87
Şəkil 3.26. Bisentrik baltalar
Konsentrik balta.
Konsentrik tip baltanın(şəkil3.27)
hidravlikası
elə layihələndirilib ki,yuma dəlikləri və pərlər
arasındakı fəza şlamın qaldırılma sürətini artıran qazıma
məhlulunun düzxətli hərəkətinin yaradır.
Pilot və genişləndirici hissələrdən
ibarət olan bu balta
quruluşu quyu lüləsində effektiv genişlənmə aparılmasına
imkan verir, qazıma məhlulunun burulğan hərəkətinin yaranma
ehtimalını azaldır və baltanın istismar müddətini artırır.
89
Xüsusiləşdirilmiş alətlər
. Xüsusiləşdirilmiş alətlər (şəkil
3.29). dişləri
bərk xəlitə ilə təchiz olunmuş, qoruyucu kəmərin
aşağı
hissəsini,sement körpüsünü,qum tıxaclarını, parafin
çöküntülərindən NKB-nı təmizləmək
üçün kiçik və orta
diametrdə (45-250mm) hazırlanan baltalardır.
İstiqamətləndirici və konduktor kəmərinin intervalında
kiçik abrazivlikli yumşaq və orta bərklikli süxurları qazımaq
üçün böyük diametrdə (250-550mm) hazırlanır.
Bu baltanın quruluşu bərk xəlitədən və ya səthi bərk
xəlitə ilə örtülmüş halda olur.
Şəkil 3.29.
Xüsusiləşdirilmiş alətlər
“VR” tipli balta.“
VR”
tipli balta (şəkil3.30) az
abrazivlikli yumşaq və orta süxurlarda quyu lüləsinin işlənməsi,
şablonlaşdırılması və qəliblənməsi üçün təyin edilir. Belə
baltanın tətbiqi bahalı PDS tipli baltaların zədələnməsinin və
tez sıradan çıxmasının qarşısını alır. Bu baltanın matrisası
özlüyündə PDS tipli baltanın kəsici
hissəsi və bərk xəlitəli
dişlərin birləşməsidir.