70
Üçşaroşkalı baltalar.
Bu baltalar iki üsulla hazırlanır.
Birinci üsulla hazırlanan baltalar
bir-biri ilə tikişlə qaynaq
edilmiş 3 seksiyadan ibarət, diamenri 46
346 mm olur. İkinci
növ şaroşkalı baltalar tökmə üsulla hazırlanır (diametrləri 394
490 mm olur). Bu növ baltaların yuma dəlikləri də iki cür
hazırlanır. Baltalardan bəzilərinin yuma dəliklərindən çıxan
maye şırnağı balta dişlərini təmizləmək məqsədilə şaroşkaların
üzərinə yönəldilir (şəkil 3.8). Bəzi baltalarda isə maye şırnağı
quyu dibinə istiqamətləndirilir ki, bu da quyudibi süxurların
dağıdılmasına və quyu dibinin yaxşı
təmizlənməsinə kömək
edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır.
Belə baltalar hidromonitor effektli baltalar adlanır (şəkil 3.8).
Rotor və elektrik üsulu ilə qazımada daha yüksək nəticələrə nail
olmağa imkan yaradır. Qeyd edilməlidir ki, bir çox xarici
ölkələrdə, o cümlədən ABŞ - da üçşaroşkalı
baltalardan geniş
istifadə edilir. Hazırda üçşaroşkalı baltalar şəkil 3.9 - da
göstərilən tiplərdə istehsal olunur.
Şaroşkalı baltanın quyudibi ilə qarşılıqlı əlaqəsi belədir:
baltaya verilən oxboyu yükün təsiri nəticəsində şaroşkalar
üzərindəki
dişlər,
süxürün
dağılmaya
göstərdiyi
müqavimətindən çox olan hallarda süxura batır və onu dağıdır.
Qazımanın texniki-iqtisadi göstəricilərini yüksəltmək
üçün çalışmaq lazımdır ki, qazıma
prosesinin əvvəlindən
sonunadək oxboyu yük süxurun dağılmaya göstərdiyi buraxıla
bilən gərginlik həddindən böyük olsun. Müasir üçşaroşkalı
baltaların
ayrı-ayrı
elementlərinin
dayanıqsız
olması,
dayaqlarının, işçi səthlərinin, yuma dəliklərinin və onların
hazırlandığı materialların yüksək keyfiyyətli olmaması kiçik
diametrli quyu lüləsinin qazılmasında özünü doğrultmur.