351
olmuşdur, lakin qəza vaxtı (tutulma) onu ləğv etmək üçün
qurğunu qazıma kəmərinin içərisilə endirməyə imkan vermirdi.
1963-cü ildə SSSR məkanında elektrik qazıması üçün
yerin səthinə zenit bucağı, inhirafetdiricinin yerləşmə bucağı,
quyu dibində təziq və temperatura haqqında qazıma zamanı
qazıyıcının sıxaclarında məlumatların
ötürülməsini təmin edən
dərinlik parametrlərinin avtonəzarət sistemi kompleksi (DPA
SK-63) işlənib hazırlanmışdır.
Bu illərdə ABŞ-da hidravliki əlaqə kanalının mümkünlüyü
araşdırılırdı.
1972-ci ildə “Mobil Oyl” şirkəti telemetrik sistemin
konstruksiyasını işləməyə başladı. Bir az sonra bunlara
“Şlumberje” şirkətinin mütəxəssisləri də qoşuldular.
1974-cü ildə birgə səy
nəticəsində yeddi quyudibi
parametrləri (azimut, zenit bucağı, inhirafetdiricinin vəziyyəti,
temperatur, fırlanma tezliyi, baltada oxboyu yük, burucu
moment) maili istiqamətləndirilmiş quyuların qazılması zamanı
ölçmək üçün sınaqdan keçirmişdir.
1976-cı
ilə
qədər
MWD
sisteminin
işlənib
hazırlanmasında 20-dən çox şirkət iştirak etmişdir.
Geonaviqasiya texnologiyası üç
informasiya sistemini bir
kompleksdə birləşdirdi:
- geoloji-texnoloji araşdırmaların kompüterləşdirilmiş
stansiyası;
- quyudibi telementrik sistem;
- qazıma borusunda geofiziki araşdırmalar üçün ayrı
aparat-metodik kompleks.
14.4. Qazımada telemetrik sistemli əlaqə kanalları.
Hər hansı telemetrik sistem (əlaqə sistemi) əsasın beş
hissədən ibarətdir: məlumatlar mənbəyi, ötürücü, əlaqə kanalı,
qəbuledici və məlumatı toplayan (şəkil 14.3).
352
Maneə mənbəyi
↓
Ötürücü → Əlaqə kanalı →
Qəbuledici
↓ ↑
Məlumatlar mənbəyi Məlumat istifadəçisi
Şəkil 14.3. Telemetrik sistemin ümumi sxemi
Məlumatlar mənbəyi, ölçülən parametrlərin qiymətləri
haqqında məlumatlar yaradan quyudibi datçikdir.
Ötürücüdə bu məlumatlar müəyyən
qayda ilə işlənir və
əlaqə kanalı vasitəsilə ötürmək üçün münasib siqnal formalaşır.
Məlumatların işlənməsi, datçik göstəricilərinin çevrilməsidir,
misal üçün, elektromaqnit sahəsinin
proporsional dəyişməsi
onun kodlaşdırılması və modullaşdması.
Əlaqə kanalı – ötürücüdən qəbulediciyə siqnalı ötürmək
üçün istifadə etdiyimiz mühitdir. Bəzən mühiti əlaqə xətti
adlandırırlar. Siqnal ötürülən zaman
təhrif oluna bilər və onun
üzərinə maneələr əlavə oluna bilər.
Qəbuledici qəbul olunmuş siqnalı hazır şəklə salır,
maneələri aradan qaldırır və ötürülən siqnalları əvvəlki
vəziyyətə gətirir. Qazıma prosesində quyudibi parametrlərə
nəzarət sistemi əsasən seçilmiş mühitlə
xarakterizə olunaraq
əlaqə kanalı ilə təyin edilir,
İnformasiya quyu dibindən yer səthinə kabel vasitəsilə,
quyuda maye sütunu ilə, quyunu əhatə edən dağ süxurları ilə və
nəhayət, qazıma kəməriylə ötürülür. Məlumat ötürücüsü ola
bilər – elektrik və ya elektromaqnit sahəsinin rəqsi (titrəyişi),
mayedə təzyiq titrəyişi, səs, dağ süxurunda fırlanan baltanın və
boru kəmərinin yaratdığı səs, titrəmə, qazıma məhlulunun
keyfiyyətinin dəyişməsi (cədvəl 14.1).
Dostları ilə paylaş: