3.1. Pərli və ya tiyəli baltalar.
Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən ən
sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən yumşaq və
orta bərklikli süxurları, sement tıxaclarını, qoruyucu kəmərlərin
aşağı ucunda metal hissələri qazımaq və quyu lüləsinin
genişləndirilməsi üçün istifadə edilir. Belə tip baltalar, əsasən,
ikipərli, üçpərli, çoxtiyəli sürtücü-kəsici tipli buraxılır.
İkipərli baltaların (2P) diametri 76,0
165,1mm-ə qədər
olur və adi yuma dəliklərinə malikdirlər (şəkil 3.1.). Bu baltalar
gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv
şəkildə hazırlanır. Bundan başqa ikipərli baltalar sürtücü-kəsici
60
(SK) və hidromonitor effektli sürtücü-kəsici (SKH) tiplərdə
olur.
Şəkil 3.1. İkipərli balta
Üçpərli adi baltalar (3P) (şəkil 3.2b) və hidromonitor
(3PH) (şəkil 3.2c) yuma dəlikləri olan şəkildə istehsal edilir. Bu
baltalar 118
445mm diametrlərdə hazırlanır. İkipərli və üçpərli
baltaların ölçüləri və texniki xarakteristikaları cədvəl 3.1 və 3.2-
də göstərilmişdir. Adi yuma dəliyi olan baltalarda maye seli
bilavasitə tiyə üzərinə axdığı halda, hidromonitor baltalarda
maye seli 60-100m/san sürətlə quyu dibində doğranacaq süxur
parçalarına 1,5
0
bucaq altında istiqamətləndirilir. Hidromonitor
effekt əldə etmək məqsədilə bu baltaların yuma dəliyinə kiçik
diametrli saxsı borucuqlar geydirilir. Bu borucuqlar abrazivliyə
davamlı möhkəm materialdan hazırlanır.
a b c
Şəkil 3.2. Üçpərli balta:
a – ümumi görünüşü; b – adi 60eni dəlikli (3P); c –
hidromanitor tipli 60eni dəlikli (3PH)
61
Cədvəl 3.1
Ikipərli baltalar
Şifr
Baltanın
diametri,
mm
Baltanın
hündürlüyü,
mm
Yivi
Buraxıla
bilən
yük, kN
Çəkisi,
kq
1
2
3
4
5
6
2P-93,0 M
93,0
175
3-50
20
2,3
2P-97,0 M
97,0
175
3-50
20
2,4
2P-98,4 M
98,4
175
3-50
30
2,4
2P-112,0 M
112,0
175
3-50
30
2,6
2P-118,0 M
118,0
175
3-50
30
2,7
2P-120,6 M
120.6
175
3.50
35
2.7
2P-132.0 M
132.0
175
3.50
40
2.8
2P-139.7 M
139.7
190
3-63,5
45
4.1
2P-146.0 M
146.0
190
3-63.5
45
4.2
2P-151.0 M
151.0
190
3-63.5
50
4.3
2P-161.0 M
161.0
190
3-63.5
55
4.4
2P-165.1 M
165.1
190
3-63.5
55
4.4
2-SK-76 S
73
120
3-63.5
30
1.5
2-SK-93 S
93
140
3.63-5
45
3
2-SK-112 S
112
160
3-63.5
60
5
2-SK-118 S
118
160
3-63.5
60
6
2-SK-132 S
132
180
3-63.5
80
11
2-SK-135 S
135
180
3-88
90
12
2-SK-140 S
140
220
3-88
100
13
2-SKH-140 S
140
220
3-88
100
13
2-SK-151 S
151
220
3-88
120
14
2SKH-151 S
151
220
3-88
120
14
2SK-161 S
161
220
3-88
130
15
2SKH-161 S
161
220
3-88
130
15
2SK-190 S
190
250
3-121.
