdığı zərbə
gücünün artırılması üçün tətbiq edilir.
Onlar sürüşkən birləşmələrdən ibarətdir, belə ki, onun
uzanma hərəkəti zamanı fəaliyyətsiz qazda sıxılma imkanı
yaradır (məsələn, azot).
Sıxılmış qazın təsiri ilə quyudibi alət azad olan zaman
onun ilkin vəziyyətinə qayıtması baş verir ki, bu da yassın
özünün zərbə gücündən əlavə zərbə gücü əmələ gətirir.
4.8. Quyudibi amortizatorlar.
Quyudibi amortizatorlar (şəkil 4.18) qazıma baltasının və
qazıma kəmərinin yaratdığı titrəyiş dalğalarını aradan
qaldırmaq üçün təyin edilmişdir.
121
Onlar qazıma baltasının və qazıma kəmərinin iş
müddətinin artırılmasına təsir edir və son nəticədə qazıma
qurğusunun işləmə vaxtını uzadır. O, AQB ilə müqayisədə kiçik
sərtliyə malikdir, bu da şaquli intervalların qazılmasında
problemlər yarada bilər.
Quyudibi amortizatorlardan istifadənin üstün cəhətləri
aşağıdakılardır:
1. Qazıma avadanlıqlarının, balta, quyudibi mühərrik,
telesistem və qazıma borularının etibarlılığını və işləmə
müddətini artırır:.
2. Quyu tikintisinə sərf olunan vaxt azalır.
Şəkil 4.18.
Quyudibi amortizatorlar
1 – gövdə, 2 – aşağı keçirici, 3 – diyircəkli qıfıl, 4 – yuxarı
keçirici, 5 – nimçəvari yay.
122
Hal-hazırda aşağıdakı ölçülərdə quyudibi amortizatorlar
buraxılır:
89 mm (3
¾
); 121mm (4
¾
); 165 mm (6
½
); 172 mm (6
¾
); 203 mm(8)
229 mm( 9 ); 241 mm (9
½
); 254 mm (10); 286 mm (11
¼
)
Keçirici-kompensator
Teleskopik tarazlayıcı (kompensator) (şəkil 4.19) şaquli
yerdəyişməyə, gəminin və yarım dalma qazıma qurğusunun
(YDQQ), dalğanın təsirindən suya baş vurmasının qarşısını
almaq üçün istifadə olunur.O atqılı xətli xarici borudan, daxili
borudan, işçi və qəza kipləşdiricilərdən, keçiricilərdən, daxili
borunu diverter bloku ilə birləşdirmək üçün lazımi işləri görən
kipləşdirici uzeldən ibarətdir.Teleskopik tarazlıyıcının köməyilə
qurğunun şaquli yerdəyişməsi 18,3 m qədər təmin olunur.
Teleskopik tarazlıyıcının qıfıl (mufta və nipel) elementləri
dəniz dayağının seksiyalarının elementləri ilə eynidir.
Onlar quyudibi amortizator və alətin tutulması zamanı
yassla birlikdə tətbiq edilə bilər.
Şəkil 4.19. Şaquli yerdəyişmə kompensatoru
1 – gövdə
2 – inevmo silindr
3 – travers
4 – lövhəli zəncir
5 – tal kanatı
6 – tal bloku
7 – qarmaq
yükqldırma 3,555 kN
statik yükqaldırma 7,110 kN
gediş məsafəsiв 7,62 m
maksimal təzyiq 6,55
123
4.9. Genişləndiriclər.
Pilot genişləndiriclər.
Pilot genişləndiriclər (şəkil 4.20) quyudibi alətdir və
qazılmış quyu lüləsini genişləndirmək üçün istifadə olunur.
Pilot genişləndirici kiçik diametrli quyu lülələrinin
genişləndirilməsi üçün tətbiq edilir. Pilot genişləndiricilər
diyircəkli şaroşkalar üçün dayaq rolunu oynayan və gövdədə
bərkidilən bir neçə (2-dən 4-ə qədər, əsasən 3) pərlərə malikdir.
Müxtəlif dağ süxurlarının qazılması üçün müxtəlif tipli
dişlərə malik çoxlu sayda diyircəkli şaroşkalar vardr. Gövdənin
aşağı hissəsində qazıma baltasına uyğun ya baltanı ya da pilot
istiqamətləndirici rolunu oynayan hamar kəmər parçası
bağlamaq üçün yiv birləşmələri vardır. Maili-istiqamətlənmiş
quyularda yan lülənin qazılmaması üçün yumşaq süxurlar
intervalının genişləndirilməsi zamanı hamar dəmir parçası
istifadəsi məcburidir.
Şəkil 4.20. Pilot genişləndiriclər
124
Açılan genişləndiricilər
Açılan genişləndiriclər (Şəkil 4.21) qazılmış quyunun
yuxarı intervalının (istər möhkəmləndirilmiş, istərsə də açıq
lülə) diametrinə qədər və ondan böyük diametrə qdər
genişləndirmək üçün istifadə edilir. Bu genişləndiricinin əsas
elemnti genişləndiricinin gövdəsinə birləşdirilmiş hərəkət edən
pərlərə bərkidilmiş şaroşka kompleksidir. Bu pərlər qazıma
məhlulunun dövranı başlayanda hidrodinamiki təsirlə açılır və
dövran dayandıqda başlanğıc vəziyyətini alır.
Dostları ilə paylaş: |