L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

Mətndə “poliqraf” sözünün izahı (yalan detektoru) verilmişdir. Şagirdlər lü -
ğət vasitəsilə “poliqrafiya” sözünün mənasını izah edə bilərlər: çap məhsulları
istehsalı ilə məşğul olan sənaye sahəsi.
Müəllim bu tapşırığı növbəti tapşırıqla birləşdirə bilər:
*
12. 
Poliqrafoloq sözünün etimologiyasını araşdırın. Onun tərkibindəki
əcnəbi sözləri müəyyənləşdirərək hər birinə aid Azərbaycan dilində
işlənən sözlər tapın.
Alınma sözlər arasında elə hissəciklər var ki, onlar alındığı dildə ayrıca söz
kimi işlənir və müstəqil məna kəsb edir; məsələn, aero... (-vağzal, -kassa, 
-port və s.) ingilis dilində (air) “hava” deməkdir; multi... (-media, -milyoner)
latın dilində (“multum”) “çox” deməkdir.
Beləliklə, “poliqrafoloq” sözünün tərkibindəki əcnəbi sözlər araşdırılır:
poli yunanca “çoxlu” mənasını verir: polifoniya – vokal və ya instrumental
əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik; poliqlot – çox dil
bilən adam;
qrafo (qrafiya) yunanca “yazmaq”, “çəkmək” mənasını verir: fotoqraf,
topoqraf, kartoqraf, piktoqrafiya;
loq (logiya) yun. (logos) – “söz”, “təlim” mənasını verir: geoloq, bioloq,
sosioloq. 
13. 
Detektor və detektiv sözlərinin etimoloji məna yaxınlığını müəyyən -
ləşdirin. 
“Detekt” (ing. detect) ingilis dilində “üstünü açmaq”, “faş etmək”, “qeydə
almaq” mənasında işlənir. Bu məna hər iki sözdə özünü göstərir: 
detektiv – təhqiqat apararaq cinayəti açan şəxs, xəfiyyə;
detektor – hər hansı siqnalları, şüanı, titrəməni və s.-ni qeydə alan cihaz.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir.
Mətndəki yeni sözlər üzərində iş bitdikdən sonra şagirdlərin tezisləri mü -
zakirə olunur (4-cü tapşırıq). Tezislər lövhədə yazılır. Şagirdlərin ümumi rəyi
ilə ikincidərəcəli məlumatları əks etdirən tezislər ixtisar olunur və mətnin məz -
mununu daha qabarıq əks etdirən beş tezis saxlanılır.
14-cü tapşırıq. Yalan detektoru insanı arterial təzyiq, nəbz, dərinin tər ifrazı
və tənəffüsə görə sınaqdan keçirir. Müasir cihazlardan heç biri yalanı dəqiq
tutmaq iqti da rında deyil, çünki onlar yalnız emosiyanın nəticəsini (təzyiqin
artması, tə nəf fü sün kəskinləşməsi və s.) qeydə ala bilir, lakin bu emosiyanın
nədən ya ran dığını müəyyənləşdirə bilmir.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir. 
t Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına mü-
vafiq keçid cümlələri əlavə edir.
138