180
18
2-SKH-190 S
190
250
3-121
180
18
2-SK-214 S
214
260
3-121
220
25
2-SKH-214 S
214
260
3-121
220
25
2-SK-243 S
243
290
3-121
280
32
62
Cədvəl 3.1-davamı
1
2
3
4
5
6
2-SKH-243 S
243
290
3-121
280
32
2-SK-269 S
269
300
3-121
350
36
2-SKH-269 S
269
300
3-121
350
36
Cədvəl 3.2
Üçpərli baltalar
Şifr
Baltanın
diametri,
mm
Balta-nın
hündürlü-
yü, mm
Yivi
Buraxıla
bilən yük,
kN
Çəkisi,
kq
1
2
3
4
5
6
3P-120.6M
120.6
240
3-76
50
8
3P-132.0 M
132
260
3-88
55
10
3P-139.7 M
139.7
260
3-88
60
10
3P-146.0 M
146
260
3-88
80
11
3P-151.0 M
151
260
3-88
80
11
3P-161.0 M
161
260
3-88
85
12
3P-165.1 M
165.1
260
3-88
90
12
3P-171.4 M
171.4
260
3-88
90
15
3P-187.3 M
187.3
280
3-88
100
25
3PH-190.5M
190.5
320
3-117
120
27
3PH-200.0 M
200
320
3-117
130
27
3PH-212.7 M
212.7
320
3-117
130
27
3PH-215,9 M
215,9
320
3,117
130
27
3PH-222,3 M
222,3
320
3-117
140
27
3PH-242,9 M
242,9
320
3-121
160
33
3PH-244,5 M
244,5
320
3-121
160
33
3PH-250,8 M
250,8
320
3-121
160
33
3PH-269,9 M
269,9
356
3-152
170
35
3PH-295,3 M
295,3
420
3-152
220
61
3ПЩ-311,1 М
311,1
420
3-152
230
61
3ПЩ-320 ,0 М
320,0
420
3-152
230
61
3PH-349,2 M
349,2
420
3-152
250
63
3PH-374,6 M
374,6
440
3-171
310
87
63
Cədvəl 3.2-nin davamı
1
2
3
4
5
6
3PH-393,7 M
393,7
440
3-171
330
87
3PH-444,5 M
444,5
440
3-171
370
90
3SK-190 MSZ
190
260
3-121
130
18
3SKH-190 MSZ
190
260
3-121
130
18
3SK-214 MSZ
214
260
3-121
150
20
3SKH-214 MSZ
214
260
3-121
150
20
3SK-243 MSZ
243
260
3-121
180
21
3SKH-243 MSZ
243
260
3-121
180
21
3SK-269 MSZ
269
260
3-121
200
23
3SKH-269 MSZ
269
260
3-121
200
23
Qeyd: M–yumşaq süxurlar üçün, MSZ–orta bərklikli
abraziv yumşaq süxurlar üçün, S–orta bərklikli süxurlar üçün,
P-pərli, PH–pərli hidromanitor, SK–sürtücü-kəsici, SKH–
sürtücü-kəsici hidromanitor.
Pərli baltalar qazıma məhlulunun hidravlik gücü hesabına
işləyən mühərriklər və elektrik mühərrikləri ilə qazımada
istifadə olunmur. Çünki bunlarla qazımada böyük fırladıcı
moment tələb olunur.
Çoxtiyəli sürtücü-kəsici tipli baltalar (SK) bərkliyi tez-tez
dəyişən təbəqələrdən ibarət laylarda tətbiq edilir. Bu baltalar
diametrləri 76
269 mm-ə qədər olan adi yuma dəliyi ilə (SK)
və hidromonitor yuma dəliyi ilə (SKH) hazırlanır. Bu tip
baltalar, əsasən, gövdədən və ona qaynaq edilmiş 6 ədəd
tiyədən ibarətdir. Bunlardan üçü normal hündürlükdə, üçü isə
qısaldılmış ölçüdə olur. Qısa pərlərin hər biri iki normal pər
arasında yerləşən hidromonitor tipli (şəkil 3.3.a) və adi (şəkil
3.3.b).
64
Şəkil 3.3 (a). Altıpərli süxurlara sürtünərək kəsən hidromonitor
tip baltanın ümumi görünüşü (6SK)
görünüş A
Şəkil 3.3 (b). Altıpərli süxurlara sürtünərək kəsən balta (6SK):
1 – gövdə; 2 – kipləşdirici halqa; 3 – bolt; 4 – şayba; 5 –
bayanet şaybası; 6 – keçirmə (nasadka); 7 – mil (ştır); 8 – pər;
9 – gödəldilmiş pər.
