91
4. Maili və üfüqi quyuların qazılması üçün
avadanlıqlar.
4.1. Qazıma kəməri
Aparıcı (işlək) boru, qazıma boruları, qazıma qıfılları,
keçiricilər, yüngül
xəlitəli qazıma boruları
və ağırlaşdırılmış
qazıma borularından ibarət, diametri uzunluğuna nisbətən çox
kiçik,
içərisi boş silindrik val
qazıma kəməri
adlanır. Qazıma
kəməri quyu dibində yerləşən qazıma baltası ilə xüsusi
meydança üzərində yerləşdirilmiş qazıma avadanlığı arasında
əlaqə vasitəsidir.
Neft və qaz quyularının qazılma texnikası və texnolo-
giyasının hazırkı
inkişaf səviyyəsi birbaşa, yaxud da dolayı
yolla qazıma kəməri ilə bağlıdır. Belə ki, kitabın əvvəllərində
deyildiyi kimi vaxtilə qazıma kəmərini quyuya endirməklə
qazıma işinin aparılması təklifi qazımanın
tarixində inqilabi
çevriliş idi. Qazıma kəməri özündən əvvəlki dövrlərdə
qazımada çətin, yaxud mümkün olmayan bir çox problemləri
həll etməyə imkan verdi.
Qazıma kəmərinin vəzifələri və ünsürləri
Qazıma kəmərinin əsas vəzifələri aşağıdakılardır:
1) qazıma baltasını quyuya endirib qaldırır;
2) rotor üsulu və yuxarı intiqal sistemi ilə qazımada
fırlanma hərəkətini quyu dibindəki baltaya ötürür;
3) qazıma məhlulunun dövranını təmin edir;
4) istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır;
5) quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış
və ya açılmış qazıma alətinin quyuda qalan hissəsini çıxarmağa
kömək edir;
92
6) quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması,
sementlənməsi quyruq kəmərinin endirilməsi və s.)
kömək
edir;
7) elektrik üsulu ilə qazımada elektrik enerjisini qazima
kəməri içərisində yerləşdirilmiş kabel vasitəsilə elektrik
qazıyıcısına ötürür.
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir:
1) aparıcı boru (işlək boru);
2) qazıma boruları və onların
birləşmələri, qazıma
qıfılları;
3) yüngül xəlitəli qazıma boruları (YQB);
4) qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaş-
dırılmış qazıma boruları (AQB);
5)
qazıma
kəmərinin
köməkçi
hissələri
(mərkəzləşdiricilər,stabilləşdiricilər,qəlibləyicilər,genişləndi-
ricilər keçiricilər, əks klapanlar, qoruyucu rezin halqalar).
Rotor və yuxarı intiqal sistemi ilə qazımada quyunun
qazılmasını təmin etmək üçün qazıma kəmərinin ucuna
müvafiq balta bağlanır və bu balta qazıma
kəməri ilə birlikdə
fırladılır. Quyudibi mühərriklərlə qazımada balta ilə qazıma
kəməri arasında turbin qazıyıcısı və ya vintli
hidravliki
quyudibi
mühərrik, elektrik üsulu ilə qazımada isə elektrik
qazıyıcısı yerləşdirilir. Bu zaman balta quyudibi mühərriklərin
valına bağlanır və onun quyu dibində fırladılmasını
həmin
mühərriklər təmin edir. Beləliklə,quyudibi mühəriklərlə qazıma
zamanı qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur.
Göründüyü kimi, qazıma kəməri qazıma üsulundan asılı
olaraq müxtəlif şəraitlərdə işləyir. Yəni rotor və ya yuxarı
intiqal sistemi ilə qazıma üsullarında qazıma kəmərinin iş
şəraiti çox gərgin, quyudibi mühəriklərlə qazımada isə nisbətən
yüngüldür. Məhz bu səbəbə görə, müasir qazımada qazıma
kəmərinin elementləri qazıma üsulundan asılı
olaraq müxtəlif
konstruksiya və ölçülərdə hazırlanır.
93
4.2.Aparıcı borular (işlək borular) və
onların vəzifələri
Dostları ilə paylaş: