Elektrik üsulu ilə qazıma.
Bu üsul ilə qazımada baltanı
quyu dibində yerləşdirilmiş üçfazalı dəyişən cərəyan mühərriki
(asinxron mühərriki) fırladır.
Elektrik qazıyıcısına elektrik enerjisi qazıma borularının
içərisində yerləşdirilmiş kabellə daxil olur və fırlanğıc üzərində
yerləşdirilmiş cərəyan qəbuledicisi vasitəsilə ötürülür. Elektrik
qazıyıcısı qazıma kəmərinin ucuna, balta isə elektrik
qazıyıcısının valına bağlanır. Elektrik qazıyıcısı işə düşən kimi
onun valına bağlanmış qazıma baltası fırlanma hərəkəti alır.
Qazıma məhlulunun dövranı başqa qazıma üsullarında olduğu
kimidir. Elektrik üsulu ilə qazımanın böyük gələcəyi vardır.
Turbin üsulu ilə müqayisədə elektrik üsulu ilə qazıma aşağıdakı
üstünlüklərə malikdir:
55
Elektrik qazıyıcısının dövrlər sayı, momenti və başqa
parametrləri:
1) qazıma məhlulunun sərfindən, onun fiziki və kimyəvi
xassələrindən, quyunun dərinliyindən asılı deyildir;
2) qazıma rejimi parametrlərinin dəyişməsindən asılı
deyildir;
3) yerin üstündən elektrik qazıyıcısının işinə nəzarət
etmək və onu tənzimləmək mümkündür;
Bütün bu üstünlüklərlə yanaşı, elektrik üsulu ilə
qazımanın nöqsan cəhətləri də vardır. Bunlar aşağıdakılardır:
1) elektrik qazıyıcısına elektrik enerjisi ötürülməsinin
çətinliyi və mürəkkəbliyi;
2) elektrik qazıyıcısı ilə dərin quyuların qazılmasının
mümkünsüzlüyü;
3) elektrik qazıyıcısını qazıma məhlulunun təsirindən
qorumaq məqsədilə hermetikliyin təmin edilməsinin çətinliyi;
4) elektrik qazıyıcısının quyu dibində bəzən işə
düşməməsi.
Diametri imkan vermədiyinə görə elektrik qazıyıcısının 4
– 5 cüt qütbü olur. Dəyişən cərəyanın tezliyi 50 hers,
qütblərinin sayı 8 olarsa elektrik qazıyıcısının dövrlər sayı 440
500 dövr/dəq olar. Bu dövrlər sayı yumşaq və orta bərkliyə
malik abraziv süxurları qazımaq üçün çox böyükdür. Odur ki,
təcrübədə elektrik qazıyıcısının dövrlər sayını azaltmaq üçün
cərəyan tezliyini 20
35 hers arasında götürmək lazım gəlir ki,
bu da səmərəli deyil. Ən yaxşı nəticə əldə etmək üçün elektrik
qazıyıcısı ilə şpindel arasında ötürmə ədədini 1:2 nisbətində
qəbul edirlər və ya 2 reduktor yerləşdirirlər. Bu yol ilə dövrlər
sayını 2
4 dəfə azaltmaq mümkündür. İstehsalatda dövrlər
sayını tənzim etmək üçün bəzən elektrik qazıyıcısının qütblərini
dəyişirlər. Elektrik qazıyıcısının quruluşu şəkil 2.8-da və əsas
texniki göstəriciləri cədvəl 2.3-də göstərilmişdir.
56
Elektrik qazıyıcısının yuxarıda qeyd edilən nöqsanları
onun geniş yayılmasına imkan verməmişdir.
Bu üsul ilə qazımanın inkişafı qazıma avadanlığı üzrə
ixtisaslaşmış mütəxəssislərin tədqiqat obyekti olmalıdır.
Şəkil 2.8. Elektrik qazıyıcısının quruluşu:
1 – görüş mili; 2 – keçirici; 3 – mühərrikin işini tənzim
edən rezin diafraqma; 4 – kompensatorun porşeni; 5,31 –
yaylar; 6 – kompensatorun silindri; 7 – qazıyıcının birləşdirici
gövdəsi; 8,19 – müvafiq olaraq qazıyıcının yuxarı və aşağı
kipkəcləri; 9 – qazıyıcının yuxarı klapanı; 10,17 – müvafiq
olaraq stator sarğısının yuxarı və aşağı hissələri; 11– qazıyıcının
valı; 12 – statorun polad maqnit keçirən paketi; 13 – statorun
maqnit keçirməyən materialdan hazırlanmış gövdəsi; 14 – polad
maqnit keçirməyən paket; 15,18 – müvafiq olaraq mühərrikin,
aralıq və aşağı diyircəkli yastıqları; 16-qazıyıcının rotorunun
seksiyası; 20 – klapan; 21 – aşağı birləşdirici gövdə; 22 –
spindelin gövdəsi; 23 – oymaq (tıxac); 24 – dişli həlqə; 25 –
klapan; 26,32 – müvafiq olaraq yuxarı və aşağı radial diyircəkli
yastıqlar; 27 – dayaq vəzifəsini yerinə yetirən yastıq; 28 –
oxboyu yükü paylayan xarici boru (kəmər); 29 – daxili boru; 30
– şpindel kompensatorunun porşeni; 33 – tıxac; 34 – şpindelin
kipkəci; 35 – şpindelin valı; 36 – baltanın bağlanması üçün
keçirici.
57
Cədvəl 2.3
Elektrik qazıyıcısının əsas göstəriciləri
E
le
kt
ri
k
qa
zı
yı
cı
sı
nı
n
ş
ifr
i
D
ia
m
et
r,
m
m
U
zunl
u
ğu,
m
N
om
in
al
gü
cü,
kvt
N
om
in
al
g
ərgi
nl
ik,
k
v
Cərəyan,A
F
ırl
an
m
a
te
zl
iy
i,
d
əq
-1
Fırlanma
momenti, kN
∙
F
ayda
lı
i
ş
əm
sa
lı
,
%
ъ
cos
K
üt
lə
si
,k
q
Ə
yi
lm
əd
ə
sə
rt
li
k
,
kN
∙
m
2
N
om
in
al
i
ş
re
ji
m
ind
ə
N
om
in
al
g
ərgi
nl
ikd
ə
bş
-boş
una
iş
lə
m
ə
Nomi-
nal
Maksi-
mal
Е290-12
290
14,1 240
1,75 165,0
121,0
455
5,1
11,0
72,0
0,67
5100
33250
Е290-12Р
290
15,9 240
1,75 165,0
121,0
145
16,0
26,0
72,0
0,67
5700
33 250
Е250-8
250
13,2 230
1,65 160,0
107,0
675
3,32
7,5
72,0
0,70
3600
18 650
Е250-8Р
250
14,4 230
1,65 160,0
107,0
340
6,64
11,8
72,0
0,70
3800
18 650
Е250-16
250
13,2 110
1,20 156,0
130,0
335
3,20
7,0
56,5
0,60
3600
18 650
Е240-8
240
13,4 210
1,70 144,0
107,0
690
2,97
7,6
75,0
0,66
3500
14 600
Е240-8Р
240
14,8 145
1,40 112,0
80,0
230
6,15
12,0
74,8
0,70
3900
14 600
Е215-8М
215
13,9 175
1,55 131,0
95,5
680
2,50
5,5
67,5
0,66
2900
10 200
Е215-8МР 215
15,5 110
1,35 102,0
80,0
230
4,65
10,5
72,0
0,69
3200
10 200
Е185-8
185
12,5 125
1,25 130,0
93,0
675
1,8
3,6
67,5
0,66
2000
5 670
Е185-8Р
185
14,4 70
1,10 90,0
75,0
240
3,0
7,0
70,0
0,58
2300
5 670
Е170-8М
170
12,2 75
1,30 83,5
78,6
695
1,1
2,4
63,5
0,63
1800
4 160
Е170-8МР 170
13,9 45
1,00 59,0
55,0
220
2,0
4,0
65,0
0,68
2000
4 160
Е164-8М
164
12,3 75
1,30 87,5
80,0
685
1,1
2,4
61,0
0,625
1650
3 440
Е164-8МР 164
14,1 45
1,00 61,5
55,0
220
2,0
4,0
64,0
0,66
1900
3 440
58
3.
Qazima baltalari
Neft və qaz quyularının qazılmasında qazıma kəmərinin
ucunda quyu dibinə endirilən alət qazıma baltası adlanır.
Baltaların əsas təyinatı quyudibi süxurları dağıtmaqla quyunun
dərinləşməsini təmin etmək və quyu lüləsinə silindrik forma
verməkdir. Balta quyu dibində süxuru dağıdarkən iki əsas
əməliyyatı – balta dişlərinin, yaxud onun kəsici hissəsinin
süxura batması və sonra onu dağıtması (kəsmək, qopartmaq və
ya doğramaq) işini görür.
Balta dişlərinin süxura batması və onu dağıtması aşağıdakı
amillərdən asılıdır:
- dağıdılan süxurlar üçün müvafiq balta tipinin düzgün
seçilməsindən;
- baltaya verilən oxboyu yükdən;
- baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin)
vəziyyətindən;
- qazılan süxurların mexaniki xassələrindən.
Məlumdur ki, balta süxuru eyni vaxtda görülən iki hərəkət
nəticəsində dağıdır. Bunlar irəliləmə və fırlanma hərəkətləridir.
Yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti qazıma baltasına
veriləcək oxboyu yükün hesabına alınır. Baltaya fırlanma
hərəkəti isə quyu ağzında yerləşən rotor vasitəsilə və ya quyu
dibində yerləşən turbin, elektrik qazıyıcısı və yaxud da vintli
həcmi mühərrik vasitəsilə verilir.
Quyuların qazılmasında, əsasən, üç növ balta tətbiq edilir.
1. Quyudibi süxurların tamamilə qazılması prosesində
işlədilən pərli (tiyəli), şaroşkalı , almazlı və PDS tipli baltalar.
2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək
məqsədilə işlədilən sütuncuqlu baltalar.
3. Xüsusi məqsədlər üçün işlədilən baltalar.
Quyuların tez və keyfiyyətlə qazılması, müxtəlif xassələrə
malik süxurları müvəffəqiyyətlə qazımaqdan, balta tipinin
59
düzgün seçilməsindən, rejim parametrlərinin optimal qiymətlər
həddində saxlanmasından, geoloji-texniki tapşırıq tələblərinin
ciddi surətdə yerinə yetirilməsindən və qazıma briqadası
üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır.
Buradan aydın olur ki, müxtəlif fiziki və mexaniki
xassələrə malik süxurları dağıtmaq üçün istifadə edilən
süxurdağıdıcı alətlər də müxtəlif quruluşa malikdir. Məsələn,
şaroşkalı baltalar bir-birindən diametrləri, şaroşka dayaqları,
dişlərinin addımı, hündürlüyü, sayı, dişlərin yerləşdiyi
cərgələrin sayı, şaroşka oxlarının balta oxuna nəzərən
yerləşməsi, şaroşkaların sayı, yuma dəliklərinin quyu dibindən
məsafəsi, forması, diametri, hansı materialdan hazırlandıqları
və s. jəhətdən fərqlənirlər. Bu deyilənlər başqa tip baltalara da
aiddir.
Kəsici tipli baltalar isə diametrləri, pərlərinin sayı,
forması, qalınlığı, yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə
və itilənmə bucaqları, adi və ya pilləli pərlərinin olması və s.
cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta
tipinin
düzgün
seçilməsi
qazımanın
texniki–iqtisadi
göstəricilərini yüksəltmək üçün çox vacibdir.
Dostları ilə paylaş: |