65
Pərli baltalardan ən geniş yayılmışı balıqquyruğu (BQ)
tipli baltalardır. Bu baltalar əsasən quyuların başlanğıc
diametrini qazımaq üçün istifadə olunur.
Bu tip baltalar 420
÷
640 mm diametrlərdə hazırlanır .
BQ baltaların yuma dəliklərinin konstruksiyalarına görə
iki növü məlumdur.
- yuxarı yuma dəlikli balta şəkil 3.4 (a);
- aşağı yuma dəlikli balta şəkil 3.4 (b).
Şəkil 3.4 (a). Balıqquyruğu (BQ) –tipli yuxarı yuma dəlikli
balta
Şəkil 3.4. (b). Balıqquyruğu (BQ) – tipli aşağı yuma dəlikli
balta.
66
M.A. Kapelyuşnikov turbin qazıyıcısının ilk sınaqdan
keçirilməsi 1925-ci ildə üçpərli baita ilə aparılmışdır.Həmin
anın işçi vəziyyəti şəkil 3.5-də göstərilmişdir.
Şəkil 3.5.
3.2. Şaroşkalı baltalar
Neft və qaz quyularının qazılmasında şaroşkalı baltalardan
geniş istifadə olunur. Şaroşkalı baltaların yastıq üzərində
oturdulmuş konus, kürə və yaxud silindr şəkilli şaroşkaları olur.
Şaroşka–konus, kürə, ya da silindr formada və üzərində həndəsi
profillə yonulmuş dişləri olan balta elementlərindən biridir.
Balta öz oxu ətrafında fırlandıqda şaroşkalar da quyu dibinin
üzəri ilə öz oxları ətrafında dolanaraq balta oxuna nəzərən
67
mürəkkəb hərəkət edir. Bu zaman şaroşkaların dişləri quyudibi
süxura zərbələr endirərək onu ya doğrayır, ya da doğrayıb
qoparır.
Balta öz oxu ətrafında saat əqrəbi istiqamətində fırlandığı
halda, şaroşkalar saat əqrəbinin əksi istiqamətində öz oxları
ətrafında fırlanırlar. Şaroşkalı baltaların effektliliyi, quyu
dibində işləmə müddəti və mexaniki sürəti–əsasən, şaroşkaların
və onların səthlərindəki dişlərin həndəsi formalarından,
şaroşkaların düzülüşündən və yastıqların quruluşundan, yuma
dəliklərinin diametrindən və istiqamətindən, dişlərin sərt
xəlitələrlə örtülməsindən və s. asılıdır.
Hazırda şaroşkalı baltalardan daha geniş istifadə edilməsi
onların pərli baltalara nisbətən bir çox üstünlükləri ilə izah
olunur.
1. Şaroşka dişlərinin ümumi süxurla görüşən uzunluğu
kəsici tipli baltanın pərlərinin kəsici səthinin ümumi
uzunluğundan xeyli artıqdır, lakin şaroşkalı baltaların quyudibi
ilə təmas səthi kəsici tip baltalarınkından çox kiçikdir. Odur ki,
eyni oxboyu yükdə xüsusi təzyiqin böyük olması hesabına
qazıma gedişi şaroşkalı baltalarda yüksək olur.
2. Kütləşənə qədər şaroşkalı baltaların kəsici tip baltalara
nisbətən gedişi daha çox olur, çünki süxurun hər dişə təsir
müddəti pərli baltalara nisbətən çox azdır və yeyilmə çoxsaylı
dişlərə paylanır.
3. Bərk süxurlarda işlədilərkən şaroşkalı baltalar üçün
tələb olunan fırladıcı moment çox kiçikdir, bu baltalar pərli
baltalara nisbətən daha müntəzəm və səlis işləyir.
4. Şaroşkalı baltalar quyu lüləsinin silindrik formasını
daha yaxşı təmin edir.
Şaroşkalı baltaların əsas nöqsanları onların quruluşunun
nisbətən mürəkkəb və qiymətinin baha olması, şaroşka
dayaqlarının kifayət qədər möhkəm olmamasıdır. Pərli
68
baltaların şaroşkalı baltalarla müqayisədə üstünlükləri onların
nisbətən sadə quruluşlu və qiymətlərinin ucuz olmasıdır.
Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox
şaroşkalı olur.
Dostları ilə paylaş: |