BÖLMƏ 


17. Mətnin hissələri arasında əlaqə yaratmaq üçün keçid cümlələri
fikirləşin.
1-ci və 2-ci hissələr arasına aşağıdakı cümlələri əlavə etmək olar: “Bu
üsulları təhlil edərək belə nəticəyə gəlmək olar ki, yalan deyən adamı imta-
hana çəkəndə onun orqanizmində bəzi fizioloji dəyişikliklər baş verir. XIX əsrin
sonlarından başlayaraq mütəxəssislər bu dəyişiklikləri “sənədləşdirməyin”,
yəni yalanı texniki üsullarla qeydə almağın yollarını axtarmağa başladılar”
2-ci və 3-cü hissələr arasında keçidi təmin etmək üçün aşağıdakı cümlə -
lər dən istifadə etmək olar: “Bəs poliqraf testlərinin nəticələrini nə dərəcədə
mötəbər hesab etmək olar? Bir çoxları elə düşünürlər ki, yalan detektorunun
köməyi ilə istənilən yalançını ifşa etmək mümkündür. Bəlkə də, belə bir fikrin
yaranmasına bir çox Qərb detektiv və döyüş filmləri əsas verib”.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir..  
t Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyən
edir.
18-ci tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Şagirdlər aşağı si nif -
lərdən “ki” sözünün omonim olduğunu (bağlayıcı və ədat) bilirlər. Verilmiş
cüm lələrdə “ki”nin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirməlidirlər.
19-cu tapşırıqda mürəkkəb cümlələrin tərkib hissələri arasında bağlayıcı
vasitəni göstərməlidirlər.
Nəzəri qayda mənimsədilir. 20-23-cü tapşırıqlar mövzunu möhkəmlətmək
məqsədi daşıyır.
20. 
Cümlələri oxuyun və aşağıdakı qaydalarda nöqtələrin yerinə
müvafiq olaraq “bağlayıcı söz” və ya “bağlayıcı” sözlərini əlavə edin
.
Bu tapşırıq baş və budaq cümlənin yerini müəyyənləşdirmək bacarığını bir
qədər də möhkəmlədir. Tapşırığı yerinə yetirmək üçün şagirdlər zaman budaq
cümləsini baş cümlənin zaman zərfliyi kimi işlətməyi bacarmalıdırlar.
1. Ailədə əsas problem o vaxt yaranır ki, evin böyüyünə hörmət qoyulmur.
Ailədə əsas problem evin böyüyünə hörmət qoyulmayanda yaranır.
2.  O vaxt ki torpaqlar işğaldan azad olacaq, onda xalq rahat nəfəs alacaq.
Torpaqlar işğaldan azad olanda xalq rahat nəfəs alacaq.
Beləliklə, şagirdlər tapşırığın sonunda verilmiş nəzəri qaydanı tamamlaya
bilərlər:
Analiz
1. 
O vaxt, o zaman 
sözləri 
ki
ədatı ilə birgə işləndikdə bağlayıcı söz
rolun da çıxış edir.
2. 
O vaxt, o zaman 
sözləri baş cümlədə işləndikdə mürəkkəb cümlənin
tərkib hissələri arasında 
ki
bağlayıcısından istifadə olunur.
139
KAMİLLİYƏ DOĞRU


Mətnin kompleks təhlili
Fəndaxili inteqrasiya:
6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
9-cu sinif. 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni geniş -
ləndirir. 
Bu rubrikada verilmiş mətn “Yalandan necə qorunmalı” ilə eyni mövzudadır
və onun 3-cü hissəsinə əlavə edilə bilər. 
Mətnin kompleks təhlili üçün qoyulmuş 5-ci tapşırıq, eləcə də “Xatırla!” rubri -
kasındakı çalışmalar şagirdlərin VI sinifdə əldə etdikləri “Say” mövzusunun
təkrarını nəzərdə tutur. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 19. MÜƏLLİMİN VƏZİFƏSİ (2 saat)
Motivasiya
Bu mərhələdə şagirdlərlə məktəbdə təhsilin vəzifəsi barədə söhbət apar -
maq olar. Yaxşı olar ki, bu məsələ ilə bağlı əvvəlcə şagirdlərin fikirləri din lə -
nilsin. Ola bilsin ki, onlar orta məktəb təhsilinin əsas vəzifəsini elmi biliklərə
yiyələnməkdə görsünlər. Belə olduqda müəllim yönəldici suallarla şagirdləri
aşağıdakı fikirlərə yönəltməlidir:
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə oxu -
yur.
Dialoji mətni oxuyarkən səs tonunu, jest
və mimikalarını obrazların xarak terinə
uyğunlaşdırır.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndə obrazlı şəkildə ifadə olunmuş
fikirləri şərh edərək münasibət bildirir.
Mətndəki əsas fikri atalar sözləri və
aforizmlərlə şərh edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Sadə cümlədəki feili tərkibi budaq cüm -
lə kimi ifadə edərək tabeli mü rək kəb
cüm lə yaradır.
4.1.2. Sözləri və söz birləşmələrini
müxtəlif sintaktik vəzifələrdə işlədir.
Tabeli mürəkkəb cümləni sadələş di rə -
rək budaq cümləni baş cümlənin mü-
vafiq üzvü vəzifəsində işlədir.
140

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə